• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihələrin idarə olunması alətləri: JIRA

Layihələrin idarə olunması alətləri: JIRA

3. JIRA
 
Tərtibatçılar (developer) üçün bir nömrəli sistemdir, hesablamalara görə son zamanlar ən çox satın alınan sistemdir.

Kimlər üçün: sistem tərtibatçılar üçün incələnmişdir, 100 nəfərdən çox böyük komandalar da daxil olmaqla istənilən sayda işçi istifadə edə bilər. Ən çox səhv izləyicisi (bug tracker) kimi istifadə olunur. Sistemin tədbiqi kifayyət qədər vaxt tələb edir. Komanda texniki kompetensiyalı deyilsə, işçilərin öyrədilməsi uzun və ağrılı proses keçəcək.

Güclü tərəflər: hesablamalara görə, son zamanlar ən çox satın alınan sistemdir; 9000-dən çox aktiv istifadəçisi mövcutdur. Sistemin çoxlu funksionallıq və fərdiləşdirmə seçimləri, güclü API, rahat sprint planlaşdırması, Agile backlog, 3000-dən çox Jira Proqram təminatı tətbiqləri, hər sprint üzrə komanda işinin sürəti və həcminin hesablanmasını təmin edir. Hər bir layihənin gedişatı ölçülə və vizuallaşdırıla bilər.

Zəif tərəflər: sistemi öyrənmək çətindir, xüsusən texniki olmayanlar üçün. İnterfeyslər tez-tez dəyişir. Hər bir fərdi layihədə öz iş axını qurmaq çətindir, avtomatlaşdırma imkanları azdır. Genişlənmiş hüquqları və çoxlu sayda əlavələri olan istifadəçilər üçün səhifələr ləng yüklənir.

17.05.2023

Sosial Mediyanın Layihə İdarəetməsindəki Rolu

Xəbərlər

Sosial Mediyanın Layihə İdarəetməsindəki Rolu

Sosial media, layihə menecerlərinə daha sürətli və effektiv şəkildə layihə məlumatlarını ...

Layihə İdarəetmə Alətlərindən İstifadənin Əhəmiyyəti

Xəbərlər

Layihə İdarəetmə Alətlərindən İstifadənin Əhəmiyyəti

Müasir dövrdə sürətlə dəyişən iş mühiti layihələrin effektiv idarə olunmasını zərurətə ...