Xəbərlər
Layihələrin idarə olunması alətləri: Trello
Layihələrin idarə olunması alətləri: Trello
4. Trello
Excel-dən sonra dünyanın ən məşhur planlayıcısıdır.
Kimlər üçün: yaradıcı qruplar və 10-15 nəfərlik kiçik kollektivlər üçün əlverişlidir, həmçinin şəxsi istifadə üçün rahat planlayıcı əla yanaşmadır. Sistemin tətbiqi asandır, interfeyslər vizual olaraq sadə və rəngarəngdir, hətta 60 yaşdan yuxarı olanlar üçün də başa düşüləndir. Bununla belə, böyük miqyaslı layihələr üçün uyğun deyil.
Güclü tərəflər: geniş inteqrasiya və xüsusiyyətlər imkanları, tapşırıqlarla olan əməliyyatlar 2-dən çox klik tələb etmir, məlumat lövhələri, çevik kart parametrləri mövcutdur. Sadə tapşırıqlar üçün idealdır. Kartları paylaşmaq, digər insanları lövhələrə dəvət etmək, cəld qeydlər əlavə etmək və onları həmkarlarına göstərmək olduqca asandır.
Zəif tərəflər: layihələr artıqca və davam edirsə, onları idarə etmək çətinləşir; interfeys tez bir zamanda qarışır, lazım olan lövhəni axtarmaq zaman alır. Baza funksionallıqda tapşırıqları izləmək üçün zaman təyini, kartları təsnif etmək üçün imkanlar azdır. Böyük komandalarda işləmək çətindir, tapşırıqlar qarışıqdır. Əgər ciddi layihələr həyata keçirirsinizsə, standart hesabatlar üçün kifayət etmir.
01.06.2023
Xəbərlər
PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...
Layihələrin idarə edilməsi zamanı vaxt, resurs və risk faktorlarının düzgün koordinasiyası ...
Xəbərlər
PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...
PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün İT ...