Xəbərlər
Layihələrin idarə olunması alətləri: Wrike

Layihələrin idarə olunması alətləri
6. Wrike
Hazır layihə şablonlarlı olan böyük veb-studiyalar, tikinti şirkətləri və memarlıq büroları üçün sistemdir.
Kimin üçün: böyük komandalar üçün rahat layihə idarəetmə və birgə iş aparılması sistemidir. Həmçinin CRM, vaxt izləyicisi və səhv izləyicisi (bug tracker) kimi istifadə olunur. Sistemin tətbiqi üçün zaman lazımdır.
Güclü tərəflər: daxili tələblərə uyğunlaşdırıla bilinən, çoxsaylı imkanlı və mürəkkəb biznes prosesləri avtomatlaşdırması mümkün olan çevik sistemdir. Geniş hazır şablonlar mövcutdur. Gantt diaqramı icraçılar tərəfindən yerinə yetirilən tapşırıqların cədvəlini izləməyə və layihələr arasında əlaqələri nəzərdən keçirməyə imkan verir. Tapşırıqları prioritetləşdirmək asandır. Fərqli strukturlar arasında asanlıqla şəffaf birgə fəaliyyətinin qurulmasında faydalıdır. Fikrimizcə, bu, bacarıqlı əllərdə bütün layihə və tapşırıqlarda nizam-intizamı təmin edəcək çox güclü idarəetmə və təhlil vasitədir.
Zəif cəhətləri: işçilər üçün uzun təlim müddəti gərəkdir. Sistemi özünüzə, tapşırıqlarınız və daxili prosesləriniz üçün düzgün konfiqurasiya etmək çətindir. Bələdçi olmadan interfeysdə azmaq mümkündür.
05.07.2002