Xəbərlər
Layihələrin idarə olunması alətləri: YouGile

Layihələrin idarə olunması alətləri: YouGile
1. YouGile
Ən sadə və başa düşülən layihə idarəetmə sistemdir; digər sistemlərdən fərqli olaraq hər bir tapşırıq çat formasındadır və böyük komandalar üçün uyğundur.
Kimlər üçün: tikinti və istehsal şirkətləri, eləcə də gündəlik idarəetmələr üçün faydalıdır. 100 nəfərlik komandada, hətta zavod/fabriklərdə də tətbiq etmək asandır - tez qəbul edilir və əlavə təlim tələb etmir. İnterfeyslər sadə, intuitivdir, hər şey göz qabağındadır. Sistem istifadəsi 10 nəfərədək kiçik komandalar və struktur bölmələr üçün uyğundur, 11-ci istifadəçi üçün ödəniş etməli olacaqsınız.
Güclü tərəfləri: şöbələr arasında, məsələn, istehsal və satış arasında, şəffaf əməkdaşlıq qurmaq asandır. Rollar və səlahiyyətlər rahatlıqla sazlanır, komanda üzvlərinin tapşırıqlarının görünməsi “sütunlar” və “xülasələr”ə daxil olmaqla mümkün olur. Hər tapşırıqda çat bir messencer kimidir, işə daha rahat diqqət yetirməyə imkan verir. Maraqlı fonlar, parlaq stikerlər və s mövcuddur.
Zəif tərəflər: Teqlər və bulud yaddaşı, misal OneDrive və OneNote kimi üçüncü tərəf xidmətləri ilə inteqrasiyası yoxdur
15.05.2023
Xəbərlər
Kristal Abşeron-un City Garden Layihəsi GPM360 ...
Kristal Abşeron MMC-nin City Garden layihəsi beynəlxalq dayanıqlılıq meyarlarına uyğunluğunu təsdiqləmək ...

Xəbərlər
Süni İntellekt Agile-in Sonu Olacaqmı?
Bu yazı mənim üçün bəzi çətinliklər yarada bilər... Ancaq yanlış başa ...