• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Liman logistikasi ve deniz neqliyyati telimi

Bakı Limanının Tədris mərkəzi tərəfindən “Liman logistikası və dəniz nəqliyyatı” adlı təlim keçiriləcəkdir. Təlimdə keçiriləcək mövzular və təlimçilər barədə aşağıda ətraflı məlumat verilmişdir. Təlim 9 gün (2 saat) olacaq, 1 gün isə iştirakçılar Bakı Limanını ziyarət edərək limanda icra olunan əməliyyatlarla yaxından tanış olacaqlar. Keçirilən mövzulara dair sonda imtahan olacaq və iştirakçılar sertifikat əldə edəcəklər.

Təlimdə keçiriləcək mövzular:

Dünyada və Azərbaycanda dəniz yolu ilə yükdaşımaların qısa tarixi; Dünyanın mühüm dəniz limanları və Bakı Limanı haqqında məlumatlar; Gəmilərin bölgüsü; Dəniz daşımalarını nizamlayan Beynəlxalq Konvensiya, Saziş və Qaydalar; Dəniz yolu ilə yükdaşımalar zamanı istifadə olunan termin və qısaltmalar; İncoterms 2020; Yüklərin markalanması; Təhlükəli yüklər; Konosament (Bill of lading), onun növləri və düzgün yazılışı; Yüklərin bölgüsü, yerləşdirilməsi, idarə olunması və daşınmasının əsas prinsipləri; Yükaşırmada istifadə olunan mexanizmlər; Paletlər, paletli yüklərin aşırılması; Ümumi yüklərin qəbulu üçün anbarların hazırlanması; Konteynerlər,onların bölgüsü və konteynerdə olan yüklərin aşırılması; Səpkili yüklərin aşırılması və hopper vaqonlara yüklənməsi; Yükləmə planı, yüklərin nəqliyyat xüsusiyyətləri; Limanın kəmiyyət və keyfiyyət iş göstəriciləri; Yükdaşıma və qovşaq müqavilələri; Yükaşırma işlərinin intensivliyinə gəmilərin konstruktiv xüsusiyyətlərinin təsiri; Dispetçer xidməti.

 Təlim kimlər üçün nəzərdə tutulub:

  Bu təlim nəqliyyat və ekspedisiya şirkətləri, dəniz yolu ilə idxal və ixrac əməliyyatları keçirən şirkətlər, limanlarda həyata keçirilən əməliyyatlarla maraqlananlar və həmçinin dəniz daşımaları ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

  Təlimçilər:

 * Elimdar Kərimov — Yükaşırma və Liman sahəsində 39 il və təlimçilik sahəsində 20 ildən yuxarı stajı vardır. 17 il Azərbaycan Dövlət Dəniz Akademiyasında baş müəllim, eyni zamanda uzun müddət Bakı Limanında bərə terminalının müdiri işləyib.

 * Elxan Babayev — Yükaşırma və yükqaldırma sahəsində 10 il, Liman sahəsində 5 il və təlimçilik sahəsində 2 illik təcrübəyə malikdir.

 * Nicat Şabanlı —  Yükdaşıma sahəsində 15 illik, Liman sahəsində 4 illk və təlimçilik sahəsində 3 ildən artıq təcrübəyə (Business Management School) malikdir. Eyni zamanda «Nəqliyyat logistikası» kitabının müəllifidir.

    Təlimin qiyməti: 250 azn (Online)

Təlimlə maraqlananlar mənimlə və ya təlim mərkəzinin 055 2339957 nömrəli telefonu ilə əlaqə saxlaya bilərlər.          

09.06.2021

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...