• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Lomonosov adına Moskva Dövlət Universiteti

7 dekabr 2023-cü il 

Lomonosov adına Moskva Dövlət Universiteti

Ölkə kənarında/beynəlxalq Master-klasslar, mentor-menti proqramı, konfranslarda spiker, layihələrdə ekspert və rəhbərlik kimi rollarım olmuşdur. Bu il Bakıda təşkil etdiyim təcrübə proqramından sonra Lomonosov adına Moskva Dövlət Universitetində MBA dinləyiciləri üçün xüsusi müəllif proqramı ilə dərs dedim. 16 akademik saatlıq proqram 2 formatda, onlayn və offlayn həyata keçirildi. Təbii ki, bu qısa zamanda Layihələrin idarə olunması beynəlxalq standartları biliklərinin ötürülməsi ağır idi, xüsusilə də başqa, tanımadığım auditoriya qarşısında çıxış etməklə. Lakin İPMA İCB4 kompetensiyaları barədə xəbərdar olduğum üçün müvafiq komanda üzvünü qısa zamanda müəyyənləşdirə bildim. Həmkarım Anna Telisina öz böyük təcrübəsilə bu layihədə İPMA İCB4 Perspektiv kompetensiyasının Mədəniyyət və dəyərlər elementinin tədbiqində güclü dəstək oldu. Necə? Bu barədə təlimlərimizdə paylaşırıq. 

Refleksiya edərkən maraqlı faktları müəyyənləşdirdim. Layihələrin idarə olunması sahəsində Azərbaycanlı peşəkarı kimi Rusiyanın Ali məktəbi tərəfindən qəbul edilməsi bir fəxr hissidir. Bu mənim Rusiyanın qabaqcıl Ali məktəblərində 2-ci çıxışım idi. Tendensiyanı davam və inkişaf etdirməyə hər kəsi dəvət edirəm. Olduqca vacibdir ki, bizim peşəkarlar tək ölkədaxili deyil, ölkə xarici tərəfədə baxsınlar. Təcrübəmlə paylaşmağa hazıram. 

Bu çıxışdan sonra iri istehsalat şirkətlərindən birinə dəvət aldım. Bu isə PMO.az Layihə Düşüncə Məktəbinin beynəlxalq qolunun yaradılması barədə fikri ağlıma saldı. Nə düşünürsünüz? Bəlkə həqiqətəndə qloballaşma zamanıdır?

16.12.2023

Komanda inkişafının mərhələləri

Xəbərlər

Komanda inkişafının mərhələləri

1. Formalaşma mərhələsi (Forming) Bu, komandanın yaranmağa başladığı ilk mərhələdir. Üzvlər ...

Beynəlxalq inkişafda dayanıqlılıq: Niyə P5 standartı ...

Xəbərlər

Beynəlxalq inkişafda dayanıqlılıq: Niyə P5 standartı ...

İnkişaf layihələri sadəcə plan sənədləri deyil — onlar verilmiş vədlərdir. Bu ...