• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Microsoft Project əsasları VİDEOKURS PMO.az

Microsoft Project artıq tək layihələrdə deyil, iş həyatımızdadır.

Bildiyiniz kimi PMO.az Layihə düşüncə məktəbi layihəsi çərçivəsində Microsoft Project əsasları video kursu istifadənizdədir.

Bunun üçün PMO.az saytında şəxsi kabinet yaratmaqla yararlana biləcəksiniz. Onuda qeyd edim ki, platformada Layihələrin idarə olunması baza bilikləri mövzusunda digər video kurslardan faydalanma imkanlarınız da var. Bu kurslar əsas işlək alətlər və şablonlarla zəgindir və dinləyicilərin rəğbətini qazanmışdır.

Həyatımızda hər bir görüş bir iz qoyur. Pərviz Məmmədov peşə biliklərini artırılması niyyəti ilə mənim təlimimin dinləyicisi olmuşdur. Pərvizin dərin Ms Project bilgiləri və bu bilgilər nəzəriyyə deyil, təcrübə ilə aşılandığını gördükdə qərara gəldim ki, Ms Project kursunu dinləyicilərimizə əl çatan edim. Bu gün birgə hazırladığımız kurs barədə danışacağıq.

Bu yaxınlarda Layihələrin idarə olunmasında hansı alətlərdən istifadə ediməsilə əlaqədar maraqlı bir sorğu keçirdim. Respondentlərin 70%-i bildirdi ki, Ms Project-in imkanlarından faydalanırlar. Bu hal olduqca vacib bir göstəricidir. Əvvəla ona görə ki, bu proqram təminatı tam layihə yönümlüdür və 2007-ci ildən başlayaraq hər 3 ildən bir yenilənir. Artıq MsProject 2019 buraxılışı istifadədədir. Digər tərəfdən Ms project Ms Office proqramlar ailəsindəndir və bu səbəbdən interfeys istifadəçi üçün çox tanışdır.

Təbii ki, ilk baxışdan Ms Project çətin görsənir, lakin istifadə edildikdə onun necə rahat olduğunun şahidi olursnuz. İstifadənin daha da rahat olması üçün bu gündən başlayaraq sizə təqdim edəcəyimiz video kursu dinləməyə dəvət edirik. Video kurs ölkəmizdə ilk dəfə olaraq Layihə düşüncə layihəsi çərçivəsində PMO.az e-learning platformasında təqdim edilir. Bunun üçün pmo.az saytında şəxsi kabinet yaratmaqla Layihələrin idarə olunması sahəsində bu və digər kursları əldə edə biləcəksiniz.

Videokursu əldə etmək üçün VİDEOKURS menyuya keçin və ya linkə tıklayın

26.01.2022

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...