• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Mif #1: Agile növbəti dəbdəbəli və trend almış bir metodologiyadır.

Mənim adım Yusif Qasımovdur. Hal-hazırda, mən, Agile Coach kimi çalışıram. Artıq Coach-ing istiqamətində bir ildən çox praktiki təcrübəyə sahibəm. Bu bloqun yaranmasında əsas məqsədim ondan ibarətdir ki, Azərbaycan bazarında Agile tətbiqinin implementasiyası ilə yaranmış səhv yanaşmaların, anlamaların aradan qaldırılıması və praktikadan götürülmüş maraqlı keyslərin oxucularla paylaşmağımdır. Ən əsası Agile-ın bir düşüncə, yaşam tərzi və fəlsəfə olduğunu sizə çatdırmağımdır.

Bizi Telegramdan izləyin

Bəs nəyə görə Agile ilə ilk tanış olan insanlar onun metodologiya olduğunu düşünür? Nəyə görə Agile "Rəngli yapışqan stikerlər" və "Yorucu neologizm"-lər ilə assosiasiya olunur? Çünki müasir zamanda qaynaqların müxtəlif olması və informasiya həcminin filtrasiya olunmaması səbəbindən belə boşluqlar normaldır. Məsələn ən tez-tez rastlaşan bir fərziyyə var ki, Agile IT sahəsindən gəlib. Hal bu ki, Agile fəlsəfəsinə daxil olan freymvorklardan biri (Kanban) hələ XX əsrin ortalarından geniş istifadə olunur və Yaponiya avtomobil sənayesində özünü çox gözəl biruzə vermişdir. Toyota şirkətinin dünyada ən effektiv maşınqayırma prosesinə sahib olması xüsusən Kanban-a borcludur (Kanbanla növbəti məqalələrimdə yaxından tanış olacağıq).

İndi isə gəlin Agile-ın əsas dəyərləri və prinsipləri barədə danışaq... Demək olar ki, bu praktikadan hətta xəbərsiz olan insanlar Agile Manifesto haqqında eşidiblər. Bu manifest əsas 4 dəyərdən ibarətdir:

1) Fərdlər və aralarında olan münasibətlər proses və üsullardan üstündür

2) İşlək proqram təminatı (məhsul, xidmət) geniş sənədlər toplusundan üstündür

3) Müştəri ilə işgüzar münasibətlər müqavilə bəndlərindən üstündür

4) Dəyişiklikliyə meyillilik cari plandan üstündür

Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər üçün

Qeyd: Sol tərəfdə qeyd olunan bəndlər sağda qeyd olunanlardan üstün olsa da, digərlərin də olması vacibdir.

Əgər biz şirkətdə Agile düşüncə tərzini yaymaq və təbliğ etmək istəyiriksə mühit Şəffaf, qərarlar isə İnspeksiya və Adaptasiya üzərində formalaşmalıdır.

İndi isə Agile fəlsəfəsinin prinsiplərindən 8 ilə tanış olaq:

1) Müştərinin aktiv iştirakı. Artıq ekspert rəyi yox, məhz müştəri/son istifadəçi rəyi əsasdır.

2) Müstəqil, yüksək peşakarlardan ibarət çevik komanda.

3) İstəklər dəyişir, lakin zaman yox. Seçilmiş zaman ərzində bazar və müştərilərdən gələn informasiyaya əsasən qərarların formalaşması.

4) İnkremental buraxılışlar və iterativ inkişaf. Bu daha çox proqram təminatı və rəqəmsal məhsulların hazırlanması zamanı aktualdır, lakin burada olan əsas amil davamlı inkişafdır. Hədəflərə çatırıq və yeniləri təyin edirik.

5) "Done Anlamı" (Definition of Done). Hər bir komanda özü təyin etməlidir ki, onlar üçün ideal ssenari hansıdır və hansı mərhələlərdən keçməlidir.

6) 80/20 nisbəti (Pareto Qaydası). Biz işimizi elə qurmalıyıq ki, onun əsas hissəsi məhz 20% üzərinə düşsün. Keyfiyyət və vaxta qənaət.

7) Testlərin tez-tez keçirilməsi. Hipotezaların yoxlanılması, Design Thinking (Dizayn düşüncəsi) əsasında suallın verilməsi və lazımi informasiyanın toplanması, empatiya xəritəsinin quluşu və müştərinin istəklərinə dəqiq reaksiya.

8) İşgüzar münasibətlər və kooperasiya. Hər mərhələdə...Həm daxildə, həm xaricdə. Şişirdilmiş EGO, ulduz xəstəliyi və digər buna oxşar simptomlar Agile-də yer almır.

Qeyd olunmuş bütün informasiyanı toplasaq qənaətə gələ bilərik ki, Agile düşüncə tərzi Şəffaf iş mühitində formalaşan, müştəri rəyini əsas kimi nəzərə alan, daim inkişaf və təkamül yönümlü olan və ən əsası komanda işi nəticəsində ərsiyyə gələn bir həyat fəlsəfəsidir. Rəngli stikerlər və neologizmlər isə sadəcə prosesin bir hissəsidir. Onu necə və hansı tərzdə idarəedilməsi sizin öz üzərinizdədir və sizin kreativliyinizdən də asılıdır.

İlk məqalənin yekununda əlavə bir dəyər üzərində fikrimi cəmləşdirmək istərdim. Onun adı Cəsarətdir. Yalnız cəsarətli olan əməkdaşlar nəticədə şəffaf və hərtərəfli hörmətə bağlı ab-hava yarada biləcək.

 

03.06.2021

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...