Xəbərlər
Mif 1. Əksər PMO-lar kifayət qədər sponsor/rəhbər dəstəyi olmadığı üçün uğursuz olur!
Bu yaxında dostum və həmkarım Евгений Ищенков PMO VR metodologiyasında qeyd olunan maraqlı bir statusla, "PMO-nun uğursuzluğu ilə bağlı 7 mif" ilə paylaşdı. İdeya üçün ona minnətdarlığımı bildirirəm.
Bildiyiniz kimi PMO-CP üzrə Beynəlxalq sertifikatlaşmış peşəkar olmaqla yanaşı 2019-cu ildən başlayaraq PMO Global Awards müsabiqəsinin münsiflər komitəsinin üzvüyəm. Məhs bu səbəbdən Орхан Бадалов və Aysel Yusifova ilə birlikdə, Americo Pinto -nun dəstəyi ilə həmin metodologiyanın azərbaycan dilinə tərcüməsi üzərində layihəyə başladıq. Yaxın zamanda Metodologiya oxucularımıza təqdim ediləcəkdir.
Bu yazıda isə Miflərdən 1-cisi "Mif 1. Əksər PMO-lar kifayət qədər sponsor/rəhbər dəstəyi olmadığı üçün uğursuz olur!" barədə paylaşım edəcəm. Digər maraqlı yazılar barədə isə şərhdə ilk linklə paylaşacam.
PMO-nun uğursuzluğu ilə bağlı 7 mif
Mif 1. Əksər PMO-lar kifayət qədər sponsor/rəhbər dəstəyi olmadığı üçün uğursuz olur!
Sponsorluğun olmaması PMO-lar üçün əsas problemdirmi? Şübhəsiz! Və buna görə uğursuz olurlar? Şərt deyil!
Üst rəhbərliyin dəstəyinin olmaması, səbəbdən daha çox nəticədir. Layihə Ofisinin maraqlı tərəflərin, xüsusən də yüksək rəhbərliyin gözləntilərini ödəyə bilməməsinin vacib bir göstəricisidir. Bu problemin həllində ilk addım, PMO-nun maraqlı tərəflər üçün dəyər qavrayışlarını formalaşdırmaq qabiliyyətindən daha vacib heç nə olmadığını başa düşməkdir. Yalnız "yaxşı olmaq" kifayət deyil, "gözəl görünmək" də lazımdır.
Dəyəri maraqlı tərəflər tərəfindən anlanılmayan və tanınmayan bir PMO gec-tez uğursuzluğa məhkum olacaq. Buna görə də yadda saxlanılmalıdır ki, əsas diqqəti həmişə onun işini "qiymətləndirəcək" şəxslərin ehtiyaclarını ödəməyə yönəltmək lazımdır. Bu, maraqlı tərəflərin dəstəyini əldə etməyin ən yaxşı yoludur, belə bir qiymətləndirmədən asılılıq səviyyəsi müxtəlif ola bilər.
Üst rəhbərlik, layihə menecerləri, funksional liderlər, komanda üzvləri, PMO iştrakçıları və müştəriləri ola bilər. Ehtiyaclarını və gözləntiləri anlayın, prioritetləri təyin edin və Layihə Ofisinin onları qarşılamaq üçün necə işləyəcəyini təyin edin.
Nəhayət, maraqlı tərəflərin nəticələrə və faydalara diqqət yetirdiklərini unutmayın. Onların PMO-dan nə gözlədiklərini dəqiq söyləmələrini gözləməyin. Bunu müəyyən etmək bir mütəxəssis kimi sizin vəzifənizdir. Buna görə də gözləntilərinizi müəyyənləşdirin və hansı xüsusiyyətlərin onlara cavab verə biləcəyini düşünün.
Teqlər: PMO Azərbaycan, PMO Rəşad İbrahimov, Project Management Office PMO, Rəşad İbrahimov Head Of PMO, Layihə rəhbəri, Rəşad İbrahimov təlimlər, Layihələrin idarə edilməsi təlimləri, treninq, layihə təlimləri
25.10.2021
Xəbərlər
Layihə İdarəetməsində Kanban və Scrumun müqayisəsi
Kanban və Scrum populyar Agile çərçivələridir, lakin yanaşma, struktur və tətbiq ...
Xəbərlər
Layihə Cədvəlinin İdarə Edilməsi nədir?
Layihə Cədvəlinin İdarə Edilməsi layihənin vaxtında tamamlanmasını təmin etmək üçün işlərin ...