• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Mif #7: “Məhsul Sahibi” sadəcə “Layihə Rəhbəri” anlamının başqa adıdır...Vəssalam!

Xoş gördük, hörmətli oxucular! Bloqumun bugünkü mövzusu “Məhsul Sahiblərinə” həsr olunacaq. Bizim şirkətdə Agile sırf “Digital” istiqamətində istifadə olunmadığından “Məhsul Sahibi” dedikdə mən rəqəmsal sahədə yaradılan məhsulların və satış sahəsində mövcüd olan industriya sahiblərindən söhbət açacam.

Yaxşı...Soruşa bilərsiniz ki, “Bəs bunların nə fərqi var ki?”. Cavabı sizinlə birlikdə addımbaaddım öyrənəyəcik.

İlk olaraq Məhsul Sahibinin kim olduğuna nəzər yetirək. Məhsul Sahibi – Məhsulun vahid görüntüsünə (vision) və müştərilərə təqdim etdiyi dəyərlərə cavabdehlik daşıyan şəxsdir. Onun əsas funksiyası “yolaverdi məhsul/xidmət” yaratmaq yox, insanlara həqiqətən lazım olan məhsul/xidmət bəxş etməkdir.

Düzünü desəm, Məhsul Sahibi termini ilə bizi ilk olaraq Scrum (Agile framework) tanış etmişdir. Ondan əvvəl isə ümumi yanaşmada Layihə Rəhbəri adı hamıya tanış idi (PMI). Məsələn Layihə Rəhbərinin öhdəlikləri aşağıdakılar idi:

1) Layihə Rəhbəri yalnız məhsulun/xidmətin yaradılması prosesinə cavabdehlik daşıyırdı. Əsas odur ki, layihəni vaxtı-vaxtında, müvafiq funksional, keyfiyyətə sahib və büdcədə qeyd olunan vəsaitə uyğun təqdim etsin;

2) Layihə rəhbəri məhsulun təbliği və satışı ilə məşğul olmamalıdır. Digər sözlə layihəni bitirdim – marketinq və satışla isə artıq aidiyyatı strukturlar məşğul olacaq.

Scrum yaradıcıları isə bu problemlərlə rastlaşaraq belə bir həll irəli sürdülər:

1) Məhsul Sahibinin öhdəliyi tək məhsulun/yaradılması ilə bitmir. Məhsul nə qədər aktualdırsa, Məhsul Sahibi o qədər də ona cavabdehdir;

2) Artıq görülən işlərin əhatə dairəsi daha genişlənir: Marketinq, Satış, Biznesin idarəedilməsi.

Keçmiş məqalələrimdə dəfələrlə qeyd etdiyim kimi Məhsul Sahibi öz məhsulun/industriyanın CEO-sudur. Geniş miqyasda düşünə bilən, ambisiyalı vizioner və prosesdə iştirak edəcək istənilən tərəfləri ayıra bilən birisidir (Proqram Təminatı, Dizayn, Bazarın cari vəziyyəti, Məhsulun ölçüləri və s.).

Agile bizə nə deyir? Hər bir görülən iş, atılmış addım dəyər gətirməlidir. Müştərinin istəklərini bilərək, görülən işin dərinliklərinə istiqamətlənərək biz həqiqətən uğurlu məhsul/xidmət təklif edə bilərik.

Məhsul Sahibi və Layihə Rəhbəri fərqini duyduq. Bəs uğurlu Məhsul Sahibinin sirri nədədir?

Bir sıra praktiki həllərlə sizi tanış etmək istərdim:

1) Hipotezaların generasiyası və yoxlanılması. İdeya formalaşmasının məntiqi davamı kimi hipotezaların yaradılmasını qeyd edə bilərik. Məsələn: Mən Məhsul Sahibi kimi düşünürəm ki, hal-hazırda istifadəçilər üçün onların həyatını asanlaşdıracaq yeni mobil tətbiq yaratmaq məqsədəuyğundur. Bu tətbiq hər bir insanın gündəlik xərclərini idarə etmək üçün əla bir vasitə ola bilər. Tətbiqin ilkin funksionalı üzrə hipotezalar hazırlayıb müştəri fokus qrupu ilə bunu yoxlayıram. Nəticə etibarilə əsas kimi mənim ekspert rəyim yox, müştərinin istədiyi və gözləntisi nəzərə alınacaq. Bu yanaşma olmadan hər hansısa uğura bel bağlamaq adi bir utopiyadır;

2) “Mən Məhsul Sahibiyəm, özüm yaxşı bilirəm. Mən deyirəm – Siz icra edirsiniz” kimi yanaşma...Wow wow, bəlkə bir az yavaşlayaq? :) Agile bizə nə deyir? Biz krosfunksional bir komandayıq və komandada ierarxiya hökm sürə bilməz. Əgər görülən işin təfərrüatı şəffaf və dolğun surətdə komandaya izah edilmirsə deməli nəticədə biz tamamilə uyğunsuz nəticəni görəcəyik (output). Bizim məqsədimiz isə nədir? Düzdür -> dəyər gətirən nəticə (outcome).

3) Komandanın gördüyü işə qarşı tamamilə laqeyd yanaşmamaq -> From Demo to Demo. Laqeyd yanaşma ilə heç bir komanda ruhu və ümumi görülən işə bağlılıq yaranan deyil. User Story-lərin birlikdə yoxlanması, prototipin hazırlamasında dizaynerin xahişi ilə sıx iştirak, proqramçılarla bir dildə danışmaq və s. Təbii ki, Scrum-ın dəqiq qaydası ilə getsək Sprint Backlog-a tamamilə cavabdehlik daşıyan İnkişaf Komandasıdır, lakin bu o demək deyil ki, Məhsul Sahibinin iştirakı burada qadağandır...Təbii ki, mane olmamaq və fikiri yayındırmamaq şərtilə. Eynilə də Satış Blokunda. Əgər İndustriya Sahibi komandaya yalnız rutin və cari məsələləri tapşırıb “qaymaqları” tək başına götürəcəksə Squad barədə danışmaq bir absurd kimi səslənəcək.

4) Səhvlər üzərində işləmək və səhv etməkdən çəkinməmək. Əsl Məhsul Sahibi cəsarətli, öhdəlikləri üzərinə götürə bilən, komandası ilə açıq olan birisidir. Uğurlu olan şəxs deyil...Uğur ümumi komandanındır! Necə deyərlər “Meydanda tək olan cəngavər deyil!”. Scrum bizə təqdim etdiyi “Retro” seremoniyası bu məsələdə bizə çox kömək edir.

5)     Məhsulun/xidmətin gələcəyi haqqında düşünmək. Dəstək kimin üzərinə düşəcək, inkişaf və satış necə həyata keçiriləcək. Bir sözlə Məhsul Sahibi öz məhsuluna/xidmətinə qarşı öz balası kimi yanaşır və boya-başa çatdırılmasında, yetkinlik yaşına çatmasında, uğurlu və dəyərli olmasında maraqlı olan ən birinci insandır.

Yekunda demək istərdim ki, bütün bunların hamısı müvafiq dəyərlərin bir toplusudur. Əgər biz transformasiyadan söhbət açırıqsa və yeni korporativ mədəniyyətinin qurulmasını təşkil etmək istəyiriksə mütləq bu dəyərlərdən istifadə etməliyik...Vəzifədən asılı olmayaraq!

Bu günlük bu qədər. Sizin Coach :)

Ardı var...

Mənbə

07.06.2021

Layihə İdarəetməsində Kanban və Scrumun müqayisəsi

Xəbərlər

Layihə İdarəetməsində Kanban və Scrumun müqayisəsi

Kanban və Scrum populyar Agile çərçivələridir, lakin yanaşma, struktur və tətbiq ...

Layihə Cədvəlinin İdarə Edilməsi nədir?

Xəbərlər

Layihə Cədvəlinin İdarə Edilməsi nədir?

Layihə Cədvəlinin İdarə Edilməsi layihənin vaxtında tamamlanmasını təmin etmək üçün işlərin ...