• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Naxçıvan Dövlət Universitetində PMO.az Layihə Düşüncə Məktəbinin təsisçisi Rəşad İbrahimov tərəfindən təlim keçirilib

Naxçıvan Dövlət Universitetində  Beynəlxalq Təlim Aylığı çərçivəsində təlimlər davam edir. Növbəti təlim Xarici Dillər fakültəsində layihə idarəetməsi sahəsində ölkəmizin aparıcı mütəxəssislərindən biri, PMO.az Layihə Düşüncə Məktəbinin təsisçisi və direktoru Rəşad İbrahimov tərəfindən  keçirilib.

Təlimin əvvəlində NDU-nun Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli qonağı iştirakçılara təqdim edərək onun peşəkar fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Rəşad İbrahimov 20 ildən artıqdır müxtəlif sahələrdə layihə idarəetməsi ilə məşğuldur və bu sahədə həm yerli, həm də beynəlxalq miqyasda uğurlu təcrübəyə malikdir. O, PMO Global Awards müsabiqəsinin münsiflər komitəsinin üzvü, eyni zamanda "Layihə Rəhbəri 2019" ümumrusiya yarışmasının finalçısı olmuşdur. Rəcəb Cəfərli qeyd edib ki, müasir dövrdə ali təhsil müəssisələrində akademik heyətin layihə mədəniyyətinə yiyələnməsi, eləcə də innovativ təşəbbüslərin həyata keçirilməsi baxımından layihələrin hazırlanması və icrasının əhəmiyyəti böyükdür.

Təlim zamanı Rəşad İbrahimov layihə idarəetməsinin əsas prinsipləri, beynəlxalq standartlara əsaslanan yanaşmalar və effektiv idarəetmə metodologiyaları barədə geniş məlumat verib. O, iştirakçılarla layihənin bölgüsü, maraqlı tərəflərlə kommunikasiya, risklərin idarə olunması, layihə planlaşdırılması və nəticələrin qiymətləndirilməsi mövzularında praktiki biliklər bölüşüb. Eyni zamanda, uğurlu layihə rəhbərliyinin sirlərindən, real nümunələr əsasında qarşılaşılan çətinliklərdən və onların həlli yollarından bəhs edib.

Təlim sual-cavab və müzakirələrlə davam edib.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

17.04.2025

Uğurlu bir layihə rəhbərinin 10 mühim ...

Xəbərlər

Uğurlu bir layihə rəhbərinin 10 mühim ...

Müasir iş dünyasında layihələrin uğurla icra olunması təkcə texniki biliklərdən deyil, ...

Şirkətinizin inkişafına kömək edəcək 6 proses ...

Xəbərlər

Şirkətinizin inkişafına kömək edəcək 6 proses ...

Rəqabətli bazarda böyümək üçün sadəcə daha çox işləmək kifayət deyil — ...