Xəbərlər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təqaüd proqramı elan etdi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edir.
Layihənin məqsədi İnformasiya Texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə verməkdir.
Təqaüd proqramından informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, “UI/UX” dizayn və s.) üzrə bilik və bacarıqlarını artırmaq və peşə sahibi olmaq istəyən, eyni zamanda bu bilik və bacarıqları tətbiq etmək üçün şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan (sahibkarlıq, kommunikasiya, danışıqlar və s.) 6-11-ci sinif şagirdləri, tələbələr və ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlana biləcək. Oktyabr ayından kurslara başlayacaq iştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək.
Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-in “Whelp” startapı ilə birgə təsis etdiyi “Code and More” təhsil layihəsi çərçivəsində keçiriləcək.
Bununla yanaşı, layihədə “Tech Academy”, İsrail – Azərbaycan Təlim Mərkəzi və “İKT LAB” Tətbiq və Tədris Mərkəzi təhsil tərəfdaşları və Gənclər Fondu kommunikasiya tərəfdaşı kimi iştirak edir.
Təqaüd proqramında iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Bunun üçün LİNKƏ daxil olaraq müvafiq formanı doldurmaq lazımdır.
Məlumat üçün bildirək ki, proqramda yerlər məhdud saydadır. Bu səbəbdən namizədlərə qeydiyyatdan keçmək üçün tələsmək tövsiyə olunur.
10.09.2021
Xəbərlər
Layihə İdarəetməsində Etik Dəyərlər
Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...
Xəbərlər
Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...
Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...