• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    Cəlil Məmmədquluzadə,
    102A, City Point

Xəbərlər

Qazilər və şəhid övladlarının fərdi inkişafına dəstək məqsədilə yeni layihəyə start verilir

Qazilər və şəhid övladlarının fərdi inkişafına dəstək məqsədilə yeni layihəyə start verilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan), Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi (JA Azərbaycan) və “Azercell Telekom” MMC-nin tərəfdaşlığı ilə “Peşəkar İnkişaf və Karyera Hazırlığı” adlı yeni layihəyə start verilib. 

Layihənin məqsədi 44 günlük Vətən Müharibəsi qazilərinin, şəhid və qazi övladlarının şəxsi bacarıqlarının inkişaf etdirilməsi, onların iş dünyası ilə yaxından tanışlığı və maraqlarının müəyyən edilərək uyğun karyera seçimində onlara bələdçilik göstərilməsidir.

Bu istiqamətdə ilkin olaraq layihə iştirakçıları ingilis dili və kompüter kurslarına cəlb olunacaqdır. Bu mərhələdə Celt Colleges tədris mərkəzi ilə yaxından əməkdaşlıq ediləcəkdir. Bununla yanaşı layihə çərçivəsində gənclərə JA Azərbaycan tərəfindən peşəkar inkişaf üzrə karyera təlimləri təşkil ediləcəkdir. 

Təlimlər Celt Colleges və JA Azərbaycanın peşəkarları tərəfindən ZOOM platforması üzərindən online şəkildə həyata keçiriləcəkdir. Təlimlərin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter ayrılıb. Həmçinin sosial təşəbbüsün rəqəmsal tərəfdaşı olan Azercell layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə təmin edəcəkdir.   Belə ki, lider mobil operator tərəfindən iştirakçılara datakart paylanılıb və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcəkdir.

Ümumilikdə, layihəyə ilkin mərhələdə Bakı, Sumqayıt şəhərlərindən və Goranboy regionundan 16 yaşdan yuxarı 25 gənc dəvət edilmişdir. Layihə 6 ay müddətində icra olunacaqdır.

Qeyd edək ki, layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar AmChama üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər.

https://amcham.az/en/post/520

Resurs Təqvimi - bütün komandanızı bir ...

Xəbərlər

Resurs Təqvimi - bütün komandanızı bir ...

Resurs Təqvimi - bütün komandanızı bir alətlə idarə edin Resurs təqvimi, ...

Layihəni necə planlaşdırmalı və komanda və ...

Xəbərlər

Layihəni necə planlaşdırmalı və komanda və ...

Layihəni necə planlaşdırmalı və komanda və maraqlı tərəflərin gözləntilərini necə qarşılamaq ...