• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

PMD Projects LLC Ələt Azad İqtisadi Zonasının ofis binasının tikintisi işlərini həyata keçirəcək.

PMD Projects LLC Ələt Azad İqtisadi Zonasının
(Alat Free Economic Zone Authority) ofis binasının tikintisi işlərini həyata keçirəcək.

PMD Projects keçirilmiş müvafiq tenderin nəticəsinə uyğun olaraq qalib seçilmişdir və layihə ərazisində mobilizasiya işlərini artıq həyata keçirməkdədir.

Tikinti işləri İrlandiyanın Garland şirkəti tərəfindən hazırlanmış layihə əsasında həyata keçiriləcək. Layihə çərçivəsində Ələt Azad İqtisadi Zonasının əsas ofis binası kimi fəaliyyət göstərəcək 3 mərtəbəli binanın tikintisinin, eləcə də, binanın yerləşdiyi ərazinin əsas landşaft, yol və digər infrastruktur işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Tikinti işləri 9753 kv.m sahəni əhatə edəcək. Əsas ofis binasının tikintisində innovativ və yeni nəsil avadanlıqlardan və tikinti materiallarından istifadə olunacaq. Layihənin 2022-ci ilin iyul ayına yekunlaşdırılması planlaşdırılır.

Qeyd etmək lazımdır ki, təməli cənab Prezident İlham Əliyev tərəfindən qoyulan Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır, iqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə işləri artıq başa çatıb və müvafiq infrastruktur və inşaat işləri başlayıb. Bu iqtisadi zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək də əsas hədəflərdəndir.

MƏNBƏ

04.08.2021

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...