• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

PMI M.O.R.E. yanaşması nədir?

Bugünkü sürətlə dəyişən layihə mühitində uğuru artıq yalnız scope, vaxt və büdcə çərçivəsində ölçmək kifayət etmir.

Biz elə bir mərhələyə daxil oluruq ki, artıq layihənin real uğuru dəyər yaradılması, qəbuletmə və strateji uyğunluq ilə müəyyən olunur.

Peşəkar və akademik fəaliyyətim çərçivəsində mənim yanaşmamla xüsusilə uyğunlaşan modellərdən biri də PMI-ın MORE yanaşmasıdır:

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

M. - ManagePerceptions: Layihənin uğuru yalnız nəticə deyil, stakeholder-lərin onu necə qəbul etməsidir
O. - OwnSuccess: Əsl layihə rəhbəri yalnız icraya deyil, nəticəyə və dəyərə cavabdehdir
R. - RelentlesslyReassess: Dinamik mühitdə davamlı yenidən qiymətləndirmə vacibdir
E. - ExpandPerspective: Layihələrə daha geniş, biznes və strateji prizmadan baxmaq lazımdır.

Xüsusilə SAP transformasiya layihələrində və süni intellektin layihə idarəetməsində tətbiqi üzrə apardığım tədqiqatlarda bir məqam açıq görünür:

Məhdudiyyətləri idarə etməkdən dəyəri idarə etməyə keçid.
Çıxışları (output) təqdim etməkdən nəticələri (outcome) formalaşdırmağa keçid.

Bu dəyişiklik yalnız alətlərin deyil, düşüncə tərzinin transformasiyasını tələb edir.

M.O.R.E. yanaşması sadəcə bir model deyil, layihə idarəetməsi sahəsində lider olmaq istəyənlər üçün çağırışdır.

 

Sübhan Qaragözov
IPMA LEVEL-B, PMP, GPM-b, SAP SP, PMO.AZ PARTNYOR

PMI-PMP təlimləri haqqında məlumat almaq üçün bu linkə keçid edə bilərsiniz

28.04.2026

Moskva səfərim: 2-ci hissə

Xəbərlər

Moskva səfərim: 2-ci hissə

Moskva və davamı. Qısa səfər idi, amma məzmun baxımından kifayət qədər ...

Moskva səfərim: 1-ci hissə

Xəbərlər

Moskva səfərim: 1-ci hissə

Moskva. Qısa səfər, amma bu dəfə maksimum xüsusilə akademik enerji ilə zəngin ...