Xəbərlər
PMO.az APMG International tərəfindən Accredited Training Organization statusunu əldə etdi!
Beynəlxalq standartlara uyğun peşəkar təlimlərin inkişafı istiqamətində növbəti strateji mərhələyə qədəm qoyduq.🌟
PMO.az Layihə Düşüncə Məktəbi beynəlxalq standartlara uyğun peşəkar təlimlərin inkişafı istiqamətində növbəti strateji mərhələyə daxil oldu. Dövlət–Özəl Tərəfdaşlığı (PPP) istiqaməti üzrə təşkilat nüfuzlu beynəlxalq akkreditasiya qurumu olan APMG International tərəfindən rəsmi olaraq Accredited Training Organization (ATO) statusunu əldə etdi.🤝
PMO.az olaraq məqsədimiz yalnız təlim və sertifikasiya ilə məhdudlaşmır. Biz PPP istiqamətində beynəlxalq standartların tətbiqi, qabaqcıl təcrübələrin lokal kontekstə uyğunlaşdırılması və peşəkar kadr potensialının formalaşdırılması vasitəsilə dövlət və özəl sektor arasında davamlı əməkdaşlığa töhfə verməyi hədəfləyirik.
Bizə göstərilən etimada görə tərəfdaşlarımıza təşəkkür edirik.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
09.01.2026
Xəbərlər
Təşkilati biliyin idarə olunması: Effektiv sənədləşmə ...
Müasir təşkilatlarda bilik ən strateji resurslardan biri hesab olunur. Komandaların uğuru ...
Xəbərlər
IPMA standartları çərçivəsində, layihələrin idarə olunmasında ...
Müasir layihə idarəetməsi artıq yalnız zamanın, büdcənin və əhatə dairəsinin idarə ...