Xəbərlər
PMO.az İstanbulda – 10-cu İstanbul PPP Week 🌍
PMO.AZ olaraq 2 fevral tarixində İstanbul şəhərində keçirilən 10-cu Istanbul PPP Week beynəlxalq tədbirində iştirak etdik. Tədbir dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələrini bir araya gətirərək Dövlət–Özəl Tərəfdaşlığı (PPP) sahəsində qlobal yanaşmaların və gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynadı.
Tədbirin ilk günü “Finance for All: Humanising Investment” mövzusuna həsr olunmuşdu. Panel və debatlarda:
• insan mərkəzli və inklüziv investisiya yanaşmaları,
• süni intellektə əsaslanan smart infrastructure həlləri,
• sosial və iqtisadi infrastrukturun inkişaf perspektivləri,
• PPP layihələrinin maliyyələşdirilməsində innovativ mexanizmlər
ətraflı şəkildə müzakirə edildi.
Bu beynəlxalq tədbirdə iştirak PMO.AZ üçün:
• PPP sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi,
• yeni qlobal trendlərin yaxından izlənməsi,
• institusional dialoq və əməkdaşlıq imkanlarının genişləndirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Aparılan müzakirələr PMO.AZ-ın PPP sahəsində bilik əsaslı yanaşmaların gücləndirilməsi, institusional potensialın artırılması və beynəlxalq təcrübənin lokal mühitə uyğunlaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərlə üst-üstə düşür. Bu kimi qlobal tədbirlərdə iştirak PMO.AZ üçün yalnız bilik mübadiləsi deyil, eyni zamanda dayanıqlı tərəfdaşlıqların qurulması və gələcək PPP təşəbbüsləri üçün strateji baxışın formalaşdırılması baxımından mühüm dəyər yaradır.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
04.02.2026
Xəbərlər
Layihə üzrə resurs tutumunun (capacity planning) ...
İdeal bir dünyada hər bir layihə uğurlu olmaq üçün lazım olan ...
Xəbərlər
PMO.az APMG International tərəfindən Accredited Training ...
Beynəlxalq standartlara uyğun peşəkar təlimlərin inkişafı istiqamətində növbəti strateji mərhələyə qədəm ...