• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Layihə Düşüncə Məktəbi - PMO

Günel Əliyeva savadlı bir gənc olaraq PMO.az barədə bir neçə məqalə hazırlamışdır. Qeyd etmək istərdim ki, onun tanışlığı şəxsi inkişafı ilə üst üstə düşmüş və qarşısında olan suallara cavab Layihə Düşüncəsi Məktəbində tapmışdır. Sizdə bu suallara cavab axtarışındasınız? Məqalə ilə tanış olun bizimlə əlaqə saxlayın.

PMO.az Layihə Düşüncə Məktəbi platformasının təsisçisi Rəşad İbrahimovla müsahibə.

Dünya hər keçən gün inkişaf edir, yenilənir. Bu transformasiyanın ən çox təsir etdiyi sahə mən deyərdim iş həyatı – biznes dünyasıdır. Azərbaycanda biznes dünyasında uğurları ilə yanaşı, dünya miqyasında müxtəlif ölkələrdə özünü inkişaf etdirən, beynəlxalq səviyyədə uğurlara imza atan bir peşəkarı sizlərə təqdim etmək istəyirəm. Sözügedən şəxs Azərbaycanda ilk və yeganə layihələrin idarə olunması sahəsində peşəkar platformanın, Layihə Düşüncə Məktəbinin təsisçisi və yaradıcısı Rəşad İbrahimovdur. Onun qazandığı nailiyyətləri və təcrübəni müsahibəmiz zamanı elə özündən xəbər aldıq və daha yaxından tanış olma imkanımız yarandı. Buna görə ona öz təşəkkürümüzü bildirir və sizə həmin müsahibəni təqdim edirik.

Rəşad İbrahimov kimdir və onun fikrincə bir peşəkar kimi uğur qapılarını açmaq üçün ən vacib açar hansıdır?

– Günel xanım, ilk olaraq sizi qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm.  Olduqca maraqlı suala toğundunuz. Rəşad İbrahimov kimdir? Peşəkar layihə rəhbəri və bu sahədə biliyini gənclərlə paylaşmağı özünə borc bilən kimi cavab vermək mümkündür. Peşəkar həyatda ən böyük uğurum mən deyərdim ki, illərin təcrübəsi və bu təcrübəni beynəlxalq səviyyədə qəbul edilməsidir. Təcrübə ilə yanaşı zənnimcə, uğurun digər başlıca meyarı inkişafyönümlülükdür. Yaşınızdan, peşənizdən, situasiyanızdan asılı olmayaraq əgər peşəkar səviyyəyə çatmaq istəyirsinizsə, daim inkişafla bir addımlamalısınız. Layihə düşüncəsini formalaşdırmalısınız. Bununla yanaşı hər zaman dəyişiklərə hazır olmağınız vacibdir. Mən daim texnologiya ilə ayaqlaşmağa sahəm üzrə dünya miqyasında trendləri izləməyə çalışıram.

Pandemiyaya baxmayaraq 2021-ci il ərzində, sizin də iştirak etdiyiniz beynəlxalq çərçivədə Layihə idarəolunması sahəsində keçirilən tədbirlərlə bağlı təəssruratlarınız necə oldu?

– Bu il ərzində bir çox beynəlxalq tədbirlərdə iştirak etdim. İlk səfərim finalçısı olduğum Ümumrusiya “Layihə rəhbəri – 2019” müsabiqəsinin təşkilati komitənin dəvəti ilə “Layihə rəhbəri – 2021” finalçıları üçün Kazan şəhərində master klass, sonra isə Sankt Peterburq şəhərində təşkil olunmuş masterclass oldu. İPMA-nın 32-ci konqressi, Qazaxıstanda keçirilən “Qazaqstan Project Management Awards 2021”, PMO Glabal Awards 2021 müsabiqəsinin qiymətləndirilməsi, PMI St.Petersburg təşkilatçılığı ilə baş tutan Layihə idarəolunması sahəsində beynəlxalq yanaşma ilə tanış olma şansım oldu, eləcə də sertifikatlara layiq görüldüm. Bundan başqa Moskvada Rusiya Nəqliyyat Universitetində “Layihə rəhbəri üçün maneələr” adlı seminarda tələbələrə təcrübəm əsasında əldə etdiyim biliklərimi bölüşmə imkanım oldu. Tələbələrə onların bu yolda qarşılaşa biləcəyi çətinliklərdən, eləcə də iş həyatında çətinliklərlə mübarizə etmə usullarından danışdım və olduqca rəğbət görüldü. Bu çox qürurverici haldır, çünki bu baxımdan beynəlxalq tədbirlərdə iştirak, xarici ölkələrə inteqrasiya edə bilmək həm də ölkəmizi təmsil etmək deməkdir.

Qeyd etmək istərdim ki, 2021-ci il mənim üçün olduqca aktiv və uğurlu il olmuşdur.

Beynəlxalq istiqamətdə aktivliyinizlə yanaşı ölkə çərçivəsində də bir sıra sosial, maarifləndirici layihələrə imza atmısınız, bu baxımdan sizcə Azərbaycanda bu sahəni inkişaf etdirməyin hansı istiqamətləri var?

– Fikrimcə, Azərbaycanda layihə idarəolunması sahəsindəki inkişaf texnologiya ilə düz mütənasibdir. İstər layihə idarə edilməsi olsun, istərsə də müxtəlif seqmentlərə uyğun idarəçilik prinsipləri ən yüksək səviyyədə təcrübə əsasında formalaşır. Təcrübə zamanı kitablarda, məqalələrdə yazılmayan çox situasiyalarla qarşılaşa bilərik. Ancaq təcrübəli, ixtiasalı peşəkarlardan qazanılan bilik və bacarıqlar təcrübəni birə beş artıra bilir. Bu baxımdan mən də öz təcrübə və bacarıqlarımı ölkəmizdə genişmiqyaslı yayılmasını təmin etmək üçün sosial bir layihəyə start verdim.

Bu sosial layihənin mahiyyəti nədən ibarətdir və nə kimi üstünlükləri var?

Artıq peşələr, sahələr demək olar bizim alışdığımız standartlar çərçivəsindən kənarlaşır. Texnologiyanın sürətli inkişafı sayəsində insanlar artıq çox asanlıqla informasiya axınına qoşula bilir, hətta online olaraq istənilən xarici ölkədə təhsil belə ala bilərlər. Texnologiyanın inkişafı həyatımız hər sahəsinə təsir etdiyi kimi biznes dünyasından da yan keçmir. Bu baxımdan layihə idarəolunması sahəsində hər bir detalı bir mərkəzdə toplamaq qərarına gəldim və PMO.az Layihə Düşüncə məktəbi platformasını tərtib etdim. Platformanın əsas məqsədi bu sahədə peşəkar olmaq istəyənlər üçün mütəxəssislərin təlimləri, məqalə və yerli ədəbiyyatlar toplusu, eləcə də sahə üzrə vakansiya və iş imkanları kimi məlumatları özündə cəmləşdirərək biznesə peşəkarlar qazandırmaqdır.

Qeyd edim ki, PMO.az MMC kimi rəsmən 4 noyabr 2021-ci ildə təsis edildi. Lakin sayt fəaliyyətinə daha öncə başlamışdır. Şəxsi kabinetin ilk istifadəçisinin qeydiyyatı 8 may 2021-ci ilə təsadüf edir. Odur ki, bizim 2 doğum günümüz var (gülümsəyir).

Qeyd etdiyim kimi əsas misiyam – Azərbaycanın layihə düşüncəsinin formalamasında əməyimi əsirgəməyəm və dünyada layihələrin idarə olunmasında baş verələri azərbaycan oxucularına dogma dilimizdə təqdim edəm və bilik mübadiləsinə şərait yaradam.

PMO.az sosial layihəsi çərçivəsində oxucular hansı imkanlardan yararlana bilərlər?

Bir çox sahə ilə yanaşı layihə idarəolunması sahəsində bilik qazanmaq üçün xarici ədəbiyyatlara üz tutmaq məcburiyyəti yaranır. Lakin bu dil məhdudiyyətinə görə bir çox insan inkişaf etməkdən çəkinir və uzaq qaçır. PMO.az platformasının ən böyük üstünlüyü saytın bütünlüklə Azərbaycan dilində tərtib olunmasıdır. Burada öz adımdan tədris olunan 20 saatadək video dərslik, layihə idarəolunmasına aid işlək şablonlar, testlər, beynəlxalq mütəxəssislərə aid ədəbiyyatlara istinad, şablonlar və məqalələr öz doğma dilimizdə yer alır.

PMO.az sosial layihəsi ondan faydalanan tələbələrin iş həyatlarında hansı nailiyyətlərə yol açıb?

Bu sosial layihə mənim bu sahədə qazandığım təcrübənin bir güzgüsüdür. Yəni layihə çərçivəsində maksimum dərəcədə qazandığım təcrübəni və bu sahənin incəliklərini geniş səviyyədə tələbələrimə ötürmüşəm.İndiyədək bu layihədə iştirak edib faydalanan bir çox dinləyicim sertifikat əldə edərək iş həyatlarına atılıblar. Hazırda onların hər biri müxtəlif inkişaf etmiş şirkətlərdə layihə koordinatoru, biznes analist, layihə rəhbəri olaraq çalışırlar. Mən tələbələrimlə hər zaman ünsiyyət qurur, peşəkar həyatlarında onlar üçün daim bir mentor və yolgöstərən kimi dəstək oluram. Buna görə PMO.az saytı bilik və bacarıqların inkişafı ilə yanaşı peşəkar ətraf mühit əldə etmə baxımından da insanlara geniş imkanlar yaradır. Layihə düşüncə məktəbi dedikdə siz rahatlıqla PMO.az platformasına üz tüta biləcəksiniz.

Rəşad müəllim, müsahibəyə gürə təşəkkürümü bildirirəm. Öz adımdan onuda qeyd etmək istəyirəm ki, pmo.az saytının aktiv oxucusu olmaqla yanaşı şəxsi kabinetdə olan imkanlardanda faydalanma şansım olmuşdur.

Müəllif: Günel Əliyeva

https://fins.az/layih%c9%99-dusunc%c9%99-pmo-az-yaninizda/ 

https://marka.az/az/biznes/302/ 

27.12.2021

PMO.az və SCOPE Consulting Layihə Menecmentində ...

Xəbərlər

PMO.az və SCOPE Consulting Layihə Menecmentində ...

PMO.az və SCOPE Consulting Layihə Menecmentində Dayanıqlılığın Təşviqi Üzrə Memorandum İmzalamışdır ...

PMP-nin 10 Əsas Bilik Sahələri

Xəbərlər

PMP-nin 10 Əsas Bilik Sahələri

PMP-nin 10 Əsas Bilik Sahələri Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...