• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Spotify şirkətinin idarəetmə modeli - Bəxtiyar Nəsibov

Spotify şirkətinin idarəetmə modeli

Məşhur music player şirkəti olan Spotify şirkəti Agile manifestinin üzərində özlərinə məxsus idarəetmə modeli formalaşdırıblar. Özlərinə məxsus formalaşdırdıqları idarəetmə modelində əsasən fokuslandıqları proseslər  “Spotify Product Development” və “release” prosesləridir.

Spotify şirkətinin yaratdığı bu idarəetmə modeli qısa müddət sonra uğur qazanmış və digər şirkətlərin də istifadə etdiyi bir idarəetmə modelinə çevrilmişdir. Hal-hazırda Spotify şirkətinin rəhbərliyi  bu idarəetmə modeli barəsində digər şirkətlərə konsultasiyyalar verməkdədir.

To be clear, we never coined the expression “Spotify Model”; we have just been talking to people about what we’re currently doing.

 Joakim Sundén

Team and Leadership Coach at Spotify

Spotify modeli niyə yaradıldı?

2008 -ci ildən etibarən Spotify şirkəti böyüməyə başladı. İşçi sayı 1600-ü keçdikdən sonra işlər idarəedilməz hala gəldi. Bu zaman Spotify şirkətinin idarə heyəti artıq özlərinə yeni bir idarəetmə metodologiyası yaratmaq qərarına gəldi.

Spotify tətbiqinin istifadəçi sayı günü gündən artırdı və istifadəçilər fərqli vaxtqurşaqlarında yaşayan dünyanın müxtəlif yerlərindən idi. İstifadəçilərə hər an dəstəyin göstərilməsi üçün  şirkət 24 saat işləyən növbəli iş rejiminə keçməyə məcbur idi. Bu isə öz növbəsində xərclərin artmasına (gecə növbəsində işləyən əməkdaş gündüz növbəsindəki əməkdaşa nisbətən daha çox məvacib alması lazımdır) gətirib çıxardırdı.

İlk öncə bu problemin qarşısının alınması üçün 3 fərqli vaxtqurşağında (timezone -da) Spotify şirkəti öz ofisini açdı. Fərqli ofislərdə, fərqli vaxtqurşaqlarında işləyən işçiləri idarəetmək də öz növbəsində artıq çətinlik yaratdı. Bu zaman spotify idarəetmə modelinin təməlləri qurulmağa başladı.

Spotify modelinin əsas ünsürləri hansılardır?

1) Squad-lar

2) Tribe-lar

3) Chapter

4) Chief Architect

Squad -lar kiçik startup lara bənzəyən kiçik bir komandadır. Bu komandada komanda üzvlərinin sayı 10-dan artıq olmur. Bu kiçik komanda özü-özünü idarəedə biləcək şəkildə formalaşmış olur. Bu komandanın özünün idarəedicisi - Product Owner -u (tapşırıqları komanda üzvlərinə təhkim edən, tapşırıqların yerinə yetirilməsinə nəzarət edən şəxs) olur. Hər bir squad müəyyən bir layihəni yerinə yetirilmək üçün qurulmuş bir komandadır. Həmin layihə yerinə yetirildikdən sonra bu komanda artıq dağılır və yeni bir layihədə başqa komandanın üzvləri olurlar.

Hər bir Squad -ın “hack day” ləri olur. Bu hack day lər üçün hər bir işçi həftəlik iş saatının 10% ni sərf etməlidir. Hack day lərdə komanda üzvləri texnoloji yeniliklər, yeni metodologiyalar, nəzəriyyələr və s. Barəsində biri-birlərinə məlumat verirlər. Hack day lərin əsas məqsədi işçilərin inkişafına vaxt ayırmalıdır.

Tribe -lar müxtəlif Squad -ların birləşməsidir. Tribe ümumi olaraq Squad -lara nəzarət edir. Hər Tribe -ın bir lead -ı (liderləri) olur.

Hər bir tribe -da işçi sayısı 42-150 nəfər arasında olmalıdır. Bir tribe -da 150 nəfərdən artıq insanın olması bu metodologiyaya ziddir. Bir tribe -da 100 nəfər ətrafında işçinin olması daha məqsədə uyğun hesab edilir. Bir tribe daxilində olan squad -ların fiziki olaraq eyni ofisdə (binada) olması daha yaxşı hesab edilir. Tribe liderləri squad-lar arasındakı asılılıqları aradan qaldırmaqdan və eyni zamanda squad-lar arasındakı kommunikasiyyanı yaxşılaşdırmaqdan məsuldurlar. Eyni zamanda tribe liderləri işləri bloklayan problemləri tapmalı və onun həll edilməsi üçün bütün resurslarını səfərbər etməlidir. Tribe liderinin idarəetmə qabiliyyətinin yüksək olması vacibdir. Yeni layihə olduqda squad hansı tribe-da yaranacaqsa, həmin tribe -ın lideri squad -ın yaradılması, iş üçün münbit şəraitin yaradılmasından məsuldur.

Chapter əvvəlki ənənəvi metodologiyalardakı “şöbə” yə analojidir. Chapter -də eyni vəzifədə işləyən işçilərin birləşir. Hər bir chapterin bir lead -ı (lideri) olur. Chapter liderinin əsas vəzifələri yeni işçilərin işə götürülməsi üçün vakansiyalar elan etmək, müsahibələrdə iştirak etmək, öz chapterindəki işçilərin bilik və bacarıqlarının yüksəldilməsi üçün onlara köməklik etmək, chapterindəki işçilərin KPİ larını ölçməkdir.

Chief Architect vəzifəsi ənənəvi idarəetmə modellərindəki “Texniki direktor” vəzifəsinə analojidir.

Chief Architect vəzifəsində işləyən şəxsin öhtəliyi ümumi İT infrastrukturunun qurulmasına nəzarət və proqramçıların yeni yazdıqları kodları mövcud arxitekturaya uyğunlaşdırmaq.

Nəticə:

Spotify idarəetmə modeli Agile manifestinin üzərində qurulmuş bir idarəetmə metodologiyasıdır. Bu metodologiya layihə yönümlü (project based) şirkətlər üçün daha əlverişlidir. Son məhsul (end product) bilinməyən layihələrdə SCRUM, Spotify və s. kimi metodologiyaların tətbiqi daha məqsədə uyğundur. Son məhsul bilinən layihələrdə isə Kanban metodologiyasının tətbiqi daha məqsədə uyğun hesab edilir.

İstinadlar:

  1. https://www.pmtoday.co.uk/spotify-scaling-agile-model/

  2. Abdelkafi, N., Makhotin, S., and Posselt, T. 2013. Business model innovations for electric mobility: What can be learned from existing business model patterns? International Journal of Innovation Management 17(01): 1–41.

  3. Michael Mankins and Eric Garton, How Spotify Balances Employee Autonomy and Accountability, FEBRUARY 09, 2017

Müəllif

Bəxtiyar Nəsibov

Bakı Mühəndislik Universitetinin müəllimi,

Cybernet MMC -nin IT-biznes analitiki

24.06.2021

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...