• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Təsir Hədləri: Layihə Dayanıqlılığını Gerçək Etmək

Layihə idarəçiliyində dayanıqlılıq sadəcə bir dəb sözü deyil—bu, bir zərurətdir. Mən bunu tez-tez deyirəm. Təşkilatlar dayanıqlılığa dair öhdəliklər götürür, amma əgər bu öhdəliklər faktiki layihə qərarlarına çevrilmirsə, onların elə bir mənası qalmır. Buna görə biz Dayanıqlılıq İdarəetmə Planı (SMP) Şablonumuzun (v3.0) son versiyasına Dayanıqlılıq Təsir Hədlərini əlavə etdik. Bu şablon burada pulsuz yükləmə üçün əlçatandır! Layihələrə aydın sərhədlər lazımdır ki, təşkilatın müəyyən etdiyi limitlər daxilində qalsınlar və bu yeniləmə də bunu nəzərə alır.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Çox uzun müddətdir ki, layihə dayanıqlılığı qeyri-müəyyən bir anlayış kimi qəbul olunub—ümid etdiyimiz, amma aktiv şəkildə idarə etmədiyimiz bir şey kimi. Reallıq budur ki, aydın sərhədlər və hesabatlılıq olmadan dayanıqlılıq məqsədləri sadəcə təqdimat slaydlarında yazılmış sözlərdən ibarət qalır. Biz bunu dəyişmək istədik. Dayanıqlılıq Təsir Hədlərini tətbiq etməklə layihə komandalarına aydın dayanıqlılıq sərhədləri təqdim edirik—layihələrin dayanıqlılıq məqsədlərindən yayınmamasını təmin edən real, ölçülə bilən limitlər.

Dayanıqlılıq Təsir Hədləri Nədir?
Sadə desək, Dayanıqlılıq Təsir Hədləri dayanıqlılıq təsirləri baxımından nə qəbulolunandır, nə isə deyil, bunun sərhədini müəyyən edir. Onlar layihə komandalarının təşkilatların əsas ekoloji, sosial və iqtisadi amillər üzrə proaktiv şəkildə müəyyən etdiyi hədləri nəzərə almasını təmin edir.

Bunu belə düşünün:

Karbon emissiyası hədli bir layihənin təşkilatın iqlim məqsədlərinə uyğun şəkildə qəbulolunan səviyyədən artıq istixana qazları yaymamasını təmin edir.

Su istifadəsi hədli layihənin yerli su ehtiyatlarını həddindən artıq istismar etməsinin və ya çirkləndirməsinin qarşısını alır.

Sosial təsir hədli isə əmək təcrübələrinin etik standartlara cavab verməsini təmin edir və tədarük zəncirində insan hüquqlarının pozulmasının qarşısını alır.

Hədlər olmadan dayanıqlılıq səyləri ən yaxşı halda reaktiv olur. Hədlərlə isə onlar qərarvermə prosesinə başlanğıcdan inteqrasiya olunur.

Bu Niyə İndiki Dövrdə Daha Çox Əhəmiyyət Kəsb Edir?
Dayanıqlılıq təsirləri “ümid etdiyimiz” və “layihələrin nəzərə almasını istədiyimiz” abstrakt bir anlayış deyil. Onlar da xərclər, cədvəl və əhatə dairəsi kimi dəqiq şəkildə müəyyən olunmalı, planlaşdırılmalı, monitorinq edilməli və idarə olunmalıdır.

Hər il təşkilatlar net sıfır emissiya, müxtəliflik və inklüzivlik, etik tədarük kimi öhdəliklərlə dolu dayanıqlılıq hesabatları dərc edir. Amma konkret layihələrə baxanda onların bir çoxu bu öhdəliklərlə uyğunlaşmır.

Mən “dayanıqlılıq” sözünü sadəcə səthi şəkildə işlədən məqalə və kitabları görəndə gözümü döyürəm. Bu, getdikcə daha çox baş verir. Amma bizdə bu belə deyil. Biz məsələyə mümkün qədər detallı yanaşırıq, həm də ondan da artıq.

Niyə? Çünki dayanıqlılıq çox vaxt sonradan nəzərə alınan bir məsələ olur—layihə səviyyəsində nəzarət edilən bir şey deyil, sadəcə hesabatlarda göstərilən bir şey olur.

Dayanıqlılıq Təsir Hədlərini layihə planlaşdırmasına daxil etməklə:

Dayanıqlılıq risklərinin baş verməsinin qarşısını əvvəlcədən alırıq, sonradan problemləri aradan qaldırmaq yerinə.

Dayanıqlılığı ölçülə bilən və izlənilə bilən edirik—sadəcə qeyri-müəyyən bir anlayış olmaqdan çıxarırıq.

Təşkilatların tənzimləyici və ESG hesabat standartlarına uyğunlaşmasına kömək edirik.

Qərarverməni yaxşılaşdırırıq, çünki layihə menecerləri dayanıqlılıqla bağlı “qırmızı xətt”lərin harada olduğunu dəqiq bilirlər.

GRI Bu Barədə Nə Deyir
Biz bunları sadəcə özümüz uydurmuruq—qlobal dayanıqlılıq standartları artıq təsir hədlərinin müəyyən edilməsini təşviq edir. Ən geniş istifadə olunan dayanıqlılıq hesabatı çərçivələrindən biri olan Qlobal Hesabat Təşəbbüsü (GRI), təşkilatların yalnız dayanıqlılıq təsirlərini ölçməli deyil, həm də onları müəyyən olunmuş sərhədlər daxilində aktiv şəkildə idarə etməli olduğunu vurğulayır.

GRI 103 (İdarəetmə Yanaşması) və GRI 306 (Tullantılar) kimi GRI standartları təşkilatların aydın, materiallığa əsaslanan təsir hədləri təyin etməsinin vacibliyini qeyd edir—əsasən, bir təsirin artıq nəzərə alınmaması mümkün olmayan səviyyəyə çatdığını göstərən limitlər. Biz də eyni məntiqi götürüb layihə idarəçiliyinə tətbiq etdik, çünki əgər dayanıqlılıq korporativ səviyyədə əhəmiyyətlidirsə, layihə səviyyəsində də əhəmiyyətli olmalıdır.

Bunu GPM Dayanıqlılıq İdarəetmə Planına (SMP) Niyə Əlavə Etdik
Peşəyə töhfə verməkdən qürur duyduğumuz bir konstruksiya… [təzim edir]
GPM-də illərdir təşkilatlara dayanıqlılığı layihə idarəçiliyinə inteqrasiya etməkdə kömək edirik. Və deməliyəm—dayanıqlı layihə idarəçiliyi ilə bağlı akademik modellərə baxanda həmişə bir az gülürəm, çünki onların bir çoxu təşkilatların əslində necə fəaliyyət göstərdiyini tamamilə nəzərə almır. Ətrafda olanların çoxu nəyinsə sitatına əsaslanır, amma reallıqdan uzaq, layihələrin korporativ mühitdə necə həyata keçirildiyinə dair heç bir real bağlantısı yoxdur.

Bizim sizə təqdim etdiyimiz nəzəriyyə deyil. Bu, illərlə nəticələrə görə cavabdeh olan şirkətlərlə birbaşa işləməyə əsaslanır. Biz bilirik ki, dayanıqlılıq səyləri real qərarvermə proseslərinə inteqrasiya olunmadıqda dağılır. Buna görə də bu amilləri nəzərə almaq vacibdir—beləliklə dayanıqlılıq layihənin sonunda hazırlanan bir hesabat yox, layihənin planlaşdırılması, icrası və ölçülməsi proseslərinə birbaşa inteqrasiya olunmuş əsas hissəsi olur.

Aydın hədrlər olmadan dayanıqlılıq büdcələr, son tarixlər və prioritetlərin toqquşması arasında itib gedir.

Bu səbəbdən SMP v3.0 versiyamıza aşağıdakı mövzular üzrə göstərişlər daxil etdik:

Ekoloji, sosial və iqtisadi amillərə dair dayanıqlılıq təsir hədrlərinin müəyyən edilməsi.

Layihələrin təşkilatın məqsədləri ilə uyğunlaşdırılması üçün uyğun dayanıqlılıq komandaları ilə məsləhətləşmə.

Təsir hədrlərinin layihənin KPI-larına və monitorinq proseslərinə daxil edilməsi.

Dayanıqlılıq məqsədlərinin sadəcə qeyd olunan bəndlər deyil, real qərarvermə meyarları olması.

Bu Dayanıqlı Layihə İdarəçiliyini Necə Dəyişdirəcək
Bu sadəcə SMP şablonumuza edilən bir yeniləmə deyil—bu, layihə idarəçiliyində dayanıqlılığa yanaşma tərzində bir dəyişiklikdir.

Bir az düşünün. Biz büdcəni və ya cədvəli təxmini qəbul etmirik—bəs niyə dayanıqlılıqda belə edirik? Əgər layihə büdcəni aşırsa, tədbir görürük. Əgər layihə gecikirsə, tədbir görürük. Amma əgər layihə təhlükəli səviyyədə karbon emissiyası yaradırsa və ya tədarük zəncirində istismara səbəb olursa, təşkilatlar tez-tez deyir: “Bunu sonra hesabatda qeyd edərik.”

Bu dəyişməlidir. Və Dayanıqlılıq Təsir Hədləri ilə biz bu dəyişikliyi təmin edirik.

Joel Carboni, 2025
Original məqalə üçün: GPM GLOBAL
Dayanıqlı layihə menecmenti haqqında daha çox öyrənmək üçün www.greenpm.az - a daxil olun

22.04.2025

PMO nədir? (Layihə İdarəetmə Ofisi)

Xəbərlər

PMO nədir? (Layihə İdarəetmə Ofisi)

Layihə İdarəetmə Ofisi (PMO – Project Management Office) şirkət daxilində fəaliyyət ...

Eqo və Eko-nun hüdudlarından kənarda: Biznesin ...

Xəbərlər

Eqo və Eko-nun hüdudlarından kənarda: Biznesin ...

Bizneslərin fəaliyyət göstərmə tərzi həmişə səssiz bir çərçivəyə əsaslanıb — bu ...