Xəbərlər
Uğurlu layihələr və peşəkarlardan öyrənmənin faydası
Fins.az Rusiyanın “Layihə rəhbəri 2019” müsabiqəsinin finalçısı və Rusiya Peşəkar Rəhbərlər Klubunun rezidenti, layihə rəhbəri kimi İCB4 sertifikatı sahibi, Azərbaycan Layihə İdarəçiliyi Assosiasiyasının İCB4 beynəlxalq standart təlimçisi, “Cargo.az” LLC-nin baş direktoru Rəşad İbrahimovun müsahibəsini təqdim edir.
"Peşəkarlardan öyrənin” layihəsi haqqında nə deyə bilərsiniz?
Bir məqamı qeyd etmək istərdim. Digər sahələrdən fərqli olaraq layihə menecmenti peşəsinə yalnız təcrübədə daha effektiv bilik əldə edirlir. Yəni tək kitablarlı oxumaqla deyil, gərək daimi layihələrin üzərində, əsas “döyüş bölgələrində” olasınız. Bununla yanaşı daima üzərinizdə çalışmağıda unutmaq olmaz. Peşəkrlarla daimi ünsiyyət sizə onların buraxdığı səhvlərdən qaçmağa köməklik göstərir. Odur ki, sualınıza cavab olaraq peşəkarlardan öyrənin sözü döğrudur və daim bundan yararlanmaq lazımdır.
Bu gün satış mövzusunda bir çox tədbirlər keçirilir. Layihə menecmenti barədə isə onların idarə etdikləri layihələrin nəticələrini görürük. Sizcə bu niyə belədir?
Çox maraqlı sualdır. Təşəkkür edirəm. Həqiqətən də bu belədir. Bu gü Bakımızda böyük layihələr həyata keçirilir. Mənim maraqla izlədiyim layihələrdən misal olaraq “Ağ şəhər” layihəsini, “Pirşağıda tullantı sutəmizləyici qurğusu” layihəsi, Banklarda maraqlı layihələr, eləcə də mənim şəxsən idarə etdiyim “166 yükdaşıma və lagistika xidmətinin beynəlxalq daşımalarının inkişafı” layihəsi düşünürəm tək peşəkarlar üçün deyil hər kəs üçün maraqlıdır. Lakin bu reklam və marketin tərəfindən işıqlansa da təcrübə qazanma və paylanması sahəsində addımlar olduqca az atılır. Nəticədə biz analoği yeni layihələrə yenidən digər ölkələrdən peşəkarları dəvət edirik.
AzPMA vaxt aşırı PM klub keçirir və təcrübləri ilə paylaşmağa peşəkarları, layihə idarəedilməsi sahəsində ilk addımlarını atan gənclərimizə öz tövhəsini verir. Lakin bununla dayanmaq olmaz.
Qeyd etmək istərdim ki, bu gün şəhərimizin mövtəşəm olması üçün canlı tarixin şahidi oluruq və bu təcrübəni kölgədə qoymamalıyıq. Peşəkarları bu layihələrə cəlb etməklə yanaşı önlarla müqaviləyə bir bənd “təcrübənizlə paylaşın” əlavə etməliyik. Çünki həyat dayanmır.
Tək Rusiyada deyil layihə menecmenti sahəsinin ən tanınmış peşəkarı Vadim Boqdanov Mart ayında Bakıda çıxış edəcək. Bu barədə nə deyə bilərsiniz?
Mən Vadim ilə ilk tanışlığımda onun yüksək dərəcədə peşəkar olmasına tam əmin oldum. Vadim layihə menecmentinə çox yeniliklər və hətda ilk baxışdan adi görsənən təlimləri özünəməxsus formatda və bununlada daha da yadda qalan olması texnologiyasını tədbiq etməsinin şahidi oldum. Bu gün bizə Vadim ilə yaxınlan tanış olmağımıza şərait yaradan “ExpressGroup” və şəxsən Abbas Abbasova dərin təşəkkürümü bildirirəm. Hər kəsi 6 mart, 2020-ci ildə Hyatt Regensi otelində Vadim Boqdanovla “Uğurlu layihələrin sirri” tədbirini qaçırmamağa dəvət edirəm.
Bu bir şansdır ki, bu səviyyəli peşəkarı eləcə də Azərbaycan dilində dinləyəcəyik. (Qeydiyyat üçün //master-class.az/projects bu linkdən keçid edə bilərsiniz)
24.02.2020
Xəbərlər
Layihə İdarəetməsində Etik Dəyərlər
Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...
Xəbərlər
Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...
Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...