Xəbərlər
Vakansiya
PMD Projects MMC "Layihələrin idarə edilməsi üzrə aparıcı mütəxəssis" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Layihələrin İdarəedilməsi Ofisinin yol xəritəsinə əsasən qayda və prosedurların hazırlanması və təkmilləşdirilməsi
- Layihələrin idarə edilməsi sahəsində sənəd şablonlarının hazırlanması və davamlı olaraq təkmilləşdirilməsi
- Mövcud proseslərin beynəlxalq standartlar və şirkətdaxili digər qayda və prosedurların tələblərinə uyğunluğunun təhlil edilməsi
- Layihələrin idarə edilməsi üzrə hesabatlılığın təkmilləşdirilməsi
- Layihələrdə risklərin idarə edilməsi proseslərinin təşkil edilməsi
- Layihələr üzrə dəyişikliklərin idarə edilməsi prosesinin təkmilləşdirilməsi və nəzarət edilməsi
- Layihələrin işlər həcmi, xərclər, iş qrafiki və digər məhdudiyyətlər çərçivəsində idarə edilməsinə nəzarət edilməsi;
- Layihələrin bütün maraqlı tərəflərlə mərhələli şəkildə razılaşdırılmasını təmin etmək
- Qanunvericiliklə müəyyən edilmiş və birbaşa rəhbər tərəfindən tapşırılmış digər vəzifələri yerinə yetirmək
Tələblər:
- Ali təhsil: İnşaat mühəndisliyi və bənzəri ixtisaslardan məzun olmaq
- İş təcrübəsi : Mülki inşaatda layihələrin idarə edilməsi üzrə azı 5 il iş təcrübəsi. Beynəlxalq şirkətlərdə təcrübə arzuolunandır.
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı, Rus dili - arzu olunandır
- Kompüter bacarıqları: MS Office
- PMP, PMI-ACP, CAPM və digər müvafiq sertifikatların olması arzuolunandır
Maraqlanan şəxslərdən CV - lərini vəzifə adı göstərilməklə hr@pmdprojects.az ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.
24.06.2021
Xəbərlər
İdarəetmənin dörd funksiyasını necə mənimsəmək olar?
Menecer olmaq bir çox insan üçün karyera pilləsində həyəcanverici irəliləyişdir. Amma ...
Xəbərlər
Kanban vs Scrum: Fərqlər, üstünlüklər və ...
Ən son “State of Agile” sorğusuna görə, komandaların 71%-i Agile metodologiyalarından ...