• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Yaponlara keyfiyyət öyrədən adam... Edward Deming - İdrak Atakişili

Facebook yoldaşlardan İdrak Atakişili  maralı bir paylaşım etdi. Düşündüm burada olması yerinə düşər. Mən təlimlərimdə tez tez Deminq barədə danışıram. Bu yazı isə tam zamanında oldu, çünki keyfiyyət artıq həyatımızda ən önəm verdiyimiz amilə çevrilməkdədir. 

Məndən isə Deminqin maraqlı sitatı. 

Bizi Telegramdan izləyin

Yaponlara keyfiyyət öyrədən adam... Edward Deming

(Bu yazı çoxunuza maraqlı gələcək)

Keçən dəfəki postumda Deming adlı bir amerikalı haqqında yazacağımı demişdim, hansı ki, 1950-ci illərin yapon istehsalatını zirvələrə daşıdı. Deming özü riyaziyyatı menecmentə daşıyan adamdı. Bu qardaş o vaxt bir kitab yazır və statistiki hesablamaları menecmentə tətbiq edərək əsl keyfiyyətli istehsalatın üsullarını ortaya qoyur. Lakin amerikalılar bu adamın fikirlərini ciddiyə almaq istəmirlər. Bəs adam nə edir? Çıxıb gedir Yaponiyaya.

Gəlin burda dayanaq. Temanı bir az dəyişək.

Henri Fordu tanıyırsınız? Bu at arabalarına oxşayan ilk avtomobilləri düzəldən adam vare. Deməli o vaxt bu adam başqa şirkətlərdən öz maşınları üçün əyləc sistemləri alırmış. Avtomobil sənayesində, ümumən böyük sənayelərdə firmalar istehsalat riskini aşağı salmaq üçün müxtəlif xammalları və hissələri müxtəlif şirkətlərdən alırlar. Hətta ölkə iqtisadiyyatının çökmə ehtimalına qarşı bəzi malları xaricdən gətirirlər. Bu zaman Ford da bəzi əyləc sistemlərini bir yapon firmasından alır, hardasa 10%-lik bir qismini. Deyək ki, Ford 1000 avtomobil düzəldirdisə, o vaxt 100-ü yapon əyləcli olurdu. Gələk indi əsas skandala.

Sən demə, bu yapon əyləcləri inanılmaz keyfiyyətli imiş. Artıq Ford şirkətinə sifarişlar ancaq belə gəlir - "yapon əyləcli Ford istəyirəm". Digər Fordlar alınmır, bütün müştərilər ancaq yapon əyləcli Fordların istehsalını gözləyirlər. Belə olduqda Henri Ford şübhələnməyə başlayır. Axı necə ola bilər ki, yapon firmaları amerikan firmalarının hamısından daha yaxşı məhsul ortaya qoya bilirlər? Bu yapon firmasında qeyri-adi nəsə var. Amma nə?

Araşdırmalar nəticəsində məlum olur ki, bizim bu Amerikadan qaçmış bayaqkı ögey uşaq Edward Deming sən demə bu yapon firmasının keyfiyyət üzrə consultant-ı imiş, yəni məsləhətçisi. Ortada qeyri-adi heç nə yoxdur, ortada ELM var, və ortada ALİM var.

Layihələrin idarə edilməsi

Daha sonra Deming-in üsullarını Toyota şirkəti öz işinə tətbiq etməyə başlayır və bir müddət sonra bütün Yaponiyaya yayılır. Hətta o zamanlar Amerikada belə bir deyim də yaranır: "Deming yaponlara keyfiyyət öyrətdi."

Bu gün yapon məhsulları bu qədər keyfiyyətlidirsə, bunun səbəbi istehsalatda və menecmentdə istifadə olunan elmi metodlardır. "Ölçə bilmədiyin bir şeyi idarə edə bilməzsən." - Deming-in həmin məşhur cümləsi idi.

"Keyfiyyətin atası" adlandırılan Deming-ə Yaponiyada çox mükafatlar və adlar verdilər. Maraq üçün deyim ki, eyni proses bizim yerlimiz Lotfi Zadeh üçün də belə alınmışdı. Amerikalılar Lütfizadənin Qeyri-səlis Məntiq Nəzəriyyəsinə düzgün qiymət verməmişdilər, yaponlar adama "Honda" mükafatını verib nəzəriyyəni tətbiq etdikdən sonra amerikalılar ayıldılar.

Bayaq Deming kitab yazıb demişdim ha, hansı ki amerikanlar onu rədd etmişdilər, baxın o kitabı da pdf formatında tapmışam. İstəyən olsa, rəyə email-ini yazsın, sonda hər kəsə ataram.

Qeyd: Və bir şeyi də unutmayın ki, kimsə Sizə sən zəifsən deyirsə, bu o demək deyil ki sən zəifsən. Bəlkə də qarşındakı sənin gücünü görəcək potensialda deyil. Bəlkə də sən Edward Deming kimilərdənsən və dünyanın sənə ehtiyacı var. Çalış, oxu və əzmkar ol. Uğurlar! 

 

18.07.2021

PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...

Xəbərlər

PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...

Layihələrin idarə edilməsi zamanı vaxt, resurs və risk faktorlarının düzgün koordinasiyası ...

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...

Xəbərlər

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün İT ...