• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

#Yüksəliş: 9. İnnovativliklərin tətbiqi və ya İnsanlar 8: İxtiraçılıq (Çıxış yolu tapma bacarığı)

#Yüksəliş: 9. İnnovativliklərin tətbiqi  və ya   İnsanlar 8: İxtiraçılıq (Çıxış yolu tapma bacarığı)  

#yüksəliş müsabiqədə qiymətləndiriləcək xüsusiyyətlər silsilə yazısından.

 

Tərifi

«Çıxış yolu tapma bacarığı» əmək vəziyyətləri və problemlərinin həlli məqsədilə alternativlərin müəyyənləşdirilməsi, təhlili, axtarışı üçün müxtəlif texnika və düşüncə yollarını tətbiq etmək qabiliyyətidir.

 

Məqsəd

Bu kompetensiya elementinin məqsədi fərdin qeyri-müəyyənliklər, problemlər, dəyişikliklər, məhdudiyyətlər və stress vəziyyətlərini yeni, daha yaxşı və daha effektli yanaşma və/və ya qərarların sistemli və daimi axtarışı yolu ilə həll etmək imkanıdır.

 

Təsviri

«Çıxış yolu tapma bacarığı» iş obyektindən optimal istifadədən ibarətdir. Söhbət təkcə yeni bir şeyin yaradılmasından deyil, həm də artıq mövcud olanların daha yaxşı, sürətli və ya ucuz işləməsindən gedir.

 

Kompetensiyanın əsas indiqatorları

1. Açıq və yaradıcı mühitin formalaşmasını stimullaşdırın və dəstəkləyin

2. Vəziyyət və strategiyaların müəyyənləşdirilməsi üçün konseptual düşünməni tətbiq edin

3. Mövcud vəziyyətlərin, maliyyə və təşkilati məlumatların təhlili üçün analitik metodlar tətbiq edin

4. Alternativlərin və həll yollarının tapılması üçün yaradıcı metodları təşfiq və tətbiq edin

5. Qərarların qəbulu prosesini təkminləşdirmək üçün layihə və onun məzmunu haqqında tam və müfəssəl fikrin yaranmasına dəstək olun

 

İPMA İCB4 Beynəlxalq sertifikasiya imtahanına hazırlıq zamanı biz bütün bu kompetensiya elementlərini incələyir, zəif və güclü tərəflərin müəyyən edilməsində istiqamətləndiririk  https://pmo.az/ipma/

12.06.2023

Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...

Xəbərlər

Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...

Six Sigma-nın tətbiqi keyfiyyət və səmərəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər, lakin ...

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək

Xəbərlər

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...