Xəbərlər
Zamanı idarə etmək mümkündürmü?
Layihə idarəetməsində “zamanın idarə edilməsi” ifadəsini tez-tez eşidirik.
Amma bir anlıq düşünək — zamanı idarə etmək mümkündürmü?
Zaman bizim nəzarətimizdə deyil. O, daim axır. Biz onu nə dayandıra, nə də uzada bilirik.
Buna görə də beynəlxalq standartların yanaşmasında “Time Management” deyil, “Schedule Management” termininə üstünlük verilir.
Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin
Çünki layihə meneceri zamanı deyil, öz fəaliyyətlərini zamanla uyğunlaşdırma prosesini idarə edir.
O, cədvəli planlayır, dəyişiklikləri izləyir və resursları zaman axınına uyğun tənzimləyir.
Fəlsəfi baxımdan bu fərq çox önəmlidir:
Biz zamanı nəzarətdə saxlaya bilmirik, amma öz qərarlarımızı və prioritetlərimizi idarə edə bilirik.
Bu mənada 80/20 qaydası, Pomodoro, Eisenhower matrisi, Time Boxing kimi “zaman idarəetmə alətləri” də əslində zamanı yox, insan davranışını və fokusunu idarə etməyə yönəlmiş texnikalardır.
Onlar fərdi səviyyədə cədvəlin reallığa çevrilməsinə xidmət edir.
“Zaman idarəolunan deyil — sadəcə planlaşdırıla və ona uyğun hərəkət edilə bilər.
Layihə meneceri zamanı deyil, cədvəli idarə edir.”
Sübhan Qaragözov
IPMA LEVEL-B, PMP, GPM-b, SAP SP, PMO.AZ PARTNYOR
10.11.2025