• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

2-ci yazı. Emil Miriyev “Layihə idarəolunmasının həyatımızdakı rolu”

2-ci yazı. Emil Miriyev “Layihə idarəolunmasının həyatımızdakı rolu”

Əvvəlinə keçid:

Əsas: Məqaləmizin giriş hissəsində dediyimiz kimi, layihələrin idarə olunması həm günlük həyatda, həm də karyera həyatında istifadə olunur. Misal olaraq, keçirdiyimiz ad günü tədbiri, yeni il tədbiri, universitetdə keçirdiyimiz təlimlər və s. bunların təşəbbüskarı özümüz olduğu kimi, həm də bu kimi tədbirlər özü bir layihə hesab olunur. Qısacası, düşünürəm ki, həyatımız özü bir layihənin həyat dövrünə bənzəyir, yəni başlanğıcı olduğu kimi son da əlbəttə ki var. Nəticə olaraq düşünürəm ki, hər bir kəs özünə 1 dəfə həvalə olunmuş bu həyatı yaxşı yaşamaq istəyir və bunu etmək üçün isə həyat dövrünün mərhələlərini uğurlu başa vurmaq lazımdır.

https://t.me/layihedushunce

Gəlin ilk olaraq sosial həyatımızda layihə idarə olunmasından istifadəyə dair nümunə göstərək:

Misal olaraq, dekabr ayının 30-da X təşkilatı ilə Y təşkilatının universitetdə təşkil etdikləri yeni il tədbirinə diqqət edək:

X təşkilatı tədbiri keçirmək üçün ayın 28-dən hazırlıqlara start verir. Onlar ayın 28-i zalı bəzəmək üçün dekorasiya işi ilə məşğul olan podratçı şirkətlə əlaqə qurur və eyni zamanda həmin gün dj-lərlə əlaqə saxlanılır. Bundan əlavə olaraq, digər tədbirə lazımı vəsaitlərin alınması üçün yola çıxılır. Ancaq danışıqlardan sonra bəlli olur ki, podratçı şirkətin artıq resursları tükənib, dj əvvəlcədən danışdığı digər tədbirə gedəcək və digər mal-material isə kifayət qədər alınması mümkün olmur. Bu səbəbdən, sadəcə 1 günə X təşkilatı uğursuzluğa düçar olur.

Sertifikatlaşdırma

Y təşkilatı isə 1 ay əvvəlcədən işlərə start verir. İlk öncə layihənin təşkili üçün komanda qurulur, məqsəd və hədəf bəlirlənir. Daha sonra 3 tərəfli layihə məzmunu olan vaxt, büdcə, keyfiyyət amillərinə diqqət yetirilir. Sonda komanda özünün hədəfinə uyğun layihə metodologiyasını seçərək işinə davam edir. Beləliklə, təşkilat elə layihənin start mərhələsində uğuru təmin edir. Başlanğıc mərhələ demişkən, bu həqiqətəndə layihəni uğurlu təşkil etmək üçün ən əsas faktordur.

Layihə idarəetmə proqramı: istifadə və problemlər

“NASA-nın layihə rəhbərinin 100 qaydası”nda deyildiyi kimi, uğursuz layihələrin və layihələrdə qarşıya çıxan problemlərin təhlili göstərir ki, bütün uğursuzluqların əsası layihənin əvvəlində qoyulur. Bu səbəbdən start mərhələsində layihəyə xüsusi diqqət ayrılmaq lazımdır.

İndi isə professional həyatda layihə idarəolunmasının niyə görə mühüm olduğunu bir neçə faktora əsasən nəzər yetirək.

IPMA ICB4 Kompetensiyalar

1.Strateji Uyğunlaşma:

Layihənin idarə edilməsi vacibdir, çünki o, çatdırılan şeyin doğru olmasını təmin edir və biznes mühitinə qarşı real dəyər verir.

Layihənin yaxşı idarə edilməsi layihələrin məqsədlərinin biznesin strateji hədəfləri ilə sıx uyğunlaşmasını təmin edir.

2.Liderlik:

Layihənin idarə edilməsi olmadan komanda sükanı olmayan gəmi kimi ola bilər.Rəhbərlik komanda üzvlərinə ən yaxşı işlərini etməyə imkan verir.Layihənin idarə edilməsi liderlik və motivasiyanı, maneələri aradan qaldırmağı, komandanı ən yaxşı işlərini görməyə ruhlandırmağı təmin edir.

3. Realist Layihə Planlaması:

Onu qeyd etmək lazımdır ki,biznes mühitində reallığı özündə ehtiva edən möhkəm layihə planı çox vacibidir.Çünki yaxşı layihə idarəetmə olmadan layihələrin gec çatdırılması və ayrılan büdcəni aşması halı baş tuta bilər.Eyni zamanda bu mövzu ilə bağlı layihə menecerləri öz effektiv yanaşmasını irəli sürməlidir.

Effektiv layihə menecerləri əsas maraqlı tərəflər, komandalar və rəhbərlik arasında ağlabatan və əldə edilə bilən son tarixlər və mərhələlər barədə danışıqlar apara bilməlidirlər.

Cədvəlin və təqdimatın yaradılması, pəncərələr ilə iş

4.Risklərin idarə olunması:

Risklərin idarə edilməsi layihənin uğuru üçün vacibdir. Yaxşı layihə idarəetmə təcrübəsi layihə menecerlərindən layihə üçün bütün potensial riskləri diqqətlə təhlil etməyi, onların kəmiyyətini müəyyənləşdirməyi, onlara qarşı təsirin azaldılması planını etməlidir.Bununla yanaşı,təbii ki risklər onların baş vermə ehtimalına uyğun olaraq prioritetləşdirilməli və riskə görə müvafiq cavab tədbirləri görülməlidir.Risk baş vermə ehtimalını və təsir gücünün ən yaxşı bilmək üçün isə L-tipli matris risk  dəyərləndirməsindən istifadə olunur.Qrafik aşağıdakı kimidir:

Bu qrafik vasitəsilə istənilən layihə komandası asanlıqla layihənin riskini,dözülməz risk,önəmli risk,orta risk,dözülə bilən risk və önəmsiz risk olaraq müəyyənləşdirə bilər.

Ardı var...

20.08.2023

Sony Layihəsi necə yarandı?

Xəbərlər

Sony Layihəsi necə yarandı?

Sony brendi 1946-cı ildə Tokio, Yaponiyada Masaru Ibuka və Akio Morita ...

Layihələrdə Təchizatın İdarə Edilməsi

Xəbərlər

Layihələrdə Təchizatın İdarə Edilməsi

Layihələrdə Təchizatın İdarə Edilməsi Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...