• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Emil Miriyev “Layihə idarəolunmasının həyatımızdakı rolu”

Emil Miriyev
“Layihə idarəolunmasının həyatımızdakı rolu”

Xülasə:
Məqalədə layihə idarə olunmasının gündəlik həyatımızda və karyera həyatımızda önəmini vurğulayan bir çox amil izah edilir. Layihə idarə olunması, nizamlılıq, planlama, vaxt və enerji idarəetmə, motivasiya, komanda işi və problemlərə həll tapmaq kimi əsas mərhələlərdən ibarət olan bir prosesdir. Bundan əlavə olaraq, agile metodologiyasının və digər layihə idarəetmə standartlarının istifadəsi, müvəffəqiyyət qazanmaq üçün vacibdir. Xərclərin idarə olunması, maliyyə böhranından qorunmağa kömək edir. Davamlı nəzarət isə layihədən dərs çıxarmaq, problemləri aradan qaldırmağa imkan yaradır. Son olaraq, layihə idarə olunmasının həyatımızda dəyərli bir mühit yaratdığı vurğulanır. Hər bir layihə, həyatımızda yeni təcrübələr və bacarıqlar qazanmamıza və uğurlu bir həyat yaşamamıza kömək edir. Layihə idarəetmə, həyatımızın hər bir sahəsində daha uğurlu olmağa və öz potensialımızı maksimum dərəcədə nəzərdə tutmağa nail olmağımızın əsas açarlarından biri kimi qarşıya çıxır.

Bizi teleqram kanalımızda izləyin.

Açar sözlər: Layihə idarəetməsi; Komanda işi; Planlama; Vaxt və enerji idarəetmə; Agile; Xərclərin idarə olunması; Nizamlılıq

Giriş:

Layihə idarə edilməsi müəyyən olunmuş məqsəd və nəticəyə nail olmaq üçün məhdud vaxt və resurs şəraitində irimiqyaslı vəzifələrin idarə olunması üsuludur. Təbii ki, hər bir layihənin başlanğıc mərhələsi olduğu kimi onun bağlanış mərhələsidə mövcuddur. Hər bir layihə öz unikallığı ilə seçilməlidir. Mühazirə layihəni prosesi ilə fərqiləndirən bir amil onun unikal olmasıdır. Digər amil isə bayaq dediyimiz kimi onun başlanğıc və son mərhələsinin olması amilidir. Layihə idarə olunmasının əsas 5 mərhələdən ibarətdir: 1. Başlanğıc 2. Planlaşdırma 3. İcra 4. Monitorinq və nəzarət 5. Bağlanış

İPMA təlimlərə qatılın kompetensiyalarıızı təsdiqlədin

 Bu mərhələlər daha çox layihə idarə olunmasının ənənəvi metodologiyasında istifadə olunur. Bu metodologiyadan başqa günümüzdə öz populyarlığını qazanmış agile metodologiyasından da istifadə olunur. Hər iki metodologiyada müxtəlif sahələrdə istifadə olunur.

 Bundan başqa layihə idarə edilməsində IPMA İCB4, PMBoK, PRINCE2 və s. kimi beynəlxalq standartlar var. Ümumi olaraq layihə idarə edilməsi təkcə karyera həyatımızda deyil, həmçinin günlük həyatımızda da önəmli rol oynayır. İstər günlük həyatımızda, istərsə də karyera həyatımızda potensial layihənin məqsəd və məzmununu bilmək, onu əslində öyrənmək və onun üçün səmimi qəlbdən inanmaq lazımdır. Eyni zamanda, burada ideallarımız, fikirlərimiz reallığa uyğun bir şəkildə olmalıdır ki, biz onu uğurlu bir layihəyə çevirə bilək. Layihə nizamnaməsi dedikdə isə layihənin başlanmasını təsdiq edən və özündə marağı olan tərəflərin ilk tələb və məqsədlərini əks etdirən sənəd kimi başa düşürük.Əsas bölmələri zaman, məqsəd, büdcə, məzmun, risklər, komandadır ki, bu bölmələr istənilən layihənin idarə edilməsində əvəzsiz rol oynayır. Bu kimi amillər daim menecerlərin diqqətində olmalıdır ki, layihəni uğurlu təhvil verə bilsin. Günümüzdə layihəni uğurlu bir şəkildə tamamlamaq üçün Smart, Swot, Pestle və s. təhlillərdən də az istifadə olunmur. Bu təhlilləri biz bəzən şəxsi olaraq da aparı bilirik və bu bizim şəxsi inkişafımıza bilavasitə kömək olur.

Videokurlarımızla tanışsınızmı?

Bu sahədə uğurlu olmanın ən əsas açarı düzgün kommunikasiya desəm, yəqinki yanılmaram. Günümüzdə düzgün kommunikasiya bacarıqları və komandanı düzgün formalaşdırmaq layihə menecerinin ən əsas öhdəliyidir. Büdcəmiz, vaxtımız və layihəyə ayrılan resurslar nə qədər layihəyə uyğun olsa da, yuxarıda qeyd etdiyim bacarıqlar menecərdə olmadığı halda, o heç vaxt uğur təmin edə bilməz. Ona görə də özəl şirkətlər, dövlət qurumları, digər transmilli kooperasiyalar öz layihə menecerini seçdikdə bu bacarıqları özündə ehtiva edən şəxsləri seçməlidir. Məqalənin əsas mərhələsində isə layihə idarə edilməsinin həyatımızdakı ən əsas rollarından danışmaq istərdim.

Ardı var

Youtube kanalımızı izləyin https://www.youtube.com/@LayiheDusunce

16.08.2023

PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...

Xəbərlər

PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...

Layihələrin idarə edilməsi zamanı vaxt, resurs və risk faktorlarının düzgün koordinasiyası ...

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...

Xəbərlər

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün İT ...