• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Azərbaycanda Beynəlxalq Layihə Meneceri Günü qeyd edildi!

Azərbaycanda Beynəlxalq Layihə Meneceri Günü qeyd edildi!

Hər il noyabrın ilk dördüncü günü layihə rəhbərləri peşə bayramlarını qeyd edirlər! Beynəlxalq Layihə Menecerləri Günü bütün dünyada müxtəlif layihələrin idarə edilməsi metodologiyalarından istifadə edən şirkətlərin layihə rəhbərlərini mükafatlandırmaq və bütün komandaların, xüsusilə layihə menecerlərinin nailiyyətlərinə minnətdarlıq etmək məqsədi daşıyır. Bu hal Azərbaycandan da yan keçmədi.

Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyası” İctimai Birliyinin (AzPMA) və PMO.az Layihə Düşüncə Məktəbinin təşkilatçılığı və Elektron Hökumətin İnkişafı Mərkəzinin dəstəyi ilə Beynəlxalq Layihə Meneceri Günü qeyd edildi.

AzPMA prezidenti professor İqbal Babayev tədbiri açıq elan edərək çıxışında bildirdi ki, bu gün Azərbaycanda layihələrin idarə olunması sahəsində böyük işlər görülür. Universitetlərdə bu fənn tədris edilir, bəzi universitetlərdə isə Magistr təhsili almaq mümkündür. AzPMA komandası tərəfindən aparılan işlər də göz qabağındadır. Bu sahənin inkişafında gənclərin rolu əvəzolunmazdır. Layihə ömrü insan ömrünə bənzəyir. Hər bir layihənin genetikası vardır: Layihə doğulur, böyüyür və sonunda yekunlaşır. Bu ömrü layiqli yaşamağına dəstək, təbii ki, layihə rəhbərlərinin əlindədir. Bir peşəkarlar kimi gələcəyin idarəçiləri sizsiniz - deyə bildirdi.

PMO.az Layihə Düşüncə Məktəbi 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir

Professor çıxışını davam edərək qeyd etdi ki, dünya təcrübəsi göstərir ki, kiçik layihələr daha uğurludur. Reallaşdırılan kiçik layihələrin 76%-i uğurludur, yalnız 4%-i özlərini doğrultmur. Müqayisə üçün qeyd edim ki, yalnız sayca onuncu qlobal layihə uğurlu olur”. Layihə rəhbərinin rolu tək idarə etmək deyil, onun minlərlə digər xırdalı-böyüklü rolları vardır. AzPMA yaranarkən təxmin edilirdi ki, 20 il sonra layihələrin idarə edilməsi bu səviyyəyə çatacaq. Bu səbəbdən qeyd etmək istərdim ki, gələcək Siz, gənc layihə rəhbərlərinin əlindədir” bildirərək professor çıxışını bitirdi.

Elektron Hökumətin İnkişafı Mərkəzinin  direktoru Fariz Cəfərov da öz növbəsində çıxışında bildirdi ki, bu gün bütün dünyada dövlətlərin, biznesin, sosial və insan həyatının digər sahələrinin inkişafına verdiyi töhfələrə görə layihə menecerlərinin rolu böyükdür. Layihə menecerlərinin enerjisi, istedadı, kompetensiyaları olmasaydı, bu gün fərqli bir dünyada yaşayardıq, bir çox ideya və ixtiralar praktiki nəticələrə və məhsullara gətirilməzdi. Bu gün ölkəmizin bütün regionlarında böyük, unikal, innovativ layihələr həyata keçirilir. Bu layihə və proqramların uğurlu həyata keçirilməsində eyni zamanda peşəkar layihə menecerlərinin də rolu böyükdür. Fariz Cəfərov çıxışında Elektron Hökumətin İnkişafı Mərkəzində çalışan layihə rəhbərlərinə yüksək dəyər verildiyini, onların daim özlərini inkişaf etdirməyə və onlara tapşırılan layihələri uğurla həyata keçirməyə çalışdıqlarını bildirdi.

PMO.az Layihə Düşüncə Məktəbinin yaradısı və direktoru Rəşad İbrahimov çıxış edərək iştrakçılara dərin minnətdarlığını bildirdi və PMO.az MMC-nin 1 yaşı olduğunu söylədi. Bu bir ildə uğur yolunu səsləndirdi. PMO.az tərəfindən aparılmış ekspertizası və təqdimatı nəticəsində Azərbaycan Dövlət Standartları AZS İSO 21500 və AZS İSO 21502 qəbul edilmişdir. Professor İqbal Babayevin dəstəyi ilə Azərbaycanda beynəlxalq akreditasiya almış təşkilata çevrilmişdir. Daha bir uğur isə PMO.az MMC-nin İSO 9001:2015 beynəlxalq sertifikata layiq olduğunu,  Beynəlxalq təlimlərin artıq ölkə xaricinə çıxmasını və ilk məzunlarının olduğunu da vurğuladı. Vahid lms.pmo.az sistemi istifadəyə verildi, videokurslarımız istifadəyə verildi, pmo.az saytında bloq yazıların sayı 500-ü keçdi. Bu olduqca böyük naliyyətlər hər kəsin dəstəyi ilə oldu.

Hər üç tərəf  qarşıda daha böyük layihələrin bizi gözlədiyini bildirdi və iştrakçıları bir daha təbrik etdilər.

Görüşün növbəti hissəsində Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşlarının, eləcə də digər namizədlərin beynəlxalq sertifikatlarının təqdimatı keçirildi.

Sonda ənənəyə sadiq qalaraq böyük bir tort kəsilərək görüş qeyri-formal hissəyə keçirildi və müzakirələr aparıldı.

Beynəlxalq Layihə Meneceri Günü münasibəti ilə hər kəsi təbrik edir, Elektron Hökümətin İnkişafı Mərkəzi, Azərbaycan Layihələrin İdarə Edilməsi Assosiasiyası” İctimai Birliyinin (AzPMA) və PMO.az Layihə Düşüncə Məktəbinə möhtəşəm tədbirə görə minnətdarlığımızı bildiririk.

Tanıtım müşaviri
Aytən Allahverdiyeva

 

03.11.2022

PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...

Xəbərlər

PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...

Layihələrin idarə edilməsi zamanı vaxt, resurs və risk faktorlarının düzgün koordinasiyası ...

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...

Xəbərlər

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...

PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün İT ...