• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

AZS ISO 21502:2022 “Layihərin idarə edilməsinə dair təlimatlar”ın 7 maddəsi

AZS ISO 21502:2022 “Layihərin idarə edilməsinə dair təlimatlar”ın 7 maddəsi

Davamı. Əvvəli linkə keçid al...

Dostlar, Layihə Düşüncə kanalımızda Azərbaycan dövlət standartı haqqında məqalə silsiləsini davam edirəm.

Mən Raşad İbrahimov, məqalə silsiləmizin davamı olaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmiş bu dəfə AZS ISO 21502:2022 “Layihərin idarə edilməsinə dair təlimatlar” haqqında danışacağıq.

Hər kəsi Layihə düşüncə kanalımıza qoşulmağa bizi izləməyə dəvət edirəm.

Dostlar, Bu məqalədə ilk olaraq AZS ISO 21502:2022 “Layihərin idarə edilməsinə dair təlimatlar”a ümumi nəzər yetirəcəyik.

Videomuzun altında koment olaraq təqdimat formatına dair fikirləriniz faydalı ola bilər. Odurki, komentlərinizi gözləyəcəm.

Beləliklə,  AZS ISO 21502:2022 “Layihərin idarə edilməsinə dair təlimatlar” 7 maddədən ibarətdir.

1 Tətbiq sahəsi

2 Normativ istinadlar

3 Termin və təriflər

4 Layihəyə rəhbərlik anlayışları

5 Layihə idarəetməni rəsmiləşdirmək üçün ilkin tələblər

6 İnteqrəedilmiş layihə idarəetmə təcrübələri

7 Layihə üçün idarəetmə üsulları

Layihərin idarə edilməsinə dair təlimatlar

Qeyd etmək istəyirəm ki, hər bəndin bir neçə alt bəndləri var. Misal 7-ci bəndin 18 alt bəndi var.

Standart layihənin uğurla icrası üçün mühüm olan və layihənin idarə olunmasına müsbət təsir göstərən layihə idarəetməsinə dair anlayış və təcrübələrə dair təlimatları təmin edir.

Bəs yaxşı, bu sənədin istifadəçiləri kimdir?

  1. layihə idarəetmənin daha yaxşı anlaşılmasını təmin etmək və layihə rəhbərləri və layihə üzərində işləyən şəxslərə müvafiq dəstək vermək və rəhbərlik etmələrinə yardım etmək üçün icraçı və ali rəhbərlik;
  2. layihə sponsorları, layihə şuraları, auditorlar və layihə menecerləri kimi idarəetmə, rəhbərlik, keyfiyyətə təminat, audit proseslərinə cəlb olunmuş və layihələrin idarə olunmasında iştirak edən şəxslər;
  3. layihələrində tətbiq olunan təcrübələri anlamaq, icra etmək, müqayisə etmək, qiymətləndirmək və digərlərinə çatdırmaq üçün ümumi sistemə malik olmaq məqsədilə layihə rəhbərləri və layihə qrupunun üzvləri;
  4. milli və ya təşkilati layihə idarəetmə standartları, prosesləri və üsullarının yaradıcıları.

 Bundan əlavə, bu sənəd digər dəstəkləyən şəxslər üçün faydalı ola bilər:

— portfellər və proqramlara rəhbərlik,  onların istiqamətləndirilməsi və idarəolunması;

— layihə qrupları, proqram və layihə ofisləri və ya oxşar təşkilati strukturlar;

— layihə, proqram və portfelin idarə olunması üzrə elmi-tədqiqat qrupu

— maliyyə, mühasibat uçotu, insan resurslarının idarə olunması, satınalma və hüquq kimi layihə idarəetmə ilə əlaqədar funksional bölmələr

Beləliklə, Layihə düşüncəli olunki, layihə düşüncə faydalanasınız.

PMO.az Layihə Düşüncə Məktəbi 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir

Layihə düşüncə kanalımıza abunə olmağı unutmayaq və növbəti video silsiləmizi izləyək.

Yeri gəlmişkən bütün videolarımın koment hissəsində daha nəyi bilmək istərdiniz və ya təkliflərinizi qeyd edin ki, müzakirəmiz daha maraqlı olsun.

Ardı var...

Rəşad İbrahimov - IPMA A – Certified Portfolio Director

28.09.2022

MERCEDES layihəsi necə yarandı?

Xəbərlər

MERCEDES layihəsi necə yarandı?

MERCEDES layihəsi necə yarandı? Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Xəbərlər

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Layihə idarə edilməsində şəxsi ünsiyyət Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...