Xəbərlər
Layihələrə nəzarət prinsiplərinin hansı əsasları var və onlar hansılardır?
Layihələrə nəzarət prinsiplərinin hansı əsasları var və onlar hansılardır?
Layihə idarəolunması mövzusunda yerli ədəbiyyat siyahılarına nəzər salsaq, demək olar ki, bunların çoxu xarici ədəbiyyatlardan istinadla ərsəyə gəlmiş, yaxud tərcümə sənədləridir. Bu müqayisəni Azərbaycanda iş həyatında da görmək mümkündür. Hər zaman artıq təcrübədən keçib uğur qazanılan proses daha etibarlı hesab olunur. Lakin yeniliklərə açıq olmaq və daim yeni əsaslar, qaydalar yaratmaq layihə idarəolunması sahəsində ən vacib proseslərdən olmalıdır. Çünki hər layihə eyni olmadığı kimi , hər layihənin idarəçilik prinsipləri də eyni ola bilməz.
Öncəki məqalədə layihə idarəolunması prinsipləri (Azərbaycanda Layihə idarəolunması prinsipləri varmı?) mövzusunda bir neçə məqama aydınlıq gətirdik. Burada da qeyd olunduğu kimi layihə idarəolunmasında əsas meyar onu idarə edən şəxsin – rəhbərin prinsipləri, idarəetmə üsullarıdır. Mövzunun davamı olaraq görərik ki, layihələr tək idarə etməkdən ibarət deyil. Burada digər məqam tək layihə idarəetmə prinsipi deyil, eləcə də nəzarət edilməsindən də getməlidir. O səbəbdən məqalənin davamına zərurət yaranmışdır.
Əlaqəli məqalələr:
PMO.az Layihə İdarəetmə Video Kursu
Layihələrin idarəedilməsi metodologiyaları
Yerli ədəbiyyat və idarəolunma prinsiplərinə yeni baxış bucağı gətirən, ölkəmizdə Layihə düşüncə məktəbinin yaradıcısı, PMO.az platformasının təsisçisi , beynəlxalq səviyyədə tanınmış peşəkar layihə rəhbəri Rəşad İbrahimovun rəhbərliyi ilə ərsəyə gələn “Layihələrə Nəzarət Prinsipləri” bu sahədə istər yeni başlayan, istərsə də mütəxəssis olan kadrlara yenilikləri qarşılamaq üçün yolgöstərən rolunu oynayır. Bu sənədin əsas prinsiplərini və nəzərə çatdırılmalı olan məqamlarını sizlərlə bölüşmək istəyirəm.
Prinsiplərə görə, əgər şirkət rəhbəri şəxsən özü proseslərdə iştirak etmirsə daha çox nəzarət proseslərində iştirak etməlidir. Bu zaman şirkət rəhbərinin həmin layihə üzrə ciddi nəzarət etməli olduğu məsələlər bunlardır:
Təşkilatda KLİS-nin (Korporativ Layihə İdarəetmə Sisteminin) inkişafı üçün cavabdeh məsul şəxs (kollegial orqan və ya işçi) mövcuddur.
Hər bir şirkətin daxili iş prinsipləri və idarəolunma qaydaları mövcuddur. Layihə rəhbəri əvvəlcə həmin şirkətin idarəolunma prinsiplərini haqqında məsul şəxslərdən məlumatlar toplamalıdır. Şirkətdəki öncəki layihələrin hansı əsaslarla idarə olunması, layihələrin şirkət üçün əhəmiyyəti və öncəki məhsullar haqqında məlumatlar bu məqamda layihə rəhbərinin istiqaməti üçün əsas yardım vasitələri olacaq.
Hər bir layihə üçün layihənin məhsulu və layihənin ölçülə bilən faydaları (və ya onların olmaması) müəyyənləşdirilir.
Layihə ilə tanışlıqdan sonra layihə rəhbəri yeni başlayacaq layihənin öz mahiyyətini başa düşməli və bu iki tərəfin – şirkət və yeni layihənin prinsiplərinin bir-birinə uyğunluğunu analiz edib , layihəyə düzgün istiqamət verməyi bacarmalıdır. Layihənin məhsulunun düzgün qiymətləndirilməsi zamanı əsas meyarı bilmək üçün diqqət yetirilməsi olan məqam onun bu şirkət üçün nə dərəcədə önəm kəsb etməsidir.
Layihənin tərifi formalaşır və zəruri hallarda müxtəlif həyat dövrləri olan layihə sinifləri ayrılır.
Hər bir sahədə başlamayan bir işin sonda nə olacağı barədə fikir bildirmək çətin olur. Lakin söhbət layihələrdən gedirsə, bu zaman layihənin əvvəlini, icra müddətini, sonunu görə bilməliyik. Nəticəsi olmayan və hara getdiyi bilinməyən bir layihədən uğursuzluq halı qaçınılmazdır. Buna görə layihələri sinifləndirmək və fazalara ayırmaq ən məntiqlisidir. Layihənin həyat dövrü mərhələri və onların mahiyyəti haqqında bir qədər danışaq:
Layihənin başlanması, harada ki, məhsula və faydalara cavabdeh şəxslər təyin olunur, bu zaman layihənin məqsədə uyğunluğu barədə qərar qəbul edilir.
Layihə rəhbəri layihə ilə bağlı analizlər edir və layihə məhsulunun faydalara cavab verib verməməsi barədə yekun nəticəyə gəlir. Artıq layihə başlaya bilər.Bu mərhələ layihədə düşünürəm ki, ən çox nəzarət olunmalı mərhələdir. Layihə uğurlu və plana əsasən başlamadıqda bərabərində riskləri də gətirir. Layihənin necə və hansı əsaslarla başlamasından onun yekun nəticəsini görmək olar. Bu səbəbdən layihə rəhbəri maksimum səriştə ilə layihə başlayarkən hər bir detala nəzərət etməlidir.
Layihənin planlaşdırılması, bundan sonra layihənin məqsədə uyğunluğu barədə qərar qəbul edilir;
Layihənin növbəti inkişaf mərhələsi onun necə planlamasından asılıdır. Bu plana və proseslərə nəzarət layihə rəhbərinin məsuliyyətindədir.Layihə rəhbəri artıq layihə üçün müəyyən inkişaf yolu cızmış və proseslərə də bu iz ilə nəzarət etməlidir.
Layihənin icrası, bu müddət ərzində məhsul hazırlanır və planlaşdırılan faydaları əldə etmək imkanı yaranır;
Layihə artıq icra mərhələsindədir. Artıq bütün işlər mövcud plana əsasən icra olunmaqdadır. Layihədən məsul rəhbər bu zaman həm yazılan planı, həm proseslərin ardıcıllığına nəzarət etməlidir. Hər bir proses əvvəlcədən yazılıb və icra üçün hazırlanıb. Lakin hər bir halda risk göz önünə alınmalıdır. Layihə rəhbəri qarşıya çıxa biləcək riskləri də müəyyən qədər hesab edə bilməlidir. Fors-major hal yaşandıqda isə layihə rəhbəri öz kompetensiyalarına güvənərək layihəni xilas etmək üçün cəsarətli olmalı və öz təcrübəsinə, kompetensiyalarına güvənərək növbəti addım üçün yol göstərməlidir.
Layihənin başa çatması, bu müddət ərzində layihənin təhlili aparılır, nəticədə təşkilatda layihə idarəolunması qaydalarına düzəliş edilir;
Layihə müəyyən müddət ərzində davam edir və başa çatır.Hər bir layihə həm uğurlu, həm uğursuz başa çata bilər. Hər bir halda bu, layihə rəhbəri üçün də, şirkət üçün də əvəzsiz təcrübədir. Layihənin sonda qiymətləndirilməsi, baş vermiş problemlərin növbəti layihələrdə baş verməməsi üçün bu mərhələdə təhlillər aparılır.
Layihənin həyat dövrünün hər bir mərhələsi üçün nəticələr toplusu, mərhələni tamamlanmış tanımaq qaydaları, layihə reyestrində mərhələnin keçirilməsinin qeyd olunması qaydaları , sapmalar müəyyənləşdirilir . Layihənin tərifi, layihələrin təsnifatı, layihənin mərhələlərinin təsviri, layihələrin reyestrinin aparılması qaydaları normativ sənədlərdə qeyd edilir.
Layihə bitdikdən sonra ona ümumi baxış keçirilir. Nəticələri, qazandırdığı məhsulun qiymətləndirilməsi, idarəolunma qaydaları, layihə zamanı baş verən hər bir şaxələnmə halları qeyd olunub növbəti layihələrin düzgün planlanması üçün arxiv kimi sənədlərdə saxlanılmalıdır.
Layihələrə Nəzarət Prinsipləri əldə etmək üçün linkə keçid alın
Müəllif: Gənc layihə rəhbəri Günel Əliyeva
19.01.2022
Xəbərlər
Layihə İdarəetməsində Etik Dəyərlər
Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...
Xəbərlər
Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...
Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...