• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Mif #5: COVID-19 Agile-ın başına bir oyun açdı!

Salam dəyərli oxuyucular. Ümid edirəm ki, yaxşısınız və sağlamsınız!

Bloqumun növbəti məqaləsi şəxsi və işgüzar həyatımızın ayrılmaz hissəsi olan COVID-19 virusun mövcud olduğu mühitdə Agile-ın aktual olub-olmamasından bəxs edəcək. Hansı praktiki həllərdən istifadə edə bilərik ki, bu sınaqdan da başıuca çıxa bilək?!

Bizi Telegramdan izləyin

Çevik iş üsullarının əsaslarından biri komandanın birgə yerləşməsidir. Bir sıra tədqiqatlar onu göstərir ki, bir yerdə birlikdə işləyən komandalar daha yüksək məhsuldarlıq və səmərəli qərar qəbul etmə bacarığını nümayiş etdirirlər. Beləliklə, koronavirusun hökm sürdüyü zamanda, bu yerləşmə mümkünsüz olduğu halda nə baş verir? Uzaq yerlərdə işləyən komanda üzvləri çevik ola bilərmi? Gəlin birlikdə nəzər salaq.

Baxmayaraq ki, əksər komandalar, xüsusən də təzəlikcə yaradılan komandalar, bəzi çətinliklərlə rastlaşacaqlar, bu narahatlıq qorxutmamalıdır: bu onun göstəricisidir ki, kolokasiya həqiqətən önəmlidir. Digər tərəfdən Agile-ın məsafəli işə nə dərəcədə dəstək və töhfə verməsini də izləyə bilərik. Bəs hansı çevik prinsiplər bizə köməkçi ola bilər?

Prioritetləşdirmə. Rezerv nüsxələrinin yaradılması və onların daim təkmilləşdirilməsi, məsafəyə baxmayaraq komandaya ən vacib məsələlər üzərində fokuslanmaqlarına köməklik edə bilər.

Kiçik krosfunksional komandalar. Kiçik komandalar sabitlik yaradır və lazım olduqda istiqaməti dəyişdirməyi asanlaşdırır.

Görüşlərin ritmi. Görüşlərin müntəzəmliyi hər kəsin uyğunlaşmasına və insanların evdən işlədikləri zaman əməkdaşlıq yaratmalarına kömək edir.

Agile Liderlik. Yaxşı liderlər xüsusi nəticələrə və hədəflərə diqqət yetirərək, komandalarda ümumi hədəfin formalaşmasına kömək edir.

Dəfələrlə vurğuladığım kimi, Agile xüsusi təcrübələrin toplusu deyil...- mədəni dəyərlərin, prinsiplərin və davranışların məcmusudur. Prinsiplərə sadiq qalan komandalar həyat və iş normalarına qayıtmayana qədər yenə də səmərəli işləyə bilərlər. Məhz bu istiqamətdə və tərzdə düşünən komandalar nəticədə uğur qazanır.

Seremoniyalar

Bizim can-cigərlərimiz "Agile Seremoniyalar" öz qüvvəsini saxlayır. Sadəcə iş gedişatının, həcminin əsasında dəyişə bilər. Adət etdiyimiz gündəlik Stand-Uplar 15 dəqiqədən çox ola bilər və lazım gəldikdə hər gün olmaya da bilər; Retro və Planning birlikdə keçirilə bilər. Demo da öz növbəsində onlayn şəkildə bütün aidiyyatı şəxslərə (stakeholder-lərə) çatdılır. Yeri gəlmişkən, tool-lar haqqında...

Virtual Tool-ların istifadəsi

Müasir biznes mühiti günü-gündən rəqəmsallaşır və təbii ki, seçimimiz genişdir. Sizə praktikada geniş istifadə edilən tool-ları təqdim edəcəm. Beləliklə:

Video və audio danışıqlar üçün (Skype Business, Microsoft Teams, Zoom, Hangouts)
Virtual lövhələr üçün (Trello, JIRA, Wrike)
Satış pipeline qurulması, monitorinq və hesabatlılıq üçün (Pipefy)
İşgüzar yazışmalar üçün (WhatsApp, Telegram, Slack, Outlook)
Online Retro üçün (Retrium, TeamRetro)

Virtual Komanda Mədəniyyəti

Bu konsepsiya uzaq işin ən çətin və ən vacib hissəsi ola bilər. Yaxşı liderlər komanda üzvləri üçün mədəniyyət hissi yaradan ixtiraçı yollar axtarır. Liderlər şəkillər paylaşa bilər, işə aid olmayan dünyavi mövzuları paylaşa bilər. Hətta evə və ətrafa virtual səyahət edə bilərlər.

Maraqlı bir təklif irəli sürmək istərdim... Fokusu təmin etmək və həvəsləndirmək üçün komandaya rol təyin etmək olar. Məsələn, "Referee" komandanın lazımsız müzakirələrə qapılmamasını təmin edir. "Motivator" komandanın enerji səviyyəsinin ən yaxşı səviyyədə olmasını təmin edir. "Timekeeper" zamanın səmərəli keçməsini təmin edir. Bunlar komandada həm yenilik həm bir oyun ab-havası yarada bilər. Məsələn, komandalarımdan bir nəfər bu təklifdən sonra söylədi ki, mən "Oliqarx" olmaq istəyirəm :))))

Üstəlik belə bir mədəniyyətin yaradılması üç praktika əsasında qurula bilər:

Empatiya. Məsələn, uşaqları olanlar işsiz uşaqlarla müqayisədə evdə işləməkdə daha çox problem yaşayırlar. Düşünün ki, hər kəs bu vəziyyəti fərqli qəbul edəcək və fərqli perspektivlər barədə açıq danışacaq. Bir-birinin vəziyyətindən xəbərdar olan komanda üzvləri həyat və iş normalarına qayıdana qədər səmərəli fəaliyyət göstərə bilərlər.
Şəffaflıq. Qeyri-müəyyənliyin özü olduğu bir vaxtda, liderlər işlərində, cari məsələlərdə və şəxsi cavablarda tamamilə şəffaf olmaq üçün əlavə səy göstərməlidirlər - cavab “Bilmirəm”, “Nəsə demək çətindir” cavabı olsa da.
Təəssübkeşlik. Həmkarları aralarındakı söhbətə həvəsləndirin. Bütün onlayn söhbətlər işlə bağlı olmamalıdır. Həmkarlarından gündəlik işlərin necə keçdiyini, uşaqlarının necə başa düşdüklərini və s. soruşa bilərsiniz.

Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər üçün

Nəticədə biz hansı qənaətə gəldik? Heç kim COVID-19 böhranının nə qədər davam edəcəyini bilmir. Lakin, bu o demək deyil ki, bizim qurduğumuz transformasiya fiaskoya uğrayacaq. Əksinə...Yuxarıda qeyd etdiklərim üsullar və çevikliyin qorunması vasitəsilə bütün hədəflər əlçatandır. Çünki, Agile xüsusi təcrübələrin toplusu deyil...- mədəni dəyərlərin, prinsiplərin və davranışların məcmusudur.

Özünüzə yaxşı baxın!

Sizin Coach :)

Ardı var...

Mənbə

05.06.2021

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...