• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Mif #9: "Atam, Agile İT-şniklərə aiddir, get onlarla danış!"​ Yusif Qasımov

Salam dostlar!

Söz verdiyim kimi "Agile Mifləri" rubrikası geri dönür :)

Bu bir illik ayrılıq zamanı yeni keyslər, səhv qərarlar, yeni təcrübələr yığaraq yenidən qarşınıza çıxıram. Coach-unuz üçün darıxmısınız, əminəm!

Bizi Telegramdan izləyin

Bugünkü mövzumuz Azərbaycan korporativ mühitində dillər əzbəri olan diskussiyanı özündə ehtiva edəcək. 2020-2021-ci illər aralığında artıq bazarımızda Agile Coach-ların sayı artmışdır və 100% əminliklə vurğulaya bilərəm ki, "Atam, Agile İT-şniklərə aiddir, get onlarla danış!" ifadəsini əksəriyyət eşidib. Məhz bu ənənəvi anti-pattern barədə biz bu gün sizinlə danışacağıq.

Yəqin ki, bu Villi Vonka memi bir çoxumuza tanış gəlir :) Bəli, Agile Coach və ya digər Agile təbliğatçılara qarşı ilkin şirkətdaxili reaksiya belə olur...Bir neçə cəhddən sonra isə Agile İT-ə aiddir kəlməsi ilə söhbət bağlanır. O zaman bağlanır ki, Agile Coach təcrübəsiz və yalnız nəzəri cəhətdən bilikli olanda (Bu mövzu fərdi məqaləyə sığan bir mövzudur deyə üstündən keçirəm).

Lakin Agile fəlsəfəsi və yaşam tərzi ilə yaxın maraqlanan, həyatında və işində rəhbər tutanlar bilirlər ki, Agile kökü məhz Non-İTdən başlayıb. Ötən məqalələrimdə Agile tarixi barədə geniş danışmışdım (kim oxumayıbsa - tövsiyyə edirəm). Müasir statistika bizə nə deyir? Aşağıya nəzər yetirək...

IPMA ICB4 Kompetensiyalar

Doğrudur, Agile fəlsəfəsi ilə bağlı geniş populyarlıq qazanan istiqamət məhz İT və Proqram təminatıdır, LAKİN!!! Bu o demək deyil ki, yalnız sözügedən sahədə keçərlidir. Öz təcrübəmdən deyə bilərəm ki, Satış, Marketinq, İnsan Resursları, İnşaat və digər istiqamətlərdə çox gözəl özünü biruzə verə bilər.

Məsələn, pandemiyadan əvvəl ölkəmizin aparıcı Ticarət Mərkəzlərindən (Mall) biri öz daxili prosesləri və strukturu istiqamətində məndən bəzi məsləhətlər istəmişdir. Adətən belə istəklər mənə daxil olduqda ilk sualım "Bunu nə üçün edirsiniz?" sualıdır. Əgər ideya müəllifi səlist və dolğun cavab verə bilmirsə o zaman mən bu işə baş qoşmuram. Mall-un Direktoru öz tərəfindən məni yaxşı mənada təəccübləndirərək konkret istəklərini ortaya qoydu. Vizyon və Strateji məqamlara birlikdə nəzər yetirərək daxili komanda üçün Kanban yanaşmasının ən uyğun olduğunu təyin etdik. Nəticədə bir rüb ərzində komandadaxili ünsiyyət daha da şəffaf formaya keçmiş, çarpaz funksional komanda quruluşu köməkliyi ilə fors-major situasiyaların çevik həll əmsalı 20% artmış, sərt ierarxik yanaşmadan daha çox kontekst yönümlü müstəqillik yaradılmışdır. Üstəlik pilot variant kimi geribildirim mədəniyyətinin formalaşması üçün daxili meet-up vərdişi qurulmuşdur. Çarpaz funksional komandanın tərkibini: General Manager, Marketinq şöbəsi, Lizinq şöbəsi, Duty Manager-lər və Satınalınmalar şöbəsi təşkil etmişdir. Klassik Kanban üzərindən gedən komanda Sprintlərlə yox, yalnız qoyulmuş tapşırıqların deadline-ları üzərindən çalışırdı və şəffaf formada bir-biri ilə daimi ünsiyyət saxlayırdı. Rəqəmlərin artması sadəcə zamana buraxılmışdır :)

Agile fəlsəfəsi çevikliyi rəhbər tutaraq konkret çərçivə içərisində qaynamır...Hər yeni təşəbbüs, layihə, addım unikaldır və biz hər dəfə həmin işi həyata keçirərək qərarlar əsasında yeni model yaradırıq. Necə deyərlər, bu meydan bu da sən...Göstər fərasətini. Dəyişməz olan yeganə amil - Dəyərlərdir. Gözəl tanıdığımız, hətta əzbər bildiyimiz, lakin istifadədə olduqca çətin olan dəyərlərimiz :)

Bu günlük bu qədər! Kim sizə desə ki, Agile yalnız İT-şniklər üçündür - rahat bu məqaləni onlarla paylaşa bilərsiniz! Görüşənədək!

İmtahanı Azərbaycan dilində verərək Beynəlxalq dərəcəli sertifikasiya əldə etmək istəyənlər üçün

Sizin Coach. Ardı var...

14.07.2021

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...