• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

PMI - etik və professional davranış qaydaları:

PMI - etik və professional davranış qaydaları
Elşən Zeynalov

1) Məsuliyyət - Verdiyimiz və ya vermədiyimiz qərarları, reallaşdırdığımız və ya reallaşdırmadığımız fəaliyyətləri və bunlardan ortaya çıxan nəticələri sahiblənmə vəzifəmizdir.

Məsuliyyətli olmağa dair istənilən bəzi qayda və standartlar vardır. Bunlara daha ətraflı baxaq:

1.1) Cəmiyyətə, ictimai təhlükəsizliyə və ətraf mühitə ən yaxşı şəkilə xidmət edəcək üstün faydaları əsas olaraq qərarlar verin və tədbirlər reallaşdırın;

1.2) Yanlızca keçmişimizə, təcrübənizə və bacarıqlarımıza uyğun tapşırıqları qəbul etməlisiniz;

1.3) Xəta etdiyinizdə və qüsur işlətdiyinizdə, vəziyyəti dərhal sahiblənmək və lazımı tədbirləri gerçəkləşdirmək lazımdır. Xəta və ya qüsurun başqalarından qaynaqlandığını gördüyümüz zaman, bunları müvafiq bölməyə bildirərik. Xətalarımızdan və qüsurlarımızdan qaynaqlanan bütün problemlər, onlara səbəb olduğu bütün nəticələr üçün hesabat verməyi qəbul edərik;

1.4) Bizə güvənilərək əmanət edilmiş özəl və gizli məlumatları qoruyarıq;

1.5) Etikadan və ya qanundan kənar davranışları müvafiq idarəetmə bölmələrinə və ya bu davranışdan təsirlənə biləcək bölmələrə bildirərik.

2) Hörmət - Özümüzə, başqalarına və bizə güvənib əmanət edilən resurslara dəyər vermə, qayğı göstərmə missiyamızdır. Bizə güvənlə əmanət edilən qaynaqlar - insanları, pulu, şöhrəti, təbii və ətraf mühit resurslarını aid etmək olar. Hörmət mühiti həmrəyliyi dəstəkləyərək güvənə, etibarlı mühitə və performans mükəməlliyinə yol açar. Bu fərqli baxış açılarının və görüşlərin təşviq edildiyi və dəyər verildiyi bir ortamdır.

Eyni zamanda hörmətlə bağlı bəzi qaydalar vardır:

2.1) Başqalarının normaları və adətləri mövzusunda məlumat sahibi olmağa diqqət etmək və hörmətsizlik olaraq görə biləcəkləri davranışlarda yer almaqdan qaçının;

2.2) Başqalarının baxış açılarını dinləmək, onları anlamaq lazımdır;

2.3) Qarşılıq görməsək belə, hər zaman professional davranmaq lazımdır.

3) Ədalət - Tərəfsizcə, obyektiv və mənalı bir şəkildə hərəkət etmə, qərarlar vermə vəzifəmizdir. Davranışlarımız maraq güdmə və qərəzdən təmizlənmiş formada olmalıdır.

Obyektiv yanaşmalar və qərarlar gələcək fəaliyyətin bir növ təməlidir.

3.1) Qərarvermə zamanı şəffaflıq təmin edilməlidir;

3.2) Tərəfsizliyinizi daim qiymətləndirmək, lazım olduqda uyğun dəyişiklik etmək lazımdır;

3.3) Fürsətləri ixtisaslı namizədlərin istifadəsinə bərabər səviyyədə təqdim etmək lazımdır.

3.4) Real və ya Potensial bütün maraqların toqquşmalarını uyğun maraqlı tərəflərə proaktiv şəkildə və əksiksiz olaraq elan etmək lazımdır.

4) Dürüstlük - İstər əlaqələrimizdə, istərsə də davranışlarımızda reallığı anlama və reallığa uyğun bir şəkildə hərəkət etmə vəzifəmizdir.

4.1) Həqiqəti anlamaq üçün səmimiyyətlə və ciddiyyətlə səy göstərilməlidir;

4.2) Əlaqələrinizdə və davranışlarınızda səmimi və gerçəyə uyğun şəkildə hərəkət etmək lazımdır;

4.3) Fərdi qazanc məqsədli və ya başqa birinə zərər vermək hesabına aldadıcı davranışlardan qaçınmaq lazımdır.

Elşən Zeynalov

Digər məqaləsinə KEÇİD

23.01.2022

Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...

Xəbərlər

Six Sigma-nın tətbiqində qarşılaşılan çətinliklər və ...

Six Sigma-nın tətbiqi keyfiyyət və səmərəliliyi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər, lakin ...

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək

Xəbərlər

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək

Dəyişiklik və Transformasiya Bacarığını Mənimsəmək Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...