• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

PMO (Project Management Office) nədir?

Layihələr həmişə gecikir? Komandada hər kəs fərqli sistemlə işləyir? Büdcə plana uyğun gəlmir? Belə problemlərin həlli üçün bir çox şirkətlərdə PMO (Layihə İdarəetmə Ofisi) yaradılır.

PMO – şirkət daxilində layihələrin idarə olunmasını sistemləşdirən və səmərəliliyi artıran bir bölmədir. Onun əsas məqsədi layihələrin vaxtında, büdcəyə uyğun və effektiv şəkildə icrasını təmin etməkdir.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

PMO-nun Əsas Faydaları

Standartlaşdırma – Layihələrin hamısı eyni metodologiya ilə idarə olunur, xaosdan qaçılır.
Resursların İdarə Edilməsi – Komandaların iş yükü balanslaşdırılır.
Risklərin Azaldılması – Potensial problemlər qabaqcadan analiz edilir və həll yolları tapılır.
Şəffaflıq və Hesabatlılıq – Layihə gedişatı daim izlənir və rəhbərliyə konkret hesabatlar təqdim olunur.

PMO hansı şirkətlər üçün vacibdir?

Əgər şirkətdə eyni anda bir neçə layihə həyata keçirilirsə və onlar arasında koordinasiya çətinlikləri yaranırsa, bu zaman PMO-nun yaradılması zərurət halına gəlir. Xüsusilə böyük, dinamik və inkişaf etməkdə olan bizneslərdə PMO-nun rolu əvəzedilməzdir.

PMO-nun Tipləri

Dəstəkçi PMO – Metodoloji və texniki dəstək verir, ancaq qərarvermədə iştirak etmir.
Nəzarətçi PMO – Standartlara uyğunluğu yoxlayır, hesabat tələb edir və layihələrin qaydalara riayət etməsinə nəzarət edir.
Direktiv PMO – Layihələri birbaşa idarə edir, qərarlar qəbul edir və icranı yönləndirir.

Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər bu linkdən ətraflı məlumat ala bilərlər

PMO uğurlu olması üçün nə lazımdır?

Güclü rəhbərlik və dəstək, Aydın və ölçülə bilən hədəflər, Effektiv kommunikasiya və əməkdaşlıq, Düzgün alətlər və metodologiyalar

Bir şirkətdə layihələrin uğurla idarə olunmasını istəyirsənsə, PMO yaratmaq və onu düzgün tətbiq etmək şərtdir! Hazırkı vəziyyətə uyğun bir PMO modelini seçib tətbiq etməklə layihələrdə səmərəliliyi maksimuma çatdırmaq mümkündür!

05.02.2025

Project Management Institute-nin (PMI) üstünlüklərindən 30 ...

Xəbərlər

Project Management Institute-nin (PMI) üstünlüklərindən 30 ...

Layihə idarəçiliyi sahəsində peşəkar olmaq və qlobal səviyyədə tanınmaq istəyirsiniz? Project ...

Boş Sözlərdən Kənara Baxmaq: Dayanıqlılığın Mahiyyətini ...

Xəbərlər

Boş Sözlərdən Kənara Baxmaq: Dayanıqlılığın Mahiyyətini ...

Boş Sözlərdən Kənara Baxmaq: Dayanıqlılığın Mahiyyətini Necə İtirmişik Mənim uzun zamandır ...