• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

PMO.az Layihə Düşüncə Məktəbi ISO 9001:2015 sertifikasiyasına layiq görüldü!

PMO.az Layihə Düşüncə Məktəbi ISO 9001:2015 sertifikasiyasına layiq görüldü!

Beynəlxalq təcrübəli şirkət olaraq, fəaliyyətimizin əsas sahələrindən biri professional insanların beynəlxalq sertifikasiya almasına kömək etməkdir. Bu dəfə öz şirkətimiz də növbəti beynəlxalq sertifikata layiq görüldü. Bu ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri - Tələblər” sertifikasiyasıdır.

ISO 9001:2015 nədir? - ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 176 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb.

ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür.

PMO.az Layihə Düşüncə Məktəbi olaraq daim həm şirkətlərin, həm də ayrı-ayrı fərdlərin beynəlxalq standartlaşmadan və sertifikasiyadan keçməsini məsləhət görmüşük. Özümüz də bu yolda daim irəliləyir, öz bünövrəmizi möhkəm qururuq.

Hazırda məktəbimiz tərəfindən layihə menecerlərinin beynəlxalq sertifikasiyası olan IPMA ICB4 sertifikasiyasına hazırlıq təlimləri təklif olunur. Bu təlim cəmi 1 ay ərzində hazırlaşaraq beynəlxalq dərəcə almağınıza yardımçı olur. Təlimlər beynəlxalq dərəcəyə malik və irihəcmli beynəlxalq layihələrin idarə olunmasında kifayət qədər təcrübəsi olan müəllimlər tərəfindən aparılır. Bizim teleqram kanalımıza qatılın.

PMO.az Layihə Düşüncə Məktəbi tərəfindən təqdim olunan bu unikal təlimin ən böyük üstünlüklərindən biri dil seçiminin olmasıdır. Sizin ingilis və rus dillərindən əlavə doğma Azərbaycan dilində də tam kursu keçmək, həmçinin imtahan və müsahibəni də Azərbaycan dilində vermək imkanınız var. Nəticədə isə siz beynəlxalq dərəcəli layihə meneceri olursunuz və adınız ipma.world bankına daxil edilir. Bu sertifikasiya dünyanın 80-dən çox ölkəsi tərəfindən tanınır. PMO.az yeganə rəsmi akreditasiya keçmiş mərkəz olaraq Layihələrin idarə olunması sahəsində təlim, sertifikasiya və tədbiq həyata keçirən şirkətdir.

Həmçinin karyerasına yeni başlayan amma beynəlxalq dərəcə əldə etmək arzusunda olan şəxslərin daim qarşılaşdığı təcrübə tələb olunması baryeri bu sertifikasiyada yoxdur. Çünki IPMA 4 dərəcəli sertifikaisiya təklif edir - A, B, C, D dərəcələri. Sizin iş təcrübəniz yoxdursa, siz D dərəcəsindən başlayaraq beynəlxalq sertifikat ala bilirsiniz. Növbəti illərdə isə iş təcrübənizi zənginləşdirərək resertifikasiya keçərək dərəcənizi yüksəldə bilərsiniz.

Digər təlim proqramlarımıza qeydiyyata tələsin.

Təlimlərimiz hər ay təşkil edilir. Ətraflı məlumat almaq üçün pmo.az/ipma/ səhifəsində daxil ola bilərsiniz. Qeydiyyatdan keçməyi unutmayın ki, sizinlə əlaqə saxlayıb bütün suallarınıza cavab verə bilək.

Layihə Düşüncəli olun!

Aytən Allahverdiyeva

Tanıtım müşaviri.

02.11.2022

Layihə idarə olunmasında özünü əks etdirmə ...

Xəbərlər

Layihə idarə olunmasında özünü əks etdirmə ...

Layihə idarə olunmasında özünü əks etdirmə və özünüidarəetmə nədir? Daha çoxu ...

Səudiyyə Ərəbistan, Kurort

Xəbərlər

Səudiyyə Ərəbistan, Kurort

Səudi Ərəbistanı dünyanın ən uzun asılmış hovuzu olan kurort layihəsini təqdim edib ...