• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

PMO.az Layihə Düşüncə Məktəbinin dinləyiciləri Layihələrin İdarə Olunması sahəsində Beynəlxalq dərəcəyə layiq görüldülər.

PMO.az Layihə Düşüncə Məktəbinin dinləyiciləri Layihələrin İdarə Olunması sahəsində Beynəlxalq dərəcəyə layiq görüldülər.

Azərbaycanda ilk dəfə olaraq Layihələrin idarə olunması sahəsində Beynəlxalq təşkilatın (AzPMA) akreditasiyasını almış PMO.az Layihə Düşüncə Məktəbinin dinləyicilərinin ilk buraxılışı oldu. Məzunlar yüksək perfomans və bilik nümayiş edərək, eləcə də İPMA B və C dərəcələrinin tələblərinə tam cavab verərək beynəlxalq sertifikasiya imtahanlarından müvəffəqiyyətlə keçdilər.

 

Azərbaycan Layihələrin İdarə Olunması Assosiasiyasının (AzPMA) təşkilatçılığı ilə keçirilən sertifikatların təqdimetmə mərasimində Assosiasiyanın prezidenti professor İqbal Babayev çıxış edərək namizədləri təbrik etdi və karyeralarında uğurlar arzuladı.

Professor Layihələrin idarə olunmasının vacibliyinə toxunaraq peşənin dünəni, bu günü və gələcəyi haqqında danışdı. O, Azərbaycanda Layihələrin idarə olunması sahəsində böyük dəyişiklərin göz qabağında olduğunu xüsusi vurğuladı.

PMO.az Layihə Düşüncə Məktəbi 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir

Professor çıxışında məhşur ifadəsini, “Biz gələcəyimizin falına baxmırıq, biz onu qururuq”, səsləndirərək gənclərə nəsihətini bildirdi və qeyd etdi ki, innovativ layihələri işləyərkən mütlək öncəki layihələrində əhəmiyyətini həmin zaman üçün innovativ olmasını unutmasınlar. 

“Bu gün Azərbaycanda layihələrin idarə olunması sahəsində böyük işlər görülür. Universitetlərdə bu fənn tədris edilir, bəzi universitetlərdə isə Magistr təhsili almaq mümkündür. PMO.az tərəfindən ekspertizası aparılarılmış və təqdimatı nəticəsində Azərbaycan dövlət standartları AZS İSO 21500 və AZS İSO 21502 qəbul edilmişdir. Bu sahənin inkişafında siz gənclərin rolu əvəzolunmazdır. Layihə ömrü insan ömrünə bənzəyir. Hər bir layihəni genetikası vardır: Layihə doğulur, boyüyür və sonunda yekunlaşır (ölür). Layihənin başlanması 2 halda olur, ya o ideya ya da ki, o transfer olunur. Bu zaman biz layihələri “Babayevin STAR (ulduz) modeli” üzrə dəyərləndirməliyik. “STAR” modelinə layihənin müvəffəqiyyətlə başa çatıb-çatmayacağını proqnozlaşdıran “Piramida” modeli, layihənin və onun məhsulunun təsvirini formalaşdıran “Linza” modeli, layihənin ətraf mühitlə münasibətinin tənzimlənməsini və uyğunlaşdırılmasını təmin edən “Münasibət” modeli, layihələrin idarə edilməsində əsas strateji idarə olunan Büdcə-Vaxt və Keyfiyyət parametrlərinin qarşılıqlı əlaqələr çərçivəsində idarə olunmasını təmin edən “Bermud” modeli və layihələrin idarə olunmasında biliklərin transfer edilməsini və bilik modellərinin işçi bilik modelinə sadə yolla inteqrasiyasını təmin edən “Slüz” modeli daxildir”. Çıxışında İqbal Babayev iştrakçılara bildirdi.

İqbal Babayev müəllifi olduğu və Təhsil Nazirliyi tərəfindən əyani vəsait kimi qəbul edilmiş “Layihələrin idarə olunması” kitabınını sertifikasiya proqramını müvvəfəqiyyətlə yekunlaşdırmış və yeni namizədlərə təqdim etdi. Son olaraq kitabın 12-17 səhifələrində “Müəllifin həyati baxışları: Oğluma altı nəsihət!” diqqətlə oxumağı tövsiyyə etdi. Növbəti qrup iştrakçılarını uğurlar arzuladı.

Babayev İqbal Alıcan oğlu

1986-ci ildə Kiyev şəhərində ali təhsil, elmlər namizəd, elmlər doktoru və daha sonra professor elmi ad və rütbələr almışdır. Hal-hazırda eyni zamanda Kiyev İnşaat və Memarlıq Milli Universitetinin “Layihələrin İdarə Edilməsi” kafedrasının professorudur, mühazirələr oxuyur və aspirantlara, doktorantlara rəhbərlik edir.

Prof. İqbal Babayev MDB ölkələri üzrə ilk dəfə olaraq “Layihələrin İdarə edilməsi” üzrə doktoluq dissertasiyasını müdafiə edən alimdir. Hal-hazırda Ukraynada bu istiqamətdə doktorluq nə namizədlik müdafiəsi üzrə bir-neçə elmi şuraların üzvüdür. O, dünyada “Babayevin 5 ulduz modeli” və “Layihələrin genetikası” kimi elmi istiqamətlər ilə tanınmış alimlər sırasına daxil olmuşdur.

İqbal Babayev və Rəşad İbrahimov Azərbaycanda Layihə idarə edilməsi tarixindən danışdılar

PMO.az Layihə Düşüncə Məktəbi İPMA sertifikasiya imtahanlarına hazırlığa qatılmaq üçün linkə keçə bilərsiniz. İmtahana hazırlıq proqramı Azərbaycan və rus dilindədir.

https://pmo.az/ipma/

PMO.az Layihə Düşüncə Məktəbi 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir

20.07.2022

MERCEDES layihəsi necə yarandı?

Xəbərlər

MERCEDES layihəsi necə yarandı?

MERCEDES layihəsi necə yarandı? Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Xəbərlər

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Layihə idarə edilməsində şəxsi ünsiyyət Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...