• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Product Discovery nədir?

Product discovery – müştərilərin ehtiyaclarını anlamaq və onlara əlavə dəyər gətirəcək yeni bir məhsul və ya funksiyanı müəyyənləşdirmə prosesidir. Düzgün şəkildə həyata keçirildikdə, bu proses məhsul komandalarına məhsul backlog-unu (planlaşdırılmış iş siyahısını) doldurmaq üçün istifadə oluna biləcək ideyalar təqdim edir.

Lakin yaxşı product discovery təkcə müştərilər üzərində qurulmur. Bu mərhələdən çıxan hər hansı bir ideya həm də realizə oluna bilən, biznes baxımından məqsədəuyğun və şirkətin ümumi strategiyası ilə uyğun olmalıdır.

Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin

Product discovery necə işləyir?

Məsələn, bir bank mobil tətbiqinə yeni funksiyalar əlavə etmək üçün product discovery prosesi keçirir.

Komanda müştərilərlə müsahibələr, fokus qruplar və sorğular vasitəsilə geribildirim toplayır. Müştərilər bu kimi istəklərini paylaşırlar:

• Tətbiqin digər bank sistemləri ilə inteqrasiya olunması,

• Tətbiq daxilində canlı dəstək çatının yaradılması,

• Tətbiq interfeysinin rənglərini dəyişmək imkanı.

Bank bu fikirləri analiz edir və inteqrasiya məsələsinin biznes strategiyasına zidd olduğunu müəyyənləşdirir. Amma canlı çat və rəng dəyişmə ideyaları praktik və uyğun sayılaraq layihə siyahısına əlavə edilir.

Müştəri araşdırmalarına əlavə olaraq, rəqiblərin təhlili də product discovery üçün vacib mənbədir. Bu zaman istifadəçilərin rəqib məhsullarda nəyi bəyəndiyi və nədən istifadə etdiyi öyrənilir.

Ən yaxşı şirkətlər isə sadəcə trendləri təqib etməklə kifayətlənmir, unikal və fərqli ideyalar tapmağa çalışırlar.

 

Product discovery-ni düzgün aparmağın faydaları

• Rəqiblərdən fərqlənmək: Yaxşı məhsullar təkrar olmur. Məsələn, iPhone-un fərqliliyi onlarla Android telefonun onu təqlid etməsinə baxmayaraq hiss olunur.

• Yeni tələb yaratmaq: Rəqiblərlə yarışmaq əvəzinə, mövcud olmayan bir ehtiyacı müəyyən edib, bazarda fərqlilik yaratmaq.

• “İlk hərəkət edən” üstünlüyü: Yeni tələb yaratdıqda bazarda ilk və tək olmaq imkanı yaranır.

• Daha ucuz və sadə həllər tapmaq: Müştəriyə yaxınlaşmaq sadəliyin gücünü ortaya çıxarır — həqiqətən vacib olan nədir?

• Müştəri sədaqəti qurmaq: Product discovery, şirkətin müştəriyə dəyər verdiyini göstərir və bu, etibar və loyallıq yaradır.

• Şirkət strategiyasını dəstəkləmək: Bir çox şirkət strategiya müəyyən etsə də, onu həyata keçirəcək konkret yol xəritəsi olmur. Product discovery bu boşluğu doldurur — yeni gəlir imkanları, xərclərin azaldılması, müştəri məmnuniyyətinin artırılması kimi məqsədlərə çatmaq üçün vasitədir.

 

Uğurlu product discovery qarşısında duran 6 əsas çətinlik

1. “Boşluqda” ilişib qalmaq: Komandalar ümumi mənzərəni unudaraq ya gündəlik tapşırıqlarda itib batır, ya da sadəcə rəqibləri təqlid edir. Bu isə “məhsul kəşfi tunel baxışı” yaradır – yəni geniş baxış bucağını itirmək.

2. Real müştərilərlə əlaqə qurmamaq: Bəzi şirkətlər sadəcə müştəri dəstəyi heyətindən məlumat alır. Amma bu, şəxsi yanaşmalar və daxili qərəzlər səbəbilə qeyri-dəqiq nəticələr verə bilər.

3. Strategiya və məqsədlərin aydın olmaması: Strategiyası olmayan komandalar hansı ideyanın düzgün, hansının faydasız olduğunu müəyyənləşdirə bilmirlər. Bu isə vaxt və resurs itkisidir.

4. Maraq tərəflərinin dəstəyinin olmaması: Product discovery ciddi zaman və resurs tələb edir. Əgər rəhbərlik bu prosesi önəmli saymırsa, komanda prosesi tələsik və səthi aparacaq.

5. Məlumat və əsas göstəricilərin olmaması: Bu proses data əsaslıdır. Əgər düzgün məlumatlar toplanmazsa, nəticədə yanlış qərarlar və səhv funksiyalar yaradılır.

6. Rəqabətli prioritetlər: Komandalar bəzən çatdırılmalı sprintlər və təzyiqlərlə üz-üzə qalır. Bu zaman discovery mərhələsi arxa plana keçir, nəticədə keyfiyyətsiz nəticə ortaya çıxır.

Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər bu linkdən ətraflı məlumat ala bilərlər 

Layihə idarəetməsi ilə uyğunluğu necədir?

Product discovery əslində layihə idarəetməsinin ilk və ən vacib mərhələsidir. Aşağıdakılarla birbaşa əlaqəlidir:

• Layihənin başlanğıc fazası (Initiation): Məqsədin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə razılaşmalar.

• Planlaşdırma: Hansı funksiyalar üzərində çalışılmalı, hansılar buraxılmalıdır?

• Risk analizi: Bəzi ideyalar strateji ziddiyyət yarada bilər — bu, öncədən aşkarlanmalıdır.

• Resurs bölgüsü: Hansı ideya daha vacibdir və ilk növbədə hansı resurs ona ayrılmalıdır?

Yəni product discovery sadəcə məhsul komandaları üçün deyil, bütün layihə komandası üçün strateji rəhbərlik vasitəsidir. Bu mərhələnin atlanması, elə layihənin özünün səbəbsiz və hədəfsiz aparılması deməkdir.

14.07.2025

Komanda inkişafının 5 mərhələsindən istifadə edərək ...

Xəbərlər

Komanda inkişafının 5 mərhələsindən istifadə edərək ...

Güclü və effektiv komandalar qurmaq sadəcə insanları bir araya toplamaqla mümkün ...

Türk Hava Yolları layihəsi necə yaranıb?

Xəbərlər

Türk Hava Yolları layihəsi necə yaranıb?

Türk Hava Yolları – yalnız təyyarələr uçuran bir şirkət deyil, eyni ...