• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Standartların aktuallığı nədədir? Davamı

Standartların aktuallığı nədədir? Davamı

Əvvəli linkə keçid al...

Bildiyiniz kimi layihələrin idarə olunması sahəsində bir neçə beynəlxalq standartlar var. Gəlin ilk öncə standartların yaranması tarixinə baxaq. Standartların yaranmasın tarixi ötən əsrə təsadüf edir.

Minlərlə işlərin təkrarlandığı, onlardan bir çoxu uğurlu və unikal həllər verdiyi səbəbindən qərara gəlinirki toplanmış təcrübələri ümumiləşdirib, sistemləşdirib daha da faydalı edilsin.

Beləliklə də layihələrin idarə olunmasında təcrübə və biliyin birləşdirilməsi prosesi başlanıldı.

İlk dəfə 1965-ci ildə Layihələrin İdarə olunması beynəlxalq assosiasiyası - İPMA yaranır. Yeri gəlmişkən Azərbaycanda da bu assosiasiya AzPMA Azərbaycan Proyek Menecement Asosiasiyası kimi hələm 90-cı illərdən vardır. Daha sonra Layihə İdarə etmə institutu (PMİ) və digərləri yaranır.

İPMA İCB4 Beynəlxalq sertifikasiyadan faydalanmaq istəyənlər linkə keçə bilər https://pmo.az/ipma/

Standartlaşma sahəsində olduqca böyük tövhə vermiş Beynəlxalq Standartlaşma Təşkilatıdır, the International Organization for Standardization, qısa hamımız bildiyi İSO-dur. Məhs onun nəznində fəaliyyət göstərən Texniki Komitələr minlərlə sahələrə aid standartlar hazırlamışdır və bu gündə bir çox ölkələr faydalanır. Beynəlxalq Standartlaşma Təşkilatının nəznində olan 258 saylı Texniki Komitə Layihələrin, Proqramların və Portfelin idarə olunması sahəsində olan standartları işləyir və təqdim edir.

1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir 

Bu standartlar layihə, proqram və portfelin idarə edilməsi üçün mühitə ümumi baxışı və daha geniş ətraf mühitə təsir edən ümumi amilləri təqdim edir.

Qeyd etmək istərdim ki, Standartlar qəbul edildikdən sonra mənə çoxlu zənglər gəldi və əksər suallar hər kəsdə oxşar idi. “Beynəlxalq standartlar olan yerdə bizim standarta nə gərək var idi?”

Bilirsiniz ki, dövlət əhəmiyyətli sənədlər daha detallı incələnir və qəbul edilməmişdən öncə bir çox instansiyalardan keçir. PMO.az şirkəti olaraq standartların ekspertizasını apararkən peşəkarlarla yanaşı, Azərbaycan Standartlaşdırma İnstitutu ilə sıx əlaqədə olduq və Texniki Komitə tərəfindən qaldırılmış bütün sualları cavablandırmağa çalışdıq.

Qəbul edilmiş standartların adından bəlli olduğu kimi, Beynəlxalq Standartlaşma Təşkilatının müvafiq standartları bazasında hazırlanmışdır. Bu o deməkdir ki, Azərbaycan peşəkarları dövlət tərəfindən qəbul edilmiş beynəlxalq standartların təcrübəsindən faydalanacaqlar. Layihələrin idarə edilməsində pərakəndə yanaşma aradan qaldırılacaqdır və vahid yanaşma tədbiq olunacaq. Layihələrin müddəti məhdud olduğundan bu olduqca vacibdir.

Beləliklə, Layihə düşüncəli olunki, layihə düşüncə faydalanasınız.

Ardı var...

Rəşad İbrahimov PMO.az Layihə düşüncə məktəbinin təsisçisi

 

09.07.2022

MERCEDES layihəsi necə yarandı?

Xəbərlər

MERCEDES layihəsi necə yarandı?

MERCEDES layihəsi necə yarandı? Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Xəbərlər

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Layihə idarə edilməsində şəxsi ünsiyyət Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...