• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Xaricdə karyerada beynəlxalq sertifikasiyanın əhəmiyyəti

Xaricdə karyerada beynəlxalq sertifikasiyanın əhəmiyyəti

Beynəlxalq karyera arzusunda olan hər bir şəxs üçün maraqlı olan mövzulardan biri də uğurlu və yüksək maaşlı karyera üçün hansı addımların atılması mövzusudur. İş bacarıqlarınızın yüksək olması ilə yanaşı onun beynəlxalq standartlara uyğun olması, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sertifikasiyadan keçməniz sizi digər namizədlərdən 10 addım irəliyə atır.

Mövzunun aktuallağını nəzərə alaraq hər bir Azərbaycan gəncinə faydalı olan bir vebinar keçirdik. PMO.az davam etdirdiyi - gənclərimizin Layihələrin idarə edilməsi mövzusunda maarifləndirilməsi missiyasına sadiq qalaraq növbəti görüşümüz Mart ayının 10-un (2023) həmkarım, Educated Future şirkətinin təsisçisi və direktoru Kamilə Fətulayeva ilə maraqlı vebinarla keçirildi.

8 ildən çox xaricdə təhsil sualları ilə məşqul olan Fətullayeva Kamilə, hazırda Educated Future Xaricdə Təhsil şirkətinin təsisçisi kimi fəaliyyət göstərir. Dünyanın bir çox ölkəsində UK, USA, Canada, Australia, Yeni Zelandiya, Spain, İsveçrə, İrlandiya, Hollandiya və s. qabaqcıl universitetlərinə sənədləşmə işləri, visa dəstəyi, təhsil proqramları üzrə məsləhətlər verir. Bir sözlə xaricdə təhsil almağın asan yolu Educated Future.

Görüşümüzün video yazısını diqqətinizə təqdim edirik.

Görüş zamanı əsas məqamları aşağıdakı kimi xülasəsini vermək olar.

Gələcəyin peşələri

Kamilə xanım bildirdi ki, hazırda daha çox maraq göstərilən sahələr İT, tibbi mühəndislik və layihələrin idarə olunması kimi peşələrdədir. Demək olar ki, bütün proqramlarda Project management fənni var.

Xaricə oxumağa gedərkən beynəlxalq sertifikatların olması rəqabətli mühitdə olan zamanədə daha çox üstnlük verir.

Fəaliyyəti dövründə Kamilə x. Tərəfindən xaricə oxumaq üçün göndərdiyi ən gənc 11 yaşında, ən yaşlı isə 64 yaşında olmuşdur. Bu bir daha ona sübutdur ki, təhsildə yaşın fərqi yoxdur.

Görüşə qoşulan Xayam Həsənov, Abu-Dabidə hazırda yaşayır və işləyir, bildirdi ki, beynəlxalq şirkətlərdə çalışarkən hər zaman biliyə və şəxsi inkişafa xüsusi yer ayrılır. Dəyizən zamanda yaşayırıq və hər gün yeniliklər çıxır və biz bu yeniliklərə hazır olmalıyıq.

https://pmo.az/webinar_edu/

Spikerlər:

Rəşad İbrahimov

Beynəlxalq layihələrə rəhbərlik etmiş, neft, bank, IT və s. kimi sahələrdə çalışmış, beynəlxalq dərəcəli sertifikatlara layiq görülmüş, Azərbaycanda layihə menecerləri üçün ilk hər kəsə açıq portalın müəllifi və nəhayət PMO.az Layihə Düşüncə Məktəbinin yaradıcısı.

Kamilə Fətullayeva

8 ildən çox xaricdə təhsil sualları ilə məşğul olan Fətullayeva Kamilə, hazırda Educated Future Xaricdə Təhsil şirkətinin təsisçisi kimi fəaliyyət göstərir. Dünyanın bir çox ölkəsində – Böyük Britaniya, ABŞ, Kanada, Avstaliya, Yeni Zelandiya, İspaniya, İsveçrə, İrlandiya, Hollandiya və s. qabaqcıl universitetlərinə sənədləşmə işləri, visa dəstəyi, təhsil proqramları üzrə məsləhətlər verir.

Xayam Həsənov

Neft və enerji sənayesində iş tarixi ilə təcrübəli Əməliyyatlar Meneceri. Tədqiqat, Quruda və Dənizdə Qazma, Neft və İdarəetmə sahəsində bacarıqlıdır. Azərbaycan Dövlət Neft Akademiyasının Neft və Qaz sahəsi üzrə bakalavr dərəcəsinə malik güclü proqram və layihələrin idarə edilməsi üzrə mütəxəssis.

Böyük qlobal xidmət şirkətləri və Əməliyyat Şirkətləri üçün işləyən neft və qaz sənayesində 20 illik Neft Mühəndisliyi, Qazma, Tamamlama və Quyulara Müdaxilə təcrübəsi. Sahə nəzarətindən tutmuş əməliyyatların idarə edilməsinə qədər şaxələndirilmiş bacarıqlar və sahədə və ya ofis mühitlərindəki problemləri qəbul etmək üçün sübut edilmiş bacarıq. Həm Platformalarda, həm də SDQQ-da Quyu Kəmərinə Müdaxilə tətbiqləri, Wellbore Intervention applications, Conventional Fishing, Workovers, Remedial work, Thru-Tubing fishing, Whipstocks, Multilaterals, Section Milling, P&A’s, Solid Expandable Technology and Completions on both Platforms and MODU’s. Texnologiya və Tamamlamalar üzrə güclü texniki biliklər. Güclü işgüzar anlayışı və işə götürmək, inkişaf etdirmək və ən yaxşı istehsal edən komandaların bir hissəsi olmaq bacarığı olan, özünü idarə edən, motivasiyalı fərd. Geniş yerli və beynəlxalq əməliyyatlar və biznesin inkişafı təcrübəsi.

13.03.2023

Layihə idarə olunmasında özünü əks etdirmə ...

Xəbərlər

Layihə idarə olunmasında özünü əks etdirmə ...

Layihə idarə olunmasında özünü əks etdirmə və özünüidarəetmə nədir? Daha çoxu ...

Səudiyyə Ərəbistan, Kurort

Xəbərlər

Səudiyyə Ərəbistan, Kurort

Səudi Ərəbistanı dünyanın ən uzun asılmış hovuzu olan kurort layihəsini təqdim edib ...