Xəbərlər
#Yüksəliş: 3. Nəticələrə yönəlmək bacarığı və ya İnsanlar 10: Nəticəyönümlülük

3. Nəticələrə yönəlmək bacarığı (#yüksəliş )
və ya
İnsanlar 10: Nəticəyönümlülük (#IPMA #ICB4)
#yüksəliş müsabiqədə qiymətləndiriləcək xüsusiyyətlər silsilə yazısından.
Tərifi
Fərdin bütün diqqətini layihənin gözlənilən nəticələrinə yönəltməsi onun uğurla yerinə yetirilməsinin zəmanətidir. Fərd razılaşdırılmış nəticələri həyata keçirmək üçün resursları effektiv şəkildə planlaşdırmalı və bölüşdürməlidir.
Məqsəd
Bu kompetensiya elementinin məqsədi fərdin diqqətini razılaşdırılmış nəticələrin üzərində cəmləmək və layihəni uğurla həyata keçirmək imkanıdır.
Təsviri
Nəticəyönümlülük bütün iştirakçı tərəflər üçün optimal nəticənin alınması məqsədilə şəxsiyyət və komandanın diqqətinin əsas vəzifələrdə cəmləşdirilməsi deməkdir.
Kompetensiyanın əsas indiqatorları
1. Bütün qərar və hərəkətlərin onların layihənin uğuru və təşkilatın məqsədlərinə təsiri baxımından qiymətləndirilməsi
2. Nəticələrin optimallaşdırılması və uğur əldə edilməsi üçün tələbat və vasitələrin balanslaşdırılması
3. Sağlam, təhlükəsiz və məhsuldar işçi mühitin təmin olunması
4. Layihə, proses və nəticələrin irəli çəkilməsi
5. Nəticələrin əldə olunması və qəbul edilməsi
Növbəti paylaşımlardan başlayaraq keyslər əlavə edəcəm ki, birlikdə müzakirə edək.
Yeri gəlmişkən İPMA İCB4 Beynəlxalq sertifikasiya imtahanına hazırlıq üçün https://pmo.az/ipma/
17.04.2023

Xəbərlər
Layihələrin idarə olunması alətləri: Trello
Layihələrin idarə olunması alətləri: Trello 4. Trello Excel-dən sonra dünyanın ən ...

Xəbərlər
#Yüksəliş: 7. Büdcənin idarə edilməsi bacarığı ...
7. Büdcənin idarə edilməsi bacarığı və ya Praktika 7: Maliyyələr #yüksəliş müsabiqədə ...