Xəbərlər
Yüksəliş müsabiqəsində qiymətləndiriləcək xüsusiyyətlərin IPMA-nın ICB4 standartları ilə üst-üstə düşdüyünü bilirdinizmi?

Yüksəliş müsabiqəsində qiymətləndiriləcək xüsusiyyətlərin IPMA-nın ICB4 standartları ilə üst-üstə düşdüyünü bilirdinizmi?
Belə qərarə gəldik ki, irəliləyən günlərdə bu kompetensiyalar haqqında ətraflı məlumatları sizinlə bölüşək. Sosial media kanallarımıza abunə olmağı unutmayın ki, müsabiqədə sizə gərəkli olacaq biləcək məlumatları əldə edə biləsiniz.
Aşağıdakı cədvəldə Yüksəliş müsabiqəsini rəsmi saytında qeyd edilmiş punktları IPMA-nın ICB4 standartları ilə qarşılaşdırdıq
Yüksəliş müsabiqəsində |
IPMA ICB4 standartının kompetensiya və elementi |
1. Strateji düşünmək bacarığı | Perspektiv 1: Strategiya |
2. İş icrasının idarə edilməsi | Praktika 10: Planlaşdırma və nəzarət |
3. Nəticələrə yönəlmək bacarığı | İnsanlar 10: Nəticəyönümlülük |
4. Komandada işləmək bacarığı | İnsanlar 6: Komanda işi |
5. Kommunikasiya bacarıqları | İnsanlar 3: Şəxsi ünsiyyət |
6. Dəyişikliklərin idarə edilməsi bacarığı | Praktika 13: Dəyişikliklər və transformasiya |
7. Büdcənin idarə edilməsi bacarığı | Praktika 7: Maliyyələr |
8. Sosial məsuliyyət | Perpektiv 5: Mədəniyyət və dəyərlər |
9. İnnovativliklərin tətbiqi | İnsanlar 8: İxtiraçılıq |
Bildiyiniz kimi İPMA İCB4 3 kompetensiya (İnsanlar, Praktika, Perspektiv) və müvafiq olaraq 28 elementi özündə birləşdirir. Kompetensiya elementləri haqqında qısaca buradan tanış ola bilərsiniz. https://pmo.az/competent.pm/
IPMA ICB4 standartları üzrə sertifikasiyadan keçmiş, ötən ilki Yüksəliş müsabiqəsini finalçısı Emil Yusifovun müsabiqədə bu standartlar üzrə biliklərinin ona necə yardımçı olması barədə qısa videosunu izləyə bilərsiniz.
IPMA ICB4 sertifikasiyasından keçmək istəyirsinizsə təlimlərimiz haqqında ətraflı oxuyun - https://pmo.az/ipma/
11.04.2023

Xəbərlər
Layihələrin idarə olunması alətləri: Trello
Layihələrin idarə olunması alətləri: Trello 4. Trello Excel-dən sonra dünyanın ən ...

Xəbərlər
#Yüksəliş: 7. Büdcənin idarə edilməsi bacarığı ...
7. Büdcənin idarə edilməsi bacarığı və ya Praktika 7: Maliyyələr #yüksəliş müsabiqədə ...