• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

3-cü yazı. Emil Miriyev “Layihə idarəolunmasının həyatımızdakı rolu”

3-cü yazı. Emil Miriyev “Layihə idarəolunmasının həyatımızdakı rolu”

Bizi Telegramdan izləyin

Davamı:

5.Davamlı nəzarət:

Layihənin gedişatındakı vəziyyət ilə bağlı hesabat adi sənəd olaraq görülsədə bu belə deyil. Yuxarıda qeyd etdiyimiz kimi layihənin start mərhələsi nə qədər aparıcıdırsa monitorinq və nəzarət mərhələsi bir o qədər mühümdür. Bir şey aydındır ki, hər bir layihə gedişatında problemlər olur və dəyişiklər məcburi olur. Bunun üçün artıq 4-cü mərhələni gözləməyə ehtiyac olmur, belə ki hal-hazırda son illərdə məşhurlaşan Agile metodologiyası ilə artıq dəyişikləri hər zaman etmək mümkün ola bilər, ancaq bu dəyişikləri o zaman etmək lazımdırki, bu layihəmizin uğurunu təmin edə bilsin.

Emil Miriyev “Layihə idarəolunmasının həyatımızdakı rolu”

Qısa olaraq uğurlu aparılmış davamlı nəzarət sistemi layihə idarə olunmasında əsas rol oynayır. Layihə idarəolunması isə bilavasitə işimizi uğurlu və problemsiz şəkildə təhvil verməmizə dəstək olur.

Son illərdədə Agile metodologiyasindan istifadənin uğur qrafiki isə aşağıdakı kimidir:

 

 

Qrafikə əsasən Agile ilə keçirilmiş layihənin yalnız 9% -i uğursuzluğa düçar olub. Bu metodogiyanın üstünlüklərinə görə Apple, IBM, Microsoft və s. kimi şirkətlərin departmantləri bu metodologiyaya daha çox üstünluk verir. Bu şirkətlərində sözsüz ki, bu metodologiyanı seçməklərində bəzi əsas faktorlar var. Bunlar aşağıdakılardır:

1. Proqram təminatının çatdırılmasını sürətləndirmək;

2. Dəyişən prioritetləri idarə etmək;

3. Məhsuldarlığı artırmaq ;

4. Şirkət və İT arasında harmonizasiyanı yaxşılaşdırmaq;

5. Proqram təminatının keyfiyyətinin artırılması.

Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər üçün

6.Xərclərin idarə edilməsi:

Şirkətlər öz aylıq hesabatlarında mənfəət və zərər hesabatlarını düzgün tərtib etməli və onu rəhbərliyə şəffaf şəkildə təqdim etməlidir. Bu amili nəzərə almıyan şirkətin tezliklə uğursuzluğa düçar olması qaçılmazdır. Misal olaraq, 2001-ci ildə Enron şirkətinin mühasibləri qurumun mənfəət və zərər hesabatını şirkətin rəhbərliyinə qeyri-şəffaf şəkildə çatdırmışdı. Nəticədə şirkət bir sıra layihələri keçirməkdə maliyyə böhranı yaşadı və iflasa uğradı. Bu kimi amillərin qarşısının alınmasının ən yaxşı yolu isə düzgün şəkildə aparılmış xərclərin və layihələrin idarə edilməsi üsuludur. Xərclərin idarə edilməsi, layihənin başa çatdırılmasının nə qədər başa gələcəyini, mümkün vəsait mənbələrini, fövqəladə vəziyyətlər üçün müddəaları hazırlamaq və vəsaitlərin necə xərcləndiyini izləməklə məşğul olan layihə idarəetmə sahəsidir. Eyni zamanda xərclərin idarə edilməsi hər bir layihə tələbinə vəsaitlərin necə xərcləndiyini izləmək üçün elektron cədvəllər və ya yeni  mühasibat proqramı kimi alətlərin istifadəsini nəzərdə tutur. Bu kimi alətlərin istifadəsi, qısacası yeni innovasiyaların tətbiqi həmdə şirkətlərə yeni nailiyyətlər gətirir.

2-ci yazı. Emil Miriyev “Layihə idarəolunmasının həyatımızdakı rolu”

7. Uğursuzluqdan dərs çıxarmaq metodu:

Düşünürəmki, yuxarıda qeyd etdiyim amillərdən ən vacib amil budur. Çünki əgər biz həyatımızda davamlı uğur qazanmaq istəyiriksə, onda davamlı yeni şeyləri öyrənməyə həvəsli biri olmalıyıq. Buradakı ən əsas məsələ əvvəldə etdiyimiz xətaları dərk etmək, uğursuzluqlardan isə dərs almaqdır. Karyera həyatımızda isə ən çox səhvlər vaxtın və büdcənin düzgün idarə edilməməsi ilə bağlı olur. Bu məqamda isə əgər işləri vaxtında, büdcə daxilində və lazımi standartlara uyğun yerinə yetirmək istəyiriksə, onda layihənin idarə edilməsi bacarığını tətbiq etməliyik. Bunun sayəsində artıq növbəti layihələrimizdə də daha da uğurlu olmağa çalışacayıq.

3.09.2023

Layihə İdarəetməsində Etik Dəyərlər

Xəbərlər

Layihə İdarəetməsində Etik Dəyərlər

Layihə idarəetməsinin dinamik və mürəkkəb dünyasında etik prinsiplərə riayət etmək bir ...

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Xəbərlər

Layihə İdarəetməsində 80/20 Qaydası (Pareto Prinsipi): ...

Layihə idarəetməsində 80/20 qaydası (və ya Pareto prinsipi) geniş şəkildə istifadə ...