• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Bu layihə idarəetməsi deyirsiniz haaa, onun mənə nə xeyri?

Bu layihə idarəetməsi deyirsiniz haaa, onun mənə nə xeyri?

Davamı. Əvvəli linkə keçid al...

Dostlar, Layihə Düşüncə kanalımızda Azərbaycan dövlət standartı haqqında məqalə silsiləsini davam edirəm.

Mən Raşad İbrahimov, məqalə silsiləmizin davamı olaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmiş AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” haqqında danışacağıq.

Hər kəsi Layihə düşüncə kanalımıza qoşulmağa bizi izləməyə dəvət edirəm.

Dostlar, Gəlin birlikdə standartlarda qeyd edildiyi kimi Layihə, proqram və portfellərin idarə olunması faydaları barədə danışaq.

Layihə, proqram və portfellərin idarəolunmasının bir çox yollar var. Lakin buna baxmayaraq, standartların istifadəsi şirkətin faydalarının artırılması üçün strukturlaşdırılmış yanaşmanı təmin edir. Standartların istifadəsinin ümumi faydalarına layihə, proqram və portfellərin idarəolunmasının tətbiqi ilə bağlı təlimatlar, sistemlər və proseslər üçün ümumi və beynəlxalq səviyyədə tanınmış istinadlar daxildir.

Layihənin, portfelin və proqramın idarəolunmasına daxil olan faydalar

Layihənin idarəolunmasına daxil olan faydalardan misal çəkəcəm:

— ideyaları maddi və qeyri-maddi materiallara, layihənin nəticələrinə, prosesin çıxışlarına və faydalara çevirmək imkanlarını inkişaf etdirmək;

— layihənin yerinə yetirilməsi vasitəsilə təşkilati gücün artırılması;

— planlaşdırmanın, işlərin həcminin, resursların, qrafiklərin, xərclərin, risklərin, keyfiyyətin, kommunikasiyanın, hesabatların, satınalmaların və layihələrin idarəolunması üzrə digər iş üsullarının inteqrasiya olunmuş idarəetməsinə imkan yaratmaq.

Proqramın idarəolunmasına daxil olan faydalardan misal

— arzuolunan nəticəyə nail olmaq üçün layihələrin başladılması və koordinasiya edilməsi;

—arzuolunan nəticəyə nail olmağa imkan verən layihələr üzərində ardıcıl nəzarəti təmin etmək;

— əlaqədar layihələrin və ya digər proqram komponentlərinin inteqrasiya olunmuş idarəetməsi üçün idarəetmə üsullarının irəli sürülməsi;

— strateji üstünlüyün gücləndirilməsi və dayanıqlı dəyişikliklərə imkan yaradılması;

— faydaların idarə edilməsi yolu ilə strategiya və nəticələr arasında uyğunluğun yaradılması;

—layihələrin, proqramların və digər əlaqədar işlərin koordinasiya edilmiş şəkildə həyata keçirilməsi vasitəsi ilə səhmdarların cəlb edilməsinin artırılması;

— təşkilati dəyərlərin həyata keçirilməsinə imkan yaradılması.

Portfelin idarəolunmasına daxil olan faydalardan misal

— razılaşdırılmış təşkilati strategiya və hədəflərə nail olmaq üçün layihə və proqramların seçilməsi;

— razılaşdırılmış strategiya və hədəflərə nail olmaq üçün layihə və proqramlar üzərində ardıcıl nəzarətin təmin edilməsi;

— rəqabət aparan imkanlar arasında layihələr, proqramlar və portfellərin seçilməsi və prioritetləşdirilməsi üçün sistematik metodologiyanın işlənib hazırlanması;

— layihələrin, proqramların və portfellərin yaradılması və onların təşkilatın strateji hədəfləri ilə uzlaşdırılması;

— təşkilati rəhbərlik ilə layihə və proqram idarəçiliyi arasında uzlaşmanın təmin edilməsi;

— dəyər və faydaların idarə edilməsi vasitəsilə strategiya ilə layihənin nəticələrinin, aralıq nəticələrinin və prosesin çıxışının uzlaşdırılmasının yaxşılaşdırılması

PMO.az Layihə Düşüncə Məktəbi 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir

Beləliklə, Layihə düşüncəli olunki, layihə düşüncə faydalanasınız.

Layihə düşüncə kanalımıza abunə olmağı unutmayaq və növbəti video silsiləmizi izləyək.

Hər kəsi Layihə düşüncə kanalımıza qoşulmağa və bizi izləməyə dəvət edirəm. https://t.me/layihedushunce

Yeri gəlmişkən bütün videolarımın koment hissəsində daha nəyi bilmək istərdiniz və ya təkliflərinizi qeyd edin ki, müzakirəmiz daha maraqlı olsun.

Ardı var...

Rəşad İbrahimov PMO.az Layihə düşüncə məktəbinin təsisçisi

29.08.2022

İlk GPM təlimimiz sona çatdı.

Xəbərlər

İlk GPM təlimimiz sona çatdı.

İlk GPM təlimimiz sona çatdı. Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Xəbərlər

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti

Dayanıqlılıq Dalğasında: Bandwagon Effekti Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...