Xəbərlər
Terminlər bizim axırımıza çıxacaq. LPP nədir görəsən?
Terminlər bizim axırımıza çıxacaq. LPP nədir görəsən?
Davamı. Əvvəli linkə keçid al...
Dostlar, Layihə Düşüncə kanalımızda Azərbaycan dövlət standartı haqqında məqalə silsiləsini davam edirəm.
Mən Raşad İbrahimov, məqalə silsiləmizin davamı olaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmiş AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” haqqında danışacağıq.
Hər kəsi Layihə düşüncə kanalımıza qoşulmağa və bizi izləməyə dəvət edirəm. https://t.me/layihedushunce
Dostlar, Standartların adına nəzər yetirsək tez tez - Layihə, Proqram və Portfellərin (LPP) idarə olunması cümləsinə rast gəlirik. AZS ISO 21500 standartında bunun açıqlanması necədir? Gəlin birlikdə buna nəzər yetirək.
Standartın 4-cü bəndi layihə, proqram və portfelərin idarə olunmasına ayrılmışdır.
Bu bənddə layihə, proqram və portfelin idarəolunmasını həyata keçirən təşkilati kontekst və əsas anlayışlar müəyyən edilir. cari fəaliyyətlərə əlavə olaraq, layihə, proqram və portfellərin idarəolunmasının qiymətləndirilməsi üçün kompleks idarəetmə sistemini təmin edir. Layihə, proqram və portfellər təşkilat mühitində mövcud olur, təşkilat isə daha böyük xarici mühitdə fəaliyyət göstərir.
Əməliyyatlar, proqramlar, portfellər, daxili və xarici mühit, strategiya haqqında
Təşkilatlar hədəflərə çatmaq üçün işləri icra etməlidirlər. Bu işlər cari əməliyyatlar, layihə və ya proqram kimi icra oluna bilər, yaxud da digər əlaqədar işlərlə birlikdə portfel şəklində təşkil oluna bilər.
- Əməliyyatlar davam etməkdə olan və təkrarlanan proseslər vasitəsilə nisbətən stabil işçi qrupları tərəfindən həyata keçirilir və təşkilatın dayanıqlı təmin edir.
- Layihələr müvəqqəti işçi qrupları tərəfindən icra olunur və layihənin nəticələrini, çıxışları, aralıq nəticələri və faydaları təmin edir. Layihə təşkilat daxilində müstəqil və ya daha geniş bir proqramın və ya portfelin bir hissəsi kimi idarə oluna bilər.
- Proqramlar - üstünlükləri və sinerjini təmin etmək üçün, eləcə də ümumi strateji və operativ hədəflərə nail olmaq və faydaları realizə etmək üçün uzlaşdırılmış bir şəkildə idarə olunan proqram komponentlərinin qruplarıdır.
- Portfellər layihələrin, proqramların və təşkilatın strateji hədəflərinə çatmaq istiqamətində həyata keçirilən digər əlaqədar işlərin kompleksidir.
Bununla biz cari əməliyyatlar, layihə və ya proqram kimi icra oluna bilən, yaxud da digər əlaqədar işlərlə birlikdə portfel şəklində təşkil olunan işlərin arasında fərqi bildik.
Bəs öncə qeyd etdiyim təşkilatın daha böyük xarici mühitdə fəaliyyət göstərməsi nədir?
PMO.az Layihə Düşüncə Məktəbi 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir
Təşkilati mühit təşkilatın fəaliyyətinə və qərarvermə prosesinə təsir edən daxili və xarici faktorlardan ibarətdir.
Daxili mühit daxili maraqlı tərəflərdən ibarət olur və təşkilatın strukturu, mədəniyyəti və proseslərinə təsir edir. Təşkilat - layihə, proqram və portfellərə rəhbərlik və onların idarəetməsi ilə bağlı daxili təsirləri nəzərə almalıdır.
xarici mühit - Layihə, proqram və portfellərin idarəolunmasından istifadə edən təşkilatın xarici mühiti təşkilatın faydalarını realizə etmək qabiliyyətinə təsir edir. Xarici mühitdə nəzərə alınmalı olan faktorlardan missal olaraq iqtisadi, siyasi, sosial, texnoloji, hüquqi və ətraf mühitlə əlaqədar məhdudiyyətlərdən irəli gələn imkanlar və təhlükələri qeyd etmək olar.
Layihə Jurnalı, Layihə menecerinin iş dəftəri PMO.az
Bir məqamıda sonda qeyd edim.
Təşkilatlar öz missiyalarına, vizyonlarına, eləcə də daxili və xarici ətraf mühit faktorlarına əsaslanaraq strategiya yaradır. Strategiyanın və onun hədəflərinin başa çatdırılması strategiyanın həyata keçirilməsi deməkdir. Təşkilatın strateji hədəflərinə layihələrin, proqramların və operativ fəaliyyətlərin, yaxud bunların müxtəlif kombinasiyalarının həyata keçirilməsi yolu ilə nail olur.
Beləliklə, Layihə düşüncəli olunki, layihə düşüncə faydalanasınız.
Layihə düşüncə kanalımıza abunə olmağı unutmayaq və növbəti video silsiləmizi izləyək.
Yeri gəlmişkən bütün videolarımın koment hissəsində daha nəyi bilmək istərdiniz və ya təkliflərinizi qeyd edin ki, müzakirəmiz daha maraqlı olsun.
Ardı var...
Rəşad İbrahimov PMO.az Layihə düşüncə məktəbinin təsisçisi
23.08.2022
Xəbərlər
PERT Qrafiki Nədir? Layihələrinizi Planlaşdırmaq üçün ...
Layihələrin idarə edilməsi zamanı vaxt, resurs və risk faktorlarının düzgün koordinasiyası ...
Xəbərlər
PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük ...
PMO.az Layihə Düşüncə Məktəbi Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçün İT ...