• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

- Standart mənlik deyil... - Bəs kimlikdir?

- Standart mənlik deyil... - Bəs kimlikdir?

Davamı. Əvvəli linkə keçid al...

Dostlar, Layihə Düşüncə kanalımızda Azərbaycan dövlət standartı haqqında məqalə silsiləsini davam edirəm.

Mən Raşad İbrahimov, və video silsiləmizin davamı olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmiş AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” haqqında danışacağıq.

Standartın istifadəçiləri, tədbiq sahəsi və əsas terminlərə nəzər yetirəcəyik.

Hər kəsi Layihə düşüncə kanalımıza qoşulmağa və bizi izləməyə dəvət edirəm.

 

Sizcə AZS ISO 21500 standartın istifadəçiləri kimlərdi?

Əlbətdə

- layihə, proqram və portfelin idarə edilməsi üzrə mütəxəssislər və peşəkarlar;

- layihələrə, proqramlara və portfellərə nəzarəti təmin edən icraçılar, yüksək səviyyəli rəhbərlər, sponsorlar və digər idarəetmə orqanları;

- layihə, proqram və portfelin maraqlı tərəfləri;

- elmi-tədqiqat işçiləri;

- dövlət standartlarını, təşkilati standartları, sənaye standartlarını və dövlət siyasətini hazırlayanlar;

- layihə, proqram və portfelin idarə edilməsi üzrə standartlardan hər hansı birinin istifadəçiləri.

 

Bəs AZS ISO 21500 standartın tədbiq sahəsi?

Yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir. Bu standartların ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanan effektiv idarəçiliyin təşkilində faydalı olacaqdır.

Standartın 3-cü bəndi Termin və təriflər barədə danışır.

1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir 

Terminlərin hər birində dayanmaq üçün vaxtımız elədə olmadığından, sadəcə onu qeyd etmək istərdim ki,  standartda

layihə - bir və ya daha artıq məqsədə nail olmaq üçün müvəqqəti fəaliyyət kimi qeyd olunmuşdur.

layihənin idarəolunması isə razılaşdırılmış məqsədlərin istiqamətləndirilməsi və icrasına nəzarət olunması üçün əlaqələndirilmiş işlər kimi qeyd olunmuşdur.

Daha ətraflı PMO.az tərəfindən hazırlanmış geniş təlim proqramında bu barədə danışacağıq. Qatılmaq üçün PMO.az təlim elanlarını izləyin.

İPMA İCB4 Beynəlxalq sertifikasiyadan faydalanmaq istəyənlər linkə keçə bilər https://pmo.az/ipma/

Beləliklə, Layihə düşüncəli olunki, layihə düşüncə faydalanasınız.

Layihə düşüncə kanalımıza abunə olmağı unutmayaq və növbəti video silsiləmizi izləyək.

Yeri gəlmişkən bütün videolarımın koment hissəsində daha nəyi bilmək istərdiniz və ya təkliflərinizi qeyd edin ki, müzakirəmiz daha maraqlı olsun.

Ardı var...

Rəşad İbrahimov PMO.az Layihə düşüncə məktəbinin təsisçisi

20.07.2022

Neytrallığın sonu: Layihə menecerləri etik aydınlıqla ...

Xəbərlər

Neytrallığın sonu: Layihə menecerləri etik aydınlıqla ...

1990-cı illərin sonlarında layihə meneceri kimi fəaliyyətə başladığımda mənə neytrallığın qızıl ...

Layihə İdarəetməsində

Xəbərlər

Layihə İdarəetməsində "Liderlik Davranışlarının Təsiri"

Layihə idarəetməsi yalnız bir sıra təkrarlanan tapşırıqların yerinə yetirilməsi deyil, həm ...