• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Nəyə görə beynəlxalq deyil Azərbaycan standartını seçməliyəm?

Nəyə görə beynəlxalq deyil Azərbaycan standartını seçməliyəm?

Davamı. Əvvəli linkə keçid al...

Dostlar, Layihə Düşüncə kanalımızda Azərbaycan dövlət standartı haqqında məqalə silsiləsini davam edirəm.

Mən Raşad İbrahimov, video silsiləmizin davamı olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilmiş AZS ISO 21500:2022 “Layihə, proqram və portfelin idarə edilməsi. Kontekst və anlayışlar” haqqında danışacağıq.

 

 

1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir 

Bu günki görüşümüzdə həmin standartın digər standartlarla olan fərqinə diqqət yetirəcəyik.

Bildiyiniz kimi yeni standartlar dövlət və özəl təşkilatlar da daxil olmaqla, ölçüsündən və növündən asılı olmayaraq bütün təşkilatlara, eləcə də mürəkkəbliyindən və müddətindən asılı olmayaraq istənilən layihə, proqram və portfelə şamil edilir.

Layihələrin idarə edilməsi metodologiyası sahəsində sertifikatlaşdırma və konsaltinq xidmətləri bazarı daim inkişaf edir. Məhs bu səbəbdən Layihə idarəetmə texnologiyası Olimpində yer almaq üçün Beynəlxalq təşkilatlar arasında şiddətli rəqabət gedir.

Milli miqyasda, dövlət səviyyəsində, beynəlxalq səviyyədə peşəkar ictimayyətdə böyük nüfuza, tanınmaya malik olan Beynəlxalq Standartlaşdırma Təşkilatı, İSO bu bazarın böyük hissəsini tutur.

İSO - layihələrin idarə edilməsi sahəsində daha çox mütəxəssis hazırlayır və sertifikatlaşdırır və buna görə də öz davamçıları hesabına artıq böyük nüfuz qazanmışdır. Bir daha qeyd etmək istərdim ki, İSO Beyəlxalq standartlaşdırma təşkilatıdır və milli standartlaşdırma orqanının dünya üzrə federasiyasıdır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” həmin federasiyanın üzvüdür.

İPMA İCB4 Beynəlxalq sertifikasiyadan faydalanmaq istəyənlər linkə keçə bilər https://pmo.az/ipma/

Bildiyiniz kimi, ISO biznes və texnologiyanın demək olar ki, bütün sahələrində 21 mindən çox beynəlxalq standartı əhatə edən ən güclü beynəlxalq standartlar təşkilatıdır. Dünya səviyyəli standartlaşdırma lideri olaraq İSO özünün hər hansı yeni standartını ümumi ISO standartlar sisteminə inteqrasiya edə bilir. Prinsipcə bu, onun digər standart sistemləri ilə müqayisədə əsas üstünlüyüdür. Demək olar ki, bütün dövlətlərin yüksək bürokratiyası ilə əməkdaşlıqda fəaliyyət göstərən təşkilat özünü mükəmməl inkişaf kanalı ilə təmin edir.

Maraqlı bir faktı qeyd etmək istərdim. 2012-ci ildən etibarən Layihələrin İdarə edilməsi institutunun, PMİ-ın layihə yanaşması - ISO standartına, ISO-21500-ə çevrilmişdir. Standartlaşdırma təşkilatının, İSO standartının necə yazılacağına dair öz çox ciddi tələbləri olduğundan, 21500 PMBoK-un altıncı nəşrdə ikinci hissəsi kimi cəmi 88 səhifədə verildi. 

Bəli bəli dostlar, 2012-ci ilin sentyabrında, bildiyimiz PMI İnstitutu ilə əməkdaşlıq edərək, PMİ-ı qanadının altına alan ISO idi. Məhs İSOnun hesabına PMBok popular olmağa başladı.

Bir daha qeyd etmək istərdim ki, Azərbaycan Dövlət Fonduna daxil edilmiş Standartlaşdırma üzrə normativ sənədlərin ölkədə tətbiqi beynəlxalq idarəetmə prinsiplərinə əsaslanır və effektiv idarəçiliyin təşkilində faydalı olacaqdır.

 

Beləliklə, Layihə düşüncəli olunki, layihə düşüncə faydalanasınız.

Layihə düşüncə kanalımıza abunə olmağı unutmayaq və növbəti video silsiləmizi izləyək.

Məqaləyə aid qısa video linkə keçiddə Azərbaycanda dövlət standartının vacibliyi AZS ISO 21500

Ardı var...

Rəşad İbrahimov PMO.az Layihə düşüncə məktəbinin təsisçisi

 

 

20.07.2022

MERCEDES layihəsi necə yarandı?

Xəbərlər

MERCEDES layihəsi necə yarandı?

MERCEDES layihəsi necə yarandı? Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləyin ...

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Xəbərlər

Layihə idarə edilməsində şəxsi ünsiyyət

Layihə idarə edilməsində şəxsi ünsiyyət Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...