• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Bakı, Azərbaycan

    8 Noyabr prospekti, 25
    Bakı Ağ Şəhər biznes mərkəzi

Xəbərlər

Mif #2: Aramsız görüşlər və “Agile Tədbirlər” ucbatından həqiqi iş görməyə vaxtımız olmur!

“Yapışdırmaq yoxsa mismarlamaq...Budur məsələ.” Əgər Vilyam Şekspir bu günü görsəydi yəqin ki, əfsanəvi “Hamlet”-in monoloqunu məhz bu misralar ilə başlayardı. Agile düşüncə tərzini təzə-təzə istifadə edən komandalar üçün işlərin tənzimlənməsi prosesi belə görünür. Bu normaldır və mənimsəməsi hər iki tərəfdən asılıdır (həm Agile idarəetmə fəlsəfəsini təbliğ edənlərdən, həm də komandaların özündən).

Bizi Telegramdan izləyin

Zaman və vaxt azlığı... Vaxtın düzgün planlaşdırılması işimizin uğura doğru getməsində çox mühüm amillərdən biridir. Agile və ya Agility tərcümədə “Çevik, diribaş”-dır və bu anlama gəlir ki, görülən qərarlar və baş verən tədbirlər müəyyən zaman çərçivəsində həyata keçirilir. Hər şey üçün düşünülmüş vaxt və gedişat mövcuddur.

Ötən ilin noyabrında Birləşmiş Krallıqdan Bakıya təşrif buyurmuş Agile Coach növbəti təlimində bizə ümumi nəzəriyyədən bəhs edirdi. Praktiki hissəyə keçən kimi ilk mövzu məhz “Meetings vs Ceremonies” mövzusu idi. Açığı mən şəxsən ilk dəqiqədən fərqi duymadım və ona “Fərqləri nədir axı” sualı ilə müraciət etdim. İzahı isə çox sadə və başa düşülən idi.

Coach: “Agile aid olan görüşlər sırf seremoniyalar sayılır və ölçülən zaman çərçivəsinə sahibdir. Məsələn Azərbaycanda ən çox populyarlıq qazan iki framework müşahidə etmişəm. Bunlar Scrum ilə Kanbandır. Hər ikisinin də əsas amillərindən biri qısa zaman ərzində nəticənin verilməsidir.” İlk andan başa düşülən o idi ki, Agile-da hər bir seremoniya üçün konkret vaxt təyin olunub və onların sayı dəqiq şəkildə müəyyənləşdirilib.

Scrum seremoniyaları (2 həftəlik Sprint üçün). Qeyd: 2 həftəlik Sprint 80 iş saatı deməkdir.

1)     Sprint Planning. 2 həftəlik Sprint üçün maksimum 4 iş saatı çəkə bilər.

2)     Sprint Review (Demo). 2 həftəlik Sprint üçün maksimum 2 iş saatı çəkə bilər.

3)     Sprint Retrospective (Retro). 2 həftəlik Sprint üçün maksimum 1,5 iş saatı çəkə bilər.

4)     Daily Stand Up. Gündəlik olaraq maksimum 15 dəqiqə. Demo, Retro və Planning gününü nəzərə almasaq bir Sprint ərzində maksimim ümumi 135 dəqiqə (2 saat 15 dəqiqə) çəkə bilər.

5)     Backlog Refinement (Grooming). Ümumi Sprint zamanının 10%-dən çox olmayaraq. (maksimum 8 saat)

Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər üçün

Riyazi hesablamalara baxsaq 80 iş saatından seremoniyalara biz MAKSİMUM* 17 saat 45 dəqiqə vaxt sərf edə bilərik.

*Bu o deməkdir ki, qeyd olunmuş zamandan çox bu seremoniyaya sərf etmək qeyri-effektivdir. Getdikcə təcrübə yığan komandalar bunlara daha az vaxt sərf edəcək.

Kanbana gəldikdə isə onun əsas güclü tərəfləri ondan ibarətdir ki, bütün proses iştirakçıları lövhədə bir-birinin nə etdiklərini açıq aydın görür və hər bir qeyd olunmuş işin başlama və bitmə tarixləri var. Kanban-ın əsas məntiqi:

1)     Davamlı iş axının vizuallaşdırılması;

2)     Prosesdə olan işin limitli olması;

3)     Prosesdə olan tapşırıqların aktiv idarəedilməsi;

4)     İş axının davamlı inspeksiyası və adaptasiyası

Beləliklə məqalənin əvvəlində toxunduğumuz vaxt azlığı məsələsi Agile-da tamamilə öz əksini göstərir. Coach-lar tövsiyyə edir ki, şirkətdaxili görüşləri Agile seremoniyalara aid etməyəsiniz və sərf etdiyiniz vaxta daim nəzarət edəsiniz. Arzuolunan məqsədlərə çatmaq üçün aramsız görüşlərin aparılması gərəkli deyil. Əsas olaraq hər bir işi görəndə mühüm üç sual verməmiyimiz kifayətdir:

1) Biz bunu nə məqsədlə edirik?

2) Biz bunu necə edəcəyik?

3) Hansı çətinliklərlə qarşılaşa bilərik?

Microsoft Project Əsasları

Agility-nin əsas prinsiplərindən olan “To turn on dime” - On qəpiyin üzərində geri dönmə etmək anlamı da bizim planlamada mühüm yerini tutur. Çünki planlama yalnız əvvəlcədən nə etdiyimizi bilmək yox, bir göz qırpımında lazımi dəyişikliklər etmək də deməkdir.

“Nəyə görə Sizdə saatlar süzülür? – arabir məndən soruşurlar. Amma onların məhzi süzülmədə deyil! Məhzi ondadır ki, onlar daim düzgün vaxtı göstərir!” © Salvador Dali

Növbəti məqalədə biz “Feedback mədəniyyəti” barədə söhbət açacağıq. Bu dəfəlik isə bu qədər.

Sizin Coach :)

Mif #1

Ardı var...

03.06.2021

PMO.az və SCOPE Consulting Layihə Menecmentində ...

Xəbərlər

PMO.az və SCOPE Consulting Layihə Menecmentində ...

PMO.az və SCOPE Consulting Layihə Menecmentində Dayanıqlılığın Təşviqi Üzrə Memorandum İmzalamışdır ...

PMP-nin 10 Əsas Bilik Sahələri

Xəbərlər

PMP-nin 10 Əsas Bilik Sahələri

PMP-nin 10 Əsas Bilik Sahələri Daha çoxu üçün bizi sosial şəbəkələrdə ...